Siyasət

Prezident 10,5 milyon manat ayırdı

2025-07-30 13:21:00

Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10,5 milyon (on milyon beş yüz min) manat vəsait ayrılıb.

Azərbaycan, Suriya, Türkiyə: geosiyasi mənzərəni dəyişən yeni enerji körpüsü

2025-07-30 11:31:00

İki gün sonra Yaxın Şərq yeni bir mərhələyə qədəm qoyur. Bu mərhələ, son onilliyin ən mühüm enerji layihələrindən biri olan Azərbaycan - Suriya - Türkiyə qaz dəhlizinin hazırlanması ilə başlayacaq. Layihə çərçivəsində hər il 1,2 milyard kubmetr Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqli nəzərdə tutulur.

Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib

2025-07-30 11:08:00

Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.

İsrailin yeni səfiri Bakıya görün hansı geyimdə gəldi

2025-07-30 10:11:00

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus ölkəmizə gəlib.

Təhlükəli oyunun mərkəzində: Mərkəzi Asiya müstəqilliyini necə qoruyur?

2025-07-30 09:51:00

Müasir dövrdə dövlət suverenliyinə təzyiq artıq hərbi müdaxilə və ya siyasi ultimatumla deyil, "yumşaq güc" metodları ilə - yəni maarifçilik layihələri, gender bərabərliyi və vətəndaş cəmiyyəti təşviqatı adı altında həyata keçirilir. Bir vaxtlar imperiyalar arasında bufer rolunu oynayan Mərkəzi Asiya bu gün geoi­deoloji basqının mərkəzinə çevrilib. Region ölkələri öz siyasi subyektivliyini qorumağa çalışdığı bir vaxtda, "demokratiyanın dəstəklənməsi" və "insan haqları" şüarları altında fəaliyyət göstərən transmilli qurumlar milli legitim hakimiyyət institutlarını sıradan çıxarmağa yönəlmiş paralel təsir infrastrukturunu qururlar.

Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər

2025-07-29 23:24:00

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əl-Səud 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət ediliblər.

Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib

2025-07-29 21:55:00

İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyə işgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin VI Dünya Konfransında iştirak edib.

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər FOTOlar

2025-07-29 16:33:00

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 29-da davam etdirilib.

UNICEFin nümayəndəsinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb FOTO

2025-07-29 15:40:00

29 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir

2025-07-29 13:24:00

Cənubi Qafqaz bu gün sadəcə qeyri-sabitlik deyil, dərin və sistemli keçid mərhələsini yaşayır. Ənənəvi tarazlıq formulları dağılsa da, onların yerinə uzunömürlü alternativlər hələ formalaşmayıb. Regionun periferiyasında yox, mərkəzində dayanan əsas aktorlardan biri kimi Azərbaycan üçün bu proseslərin təbiətini soyuqqanlı və dəqiq şəkildə təhlil etmək həyati əhəmiyyət daşıyır.

Prezident bu yolun əsaslı təmirinə 2 milyon ayırdı

2025-07-29 13:12:00

Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq.

Zərərçəkmiş şəxslər məhkəmədə ifadə verdi

2025-07-28 20:50:00

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 28-də davam etdirilib.

Fransa Milli Assambleyasının qətnaməsi: Neokolonial maraqların növbəti ifşası

2025-07-28 19:46:00

İyulun 22-də Fransa Milli Assambleyasında "Respublikaçılar" Partiyasının təşəbbüsü ilə irəli sürülən və anti-Azərbaycan məzmun daşıyan qətnamə bir daha göstərdi ki, Fransa rəsmi dairələri Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq ideyasından çox, müstəmləkəçilik təfəkkürünün davamına üstünlük verir. Qətnamədə qondarma "Artsax" rejiminin legitimləşdirilməsinə cəhd, Azərbaycan əleyhinə saxta ittihamlar və Ermənistanın "sülhsevər" imicinin formalaşdırılması üçün uydurma tezislər yer alır. Bütün bunlar Fransanın nə dərəcədə qərəzli və qeyri-obyektiv yanaşma sərgilədiyini bir daha sübut edir.

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb

2025-07-28 17:48:00

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra dövlət xadimləri adından "deep fake" texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb.

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib FƏRMAN

2025-07-28 13:55:00

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.

Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək

2025-07-28 13:53:00

Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.

Ermənistan silahlı qüvvələrinin yaralı vəziyyətdə əsir götürdüyü azərbaycanlı: Hər gün işgəncə verirdilər

2025-07-28 13:52:00

İyulun 28-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Amin Musayev 2020-ci ildə Vətən müharibəsi zamanı güllə yarası aldığını, yaralı vəziyyətdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, əsirlik müddətində hər gün işgəncələrə məruz qaldığını bildirib.

Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

2025-07-28 11:15:00

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu ünvanlayıb.

Zənginləşdirilmiş uranın suverenliyi: Türkiyə güc yolunu seçir

2025-07-28 10:12:00

İlk baxışda bu, sadəcə bir rəy sorğusu kimi görünə bilər. Amma 71 faiz - yəni bu qədər türkiyəli vətəndaşın ölkənin öz nüvə silahına sahib olmasını zəruri sayması - təkcə narahatlıq ifadəsi deyil. Bu rəqəm dərin bir dəyişimin əlamətidir: türkiyə cəmiyyətinin strateji düşüncə tərzi, alyanslara baxışı və gələcək vizionu köklü şəkildə transformasiyaya uğrayır. Bu göstərici həm də post-soyuq müharibə dövrünün təhlükəsizlik memarlığına, nüvə silahlarının yayılmaması üzrə qlobal konsensusa və beynəlxalq status-kvonun özünə bir çağırışdır.

İlham Əliyevin "Yaşıl" strategiyası: ölkələri, regionu və dünyanı birləşdirən baxış

2025-07-26 20:12:00

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional və qlobal səviyyədə "Yaşıl" transformasiyanın aparıcı qüvvələrindən birinə çevrilib.

Ermənipərəst konqresmenlərin Trampa məktubu onların sonunun çatdığını göstərir Azər Qarayev

2025-07-26 17:24:00

Cənubi Qafqazda uzunmüddətli münaqişəyə son qoymaq üçün diplomatik səylər irəlilədiyi bir vaxtda, ABŞ Konqresində köhnə oyun yenidən səhnəyə çıxarılıb. Belə ki, 87 konqresmen Prezident Donald Trampın administrasiyasına məktubla müraciət edərək ermənilərin guya "Dağlıq Qarabağa qayıdışına" dəstək verməyə çağırıb. Məktubu imzalayanlar arasında Demokrat və Respublikaçı partiyaların ermənipərəst mövqeyi ilə tanınan üzvləri - Frank Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadao yer alıb. Onlar illərdir ABŞ Konqresində Ermənistanla "dostluq qrupu"nun həmsədrləri kimi fəaliyyət göstərirlər. Ancaq "insan hüquqlarının müdafiəsi" adı altında təqdim edilən bu təşəbbüs, əslində, Cənubi Qafqazda sülhə qarşı siyasi sabotajdan başqa bir şey deyil.

Prezidentin köməkçisi ABŞnin Zəngəzur dəhlizi layihəsində iştirakı ilə bağlı şayiələri şərh edib

2025-07-26 15:22:00

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev "Berliner Zeitung" nəşrinə verdiyi müsahibədə ABŞ-nin Zəngəzur dəhlizi layihəsində potensial iştirakı ilə bağlı şayiələri şərh edib.

"Azərbaycan Rusiyadan Aktau hadisəsinə görə məsuliyyəti öz üzərinə götürəcəyini gözləyir"

2025-07-26 13:51:00

Azərbaycan hesab edir ki, Rusiya "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarədə baş vermiş faciəli hadisəyə görə məsuliyyəti üzərinə götürməlidir.

Prezident İlham Əliyev Maldiv liderini təbrik edib

2025-07-26 11:01:00

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu göndərib.

Kapital əvəzinə bayraq: Fars körfəzi və imperiyasız vasitəçilər dövrü

2025-07-26 10:53:00

XXI əsrin beynəlxalq siyasətində səssiz, lakin dərin geosiyasi yer dəyişməsi baş verir: konfliktlərin vasitəçiliyi artıq Vaşinqton, London və Paris kimi klassik qərb paytaxtlarının inhisarında deyil. Bu missiya tədricən Cənuba və Şərqə keçir. Xüsusilə də bu proses Yaxın Şərqdə özünü parlaq şəkildə göstərir. Fars körfəzi ölkələri - BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Oman - bir vaxtlar neft ixracatçısı kimi tanınırdısa, bu gün onlar regional və qlobal sabitliyin arxitekturaları, yeni tip vasitəçilərdir. Onlar o zaman hərəkətə keçir ki, böyük güclər susur, onlar çıxış yolu təklif edir ki, BMT dalana dirənir.

Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər

2025-07-25 20:20:00

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər

2025-07-25 20:08:00

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 25-də davam etdirilib.

Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair BƏYANATI

2025-07-25 19:12:00

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.

Beşinci “Yüksəliş” müsabiqəsinin 20 qalibindən ikisi ADA Universitetinin tələbəsi, biri isə ADAnın müəllimidir Hafiz Paşayev

2025-07-25 16:52:00

Beşinci "Yüksəliş" müsabiqəsində 16 min iştirakçıdan 20 nəfəri qalib seçilib. Qaliblər arasından 2 nəfəri ADA tələbəsi, biri isə ADA müəllimidir.

Prezident İlham Əliyevin dediyi kimi, Bakıda yəhudi özünü Parisdən daha təhlükəsiz hiss edir Corc Dik

2025-07-25 15:42:00

2019-cu ildə Prezident İlham Əliyevlə ilk görüşüm zamanı o demişdi ki, Bakıda bir yəhudinin küçələrdə Parisdən daha təhlükəsiz şəkildə gəzə bilməsi ilə fəxr edir. O, o zaman da haqlı idi - xüsusilə bu gün də haqlıdır.

Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq Prezident təsdiqlədi

2025-07-25 14:17:00

Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək.

Prezident İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı fərman imzaladı

2025-07-25 14:16:00

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.