Stereotipləri qırdı: Çips yeyərək arıqladı, 48 kilo verdi


Digərləri 25 Okt 2025 06:06:00 99 0

Stereotipləri qırdı: Çips yeyərək arıqladı, 48 kilo verdi

ABŞ-də yaşayan 40 yaşlı Keya Vinqfild arıqlama prosesində nə "Ozempic" kimi dərmanlardan, nə də digər tibbi dəstək vasitələrindən istifadə edib. Ən maraqlısı isə, bu müddətdə cips yeməyi dayandırmayıb, amma buna baxmayaraq düz 48 kilo arıqlamağı bacarıb. İndi o, öz brendinə sahibdir və uğurunun sirrini New York Post-a danışıb.

Son.az xəbər verir ki, Keya bildirib ki, köklük problemi uşaq yaşlarından başlayıb: "Doğulandan bəri kök idim. Hətta ailəm məni '4 kilolu körpə' adlandırırdı. Bu mənim üçün yeni bir məsələ deyildi, ömür boyu bu problemlə yaşamışam."

30 yaşlarına çatanda artıq sağlamlığını nəzarətə almağın vacibliyini anlayıb. O vaxta qədər kələm şorbası, aralıqlı oruc, az kalorili detokslar kimi saysız-hesabsız pəhrizlər sınasa da, nəticələr uzunmüddətli olmayıb.

Keya iki dəfə hamiləlik keçirib və bu dövrdə təxminən 30 kilo alıb. Lakin ikinci doğuşdan sonra həyatında böyük bir faciə yaşanıb - oğlu doğuşdan bir ay sonra vəfat edib. Bu hadisə onu həm mənəvi, həm də fiziki cəhətdən sarsıdıb: "O dövrdə özümü buraxdım. Yeməyə sığındım. Həyatım nəzarətdən çıxdı."

Amma onu həyata bağlayan səbəb qızı olub. Bir gün səhər qızının üzünə baxarkən qərar verib: "Kızım sağlam və xoşbəxt bir anaya layiqdir. Buna görə dəyişməliydim. Özüm üçün deyil, onun üçün söz verdim."

O vaxt GLP-1 tipli arıqlama dərmanları (məsələn, Ozempic) hələ geniş yayılmamışdı. Keya bu yola tamamilə təbii üsullarla çıxıb. O, əvvəlcə qan şəkərini izləməyə başlayıb və hansı qidaların şəkəri yüksəltdiyini öyrənib.

Hər yeməkdən sonra qısa gəzintilər etməklə bədəninin insulin səviyyəsini tənzimləməyi bacarıb.

Uzun illərdir vegaterian olan Keya əvvəlcə bunun sağlamlıq demək olduğunu zənn edib. Amma qidalanması əsasən karbohidrat ağırlıqlı olub: düyü, kartof, makaron...

Yeni planla o, gündə 1500-1800 kalori qəbul etməyə başlayıb. Səhər yeməyində qəhvə və tost, ara yeməklərdə fındıq, meyvə, yoğurt və popkorn, əsas yeməklərdə isə tərəvəz, yumurta və makaron üstünlük təşkil edib.

Keya bədənini formaya salmaq üçün ağırlıq qaldırma və boks məşqlərinə başlayıb.

"Boks həm fiziki, həm də emosional baxımdan inanılmaz bir rahatlama verdi. Hər zərbə ilə stresdən azad olurdum," - deyə o, bildirib.

Bu məşqlər sayəsində əzələlərini gücləndirib, bədəni şəkəri daha yaxşı idarə etməyə başlayıb.

Ən maraqlısı isə Keyanın arıqlama prosesində cips yeməyə davam etməsi olub.

Hətta bu vərdiş sonradan iş ideyasına çevrilib. Əri üçün hind ədviyyatları ilə müxtəlif cür kartof cipsləri hazırlayıb. Bu cipslər əvvəl ailəsinin, sonra dostlarının marağına səbəb olub. Beləcə, o, öz adını daşıyan cips markasını yaradıb. İlk məhsulu "Bombay ədviyyatlı cips" olub və indi onun məhsulları ABŞ-nin 1400-dən çox mağazasında satılır.

"İçində protein yox, xoşbəxtlik var"

Keya, arıqlayarkən belə cipsdən imtina etmədiyini deyib: "Cipsi qatığa batıraraq yeyirəm. Bu həm daha sağlam, həm də doyumludur."

O, məhsulları barədə verilən "Protein varmı? Lif mi?" kimi suallara isə belə cavab verib:

"Xeyr, içində xoşbəxtlik var. 36 qramlıq paketdə saf sevinc gizlənib. Hər şey funksional olmalı deyil. Bəzən sadəcə sizi xoşbəxt edən bir şey yemək kifayətdir." Lalə Qüdrətova Son.az

Sağlam qidalanmanın beş açarı  Yeməklərinizə əlavə edin! like
  • 25 Okt 05:05  
Digərləri Sağlam qidalanmanın beş açarı Yeməklərinizə əlavə edin!

Mütəxəssislər bildirirlər ki, sağlam qidalanma pəhriz trendlərindən ço

arrow Ətraflı
Alimlər mədəbağırsaq xərçənginin inkişaf səbəbini tapdı like
  • 25 Okt 04:04  
Digərləri Alimlər mədəbağırsaq xərçənginin inkişaf səbəbini tapdı

Alimlər mədə-bağırsaq xərçənginin inkişaf səbəbini müəyyən ediblə

arrow Ətraflı
Bu qidalar baş ağrısına səbəb olur – Xəbərdarlıq like
  • 25 Okt 03:03  
Digərləri Bu qidalar baş ağrısına səbəb olur – Xəbərdarlıq

Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi gündəlik qidalar baş ağrıs�

arrow Ətraflı
Sağlamlıq üçün ən faydalı ət növü  Balıq ya da toyuq deyil like
  • 25 Okt 02:02  
Digərləri Sağlamlıq üçün ən faydalı ət növü Balıq ya da toyuq deyil

Sağlam qidalanmanın əsas şərtlərindən biri zülalı düzgün mənbədən

arrow Ətraflı
59 yaşlı supermodeldən cazibədar like
  • 25 Okt 01:01  
Şou-biznes 59 yaşlı supermodeldən cazibədar

Dünya şöhrətli model Sindi Krouford yeni görüntüləri ilə diqqət çəki

arrow Ətraflı
Qaraciyəri toksinlərdən təmizləyir  Çayın içinə 1 ədəd əlavə edin like
  • 25 Okt 00:46  
Digərləri Qaraciyəri toksinlərdən təmizləyir Çayın içinə 1 ədəd əlavə edin

Soyuq havalarda həm orqanizmi isidən, həm də immuniteti gücləndirən təbi

arrow Ətraflı
Yük maşını restoranın içində aşdı like
  • 25 Okt 00:41  
Digərləri Yük maşını restoranın içində aşdı

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
İki uşaq anasının acı etirafı: “3 ildir əlimə kişi əli dəymir” like
  • 25 Okt 00:31  
Şou-biznes İki uşaq anasının acı etirafı: “3 ildir əlimə kişi əli dəymir”

Məşhur televiziya ulduzu Khloe Kardashian "The Kardashians" serialı

arrow Ətraflı
“Heç kimin əleyhinə ifadə verməmişəm” like
  • 25 Okt 00:19  
Digərləri “Heç kimin əleyhinə ifadə verməmişəm”

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili məhkəmədə heç kimin �

arrow Ətraflı
“Kişi gözə gələcək”  Xalq artisti həyat yoldaşından danışdı like
  • 25 Okt 00:11  
Şou-biznes “Kişi gözə gələcək” Xalq artisti həyat yoldaşından danışdı

Xalq artisti Afaq Bəşirqızı həyat yoldaşı Əhməd Təhməzovla ad günün

arrow Ətraflı
İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı paylaşım edib like
  • 25 Okt 00:06  
Siyasət İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin beşinci ild�

arrow Ətraflı
Şad xəbəri həbsxanada aldı like
  • 25 Okt 00:04  
Dünya Şad xəbəri həbsxanada aldı

Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsdə olduğu günlərdə baba olu

arrow Ətraflı
Günün qoroskopu: Soyuqqanlı qərarlar verin like
  • 25 Okt 00:01  
Digərləri Günün qoroskopu: Soyuqqanlı qərarlar verin

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horosco

arrow Ətraflı
Qubadlının işğaldan azad edilməsindən 5 il ötür like
  • 25 Okt 00:00  
Digərləri Qubadlının işğaldan azad edilməsindən 5 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.

arrow Ətraflı
"O, mənə anamı xatırladır"  "Toppuş bacı"nın qızı like
  • 24 Okt 23:49  
Şou-biznes "O, mənə anamı xatırladır" "Toppuş bacı"nın qızı

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra "Qonaqcanlı&

arrow Ətraflı