Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edir FOTOlar
Digərləri 25 Okt 2025 10:50:00 87 0
Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edir.
Bu xəbəri də oxu: Onlara xüsusi güzəşt ediləcək RƏSMİ
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə son günlərdə paytaxtın bəzi ərazilərində əsas etibarilə tut ağaclarını qurd basması halları müşahidə olunur. Ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır. Bu da öz növbəsində sakinləri narahat edir. Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keşirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.
Bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunub. Onu qeyd edək ki, sözügedən həşaratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.
Bitkilər üçün zərərli olan orqanizmin ləğv edilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. Amerika ağ kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilir.
Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.
Oktyabr ayının son günləri bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
ABŞ Kolumbiya Prezidenti Qustavo Fransisko Petro Urreqonu (Gustavo Petro) narko
Bakıda orta yaşlı kişi motosikletçini yıxmağa cəhd edib.
Rusiyaya qarşı Ukraynadakı müharibəsinə görə tətbiq olunan sanksiyalar
Rusiya ordusu Kiyevə ballistik raketlərlə zərbə endirib.
Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarlar
25 oktyabr üçün Tarot proqnozu xəbərdarlıq edir: taleyin gücü, keçmişd
Çin tərəfindən Ayın uzaq, qaranlıq tərəfinə göndərilən Chang'e-6
Fəsil keçidləri ilə birlikdə artan soyuqdəymə, qrip və boğaz ağrısı
ABŞ-də yaşayan 40 yaşlı Keya Vinqfild arıqlama prosesində nə "Ozem
Mütəxəssislər bildirirlər ki, sağlam qidalanma pəhriz trendlərindən ço
Alimlər mədə-bağırsaq xərçənginin inkişaf səbəbini müəyyən ediblə
Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi gündəlik qidalar baş ağrıs�
Sağlam qidalanmanın əsas şərtlərindən biri zülalı düzgün mənbədən
