İlham Əliyev Tokayevi və Qazaxıstan xalqını təbrik edib


Siyasət 25 Okt 2025 11:02:00 81 0

İlham Əliyev Tokayevi və Qazaxıstan xalqını təbrik edib

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Prezident Kasım-Jomart Tokayevi və Qazaxıstan xalqını təbrik edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısının təbrik məktubunda qeyd edilib:

"Qazaxıstanın hər bir sahədə əldə etdiyi sanballı uğurları, iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq aləmdə yüksək nüfuz qazanması Sizin rəhbərliyiniz altında ölkədə aparılan əhəmiyyətli islahatların və yorulmaz fəaliyyətinizin nəticəsidir.

Xalqlarımızın ortaq tarixi-mədəni kökləri dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Qardaş ölkələrimiz arasında əlaqələr qarşılıqlı etimad və yüksək hörmət ruhunda inkişaf edir. Bu il imzalanmasının 20 illiyini qeyd etdiyimiz "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini əyani şəkildə əks etdirir.

Siyasi təmaslarımızın intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, investisiya, informasiya texnologiyaları, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Bu yaxınlarda qardaş ölkənizə həyata keçirdiyim dövlət səfərim zamanı əldə etdiyimiz nəticələr, razılaşmalar və imzaladığımız sənədlər münasibətlərimizin daha da dərinləşdirilməsi istiqamətində sarsılmaz iradəmizin və əzmimizin bariz nümunəsidir.

Əminəm ki, Azərbaycan-Qazaxıstan qardaşlığının, etibarlı strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik".

Azərbaycan Prezidenti məktubunda Prezident Kasım-Jomart Tokayevə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.

Kamaləddin Qafarov: “Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi” like
  • 25 Okt 11:00  
Digərləri Kamaləddin Qafarov: “Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi”

"25 oktyabr Azərbaycan  tarixinin  unudulmaz  səhifələrindən biridi

arrow Ətraflı
Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edir  FOTOlar like
  • 25 Okt 10:50  
Digərləri Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edir FOTOlar

Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edi

arrow Ətraflı
Oktyabrın sonu bəzi bürclər üçün möcüzə vəd edir – Yeni dövr başlayır! like
  • 25 Okt 10:41  
Digərləri Oktyabrın sonu bəzi bürclər üçün möcüzə vəd edir – Yeni dövr başlayır!

Oktyabr ayının son günləri bəzi bürclər üçün dönüş nöqtəsi olacaq

arrow Ətraflı
ABŞ bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi like
  • 25 Okt 10:28  
Dünya ABŞ bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Kolumbiya Prezidenti Qustavo Fransisko Petro Urreqonu (Gustavo Petro) narko

arrow Ətraflı
Bakıda kişi motosikletçini qəsdən yıxmaq istədi  VİDEO like
  • 25 Okt 10:20  
Digərləri Bakıda kişi motosikletçini qəsdən yıxmaq istədi VİDEO

Bakıda orta yaşlı kişi motosikletçini yıxmağa cəhd edib.

arrow Ətraflı
Dalğalar üzərində imperiya: Rusiyanın kölgə donanması necə qlobal sanksiyaları yarır like
  • 25 Okt 10:09  
Siyasət Dalğalar üzərində imperiya: Rusiyanın kölgə donanması necə qlobal sanksiyaları yarır

Rusiyaya qarşı Ukraynadakı müharibəsinə görə tətbiq olunan sanksiyalar

arrow Ətraflı
Rusiya Kiyevdə uşaq bağçasını vurdu  Yaralananlar var like
  • 25 Okt 09:42  
Dünya Rusiya Kiyevdə uşaq bağçasını vurdu Yaralananlar var

Rusiya ordusu Kiyevə ballistik raketlərlə zərbə endirib.

arrow Ətraflı
Bu gündən heyvan bazarları bağlanır like
  • 25 Okt 09:39  
Digərləri Bu gündən heyvan bazarları bağlanır

Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarlar

arrow Ətraflı
Bulvarda Zəfər konserti olacaq like
  • 25 Okt 09:20  
Kriminal Bulvarda Zəfər konserti olacaq

Paytaxtda Zəfər konserti olacaq.

arrow Ətraflı
25 oktyabr üçün Tarot bürclər proqnozu  tale sənə irəliləmək siqnalı verir like
  • 25 Okt 09:15  
Digərləri 25 oktyabr üçün Tarot bürclər proqnozu tale sənə irəliləmək siqnalı verir

25 oktyabr üçün Tarot proqnozu xəbərdarlıq edir: taleyin gücü, keçmişd

arrow Ətraflı
Çin Ayın qaranlıq tərəfində tarixi kəşf etdi: Su ilə zəngin nadir meteorit tapıldı like
  • 25 Okt 08:08  
Digərləri Çin Ayın qaranlıq tərəfində tarixi kəşf etdi: Su ilə zəngin nadir meteorit tapıldı

Çin tərəfindən Ayın uzaq, qaranlıq tərəfinə göndərilən Chang'e-6

arrow Ətraflı
Balın içinə 1 qaşıq əlavə edin  Boğaz ağrısının təbii dərmanı like
  • 25 Okt 07:07  
Digərləri Balın içinə 1 qaşıq əlavə edin Boğaz ağrısının təbii dərmanı

Fəsil keçidləri ilə birlikdə artan soyuqdəymə, qrip və boğaz ağrısı

arrow Ətraflı
Stereotipləri qırdı: Çips yeyərək arıqladı, 48 kilo verdi like
  • 25 Okt 06:06  
Digərləri Stereotipləri qırdı: Çips yeyərək arıqladı, 48 kilo verdi

ABŞ-də yaşayan 40 yaşlı Keya Vinqfild arıqlama prosesində nə "Ozem

arrow Ətraflı
Sağlam qidalanmanın beş açarı  Yeməklərinizə əlavə edin! like
  • 25 Okt 05:05  
Digərləri Sağlam qidalanmanın beş açarı Yeməklərinizə əlavə edin!

Mütəxəssislər bildirirlər ki, sağlam qidalanma pəhriz trendlərindən ço

arrow Ətraflı
Alimlər mədəbağırsaq xərçənginin inkişaf səbəbini tapdı like
  • 25 Okt 04:04  
Digərləri Alimlər mədəbağırsaq xərçənginin inkişaf səbəbini tapdı

Alimlər mədə-bağırsaq xərçənginin inkişaf səbəbini müəyyən ediblə

arrow Ətraflı