Kriminal
2025-06-12 18:24:00
Bakı şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon Sektoru, Xətai rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş "Ordumuzun Qüdrəti" adlı rəsm müsabiqəsi elan edir. Tədbir Silahlı Qüvvələrinin şücayəti və vətənpərvərlik ruhunun təbliğinə xidmət məqsədi ilə keçirilir. Son tarix: 20 iyun 2025-ci il Yaş həddi 15-29 yaş arası Ölçü və texnika: sərbəst Müraciət anketi: 1. əsərin fotosu 2. Əsərin adı.......... 3. ölçü.......... 6.soyad,ad ...... .... 5 Təvəllüd .......... 6 əlaqə .............. Müraciət ünvanı: [email protected] Ən çox 3 əsərlə qatılmaq olar. Əsəri sərgilənən müəllifə sertifikat təqdim olunacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
2025-06-12 17:35:00
Oktyabrın 30-dan Noyabrın 2-dək Azərbaycan Rəqs İttifaqının (AzDC) təşkilatçılığı ilə rəqs ənənələrini və incəsənətini birləşdirən möhtəşəm Azerbaijan Dance Festival 2025 keçiriləcək. AzDC - nin Prezidenti, Azərbaycanın Xalq artisti Təranə Muradovadır. Baş tərəfdaş - Smooth & Rhythm Dance Style, Prezident - Olga Krasnyanskaya.
2025-06-12 14:25:00
Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın tələbələrinin konserti keçiriləcək.
2025-06-11 19:24:00
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlində təqsirləndirilən 1998-ci il təvəllüdlü Şəxsət Səfərova hökm oxunub.
2025-06-11 17:26:00
İyunun 10-da Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun (1915-1989) anım günü münasibətilə sənətkarın xatirə otağının açılışı olub.
2025-06-11 13:25:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikasının Xalq artisti Teyyub Aslanovun "Dostlarımla birgə..." adlı solo konserti keçirilib.
2025-06-11 00:15:00
2023-cü il mayın 7-də Abşeron rayonunda qətl hadisəsi olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, hadisə Novxanı qəsəbəsi, İlqar Mirzəyev küçəsində yerləşən fərdi evdə baş verib. Yataq otağınının giriş hissəsində, döşəmədə üzü üstə uzanmış vəziyyətdə 1982-ci il təvəllüdlü Türkan Gündüzün meyiti aşkar edilib.
2025-06-10 21:10:00
Masallıda sərxoş kişi öz başına iş açıb.
2025-06-10 17:00:00
Beynəlxalq Muğam Mərkəzində M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan "Səhnə bizimdir" adlı konsert proqramı keçirilib.
2025-06-10 15:39:00
15 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Olimpiya İdman Mərkəzində Bakı şəhəri üzrə müasir və milli rəqslər üzrə növbəti rəsmi Açıq Çempionat keçiriləcək.
2025-06-09 16:53:00
Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının "Artstudiya" teatr studiyasında bir hissəli mistik faciə janrında hazırlanan "Solğun çiçəklər" tamaşasının premyerası keçirilib.
2025-06-09 16:23:00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera Günləri" layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin "Şah İsmayıl" operasından parçalar nümayiş etdirilib. Tamaşa bəstəkarın anadan olmasının 140 illiyinə həsr olunub.
2025-06-09 16:10:00
Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək II Beynəlxalq "DEMMENİFEST - 2025" Kukla Teatrları Festivalında iştirak edəcək.
2025-06-08 23:51:00
Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib. O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərdən biri Ukrayna vətəndaşıdır.
2025-06-08 19:18:00
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vaqif Kərimov uzun sürməyən xəstəlikdən sonra bu gün 84 yaşında vəfat edib.
2025-06-08 10:54:00
Türkiyədə toy mərasiminə silahlı hücum olub.
2025-06-08 10:40:00
İyunun 8-də saat 1 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.
2025-06-07 23:32:00
"Kazino kralı" kimi tanınan şəkili Yusifin "sağ əli" həbs edilib.
2025-06-07 23:00:00
İyunun 7-si Xalq artisti, teatr və kino aktyoru Məlik Dadaşovun doğum günüdür.
2025-06-07 21:45:00
"Birinci övladım qız oldu. Sən demə böyrək çatışmazlığım var imiş və mənə uşaq dünyaya gətirmək olmazmış. Həkimlər övladım bətnimdə 6 aylıq olanda dedilər ki, gəl çıxaraq. Söylədim ki, olmaz. Mən artıq onu hiss edirdim. Həyat yoldaşım Valid də həkimlərlə eyni fikirdə idi. Cavab verirdim ki, ölərəm, uşaq qalar, sən böyüdərsən. Onu necə öldürüm, hiss edirəm axı? Allah dözüm verər, qorxma. Kliniki ölüm keçirdim. 1-2 gündən sonra ayıldım. Gətirib qoydular qucağıma ki, sənin qızındır. Baxdım, soruşdum ki, necə dünyaya gəldi? 7 ildən sonra oğlum da oldu. Risk etdim, müalicə aldım. Qətiyyən problem olmadı, heç elə bil xəstəliyim yox idi. Ayağı yüngül oldu".
2025-06-07 17:50:00
Azərbaycanda ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera günləri" layihəsinə start verilib.
2025-06-06 18:57:00
29 iyun "Bakı axşamı dostlar əhatəsində" konserti Bakıda! Əməkdar artist, virtuoz pianoçu Eldar Məmmədovu yubiley münasibətilə dostları Eyyub Yaqubov, Teymur Əmrah, İlqar Muradov və başqaları böyük proqramı ilə Opera studiyasının səhnəsində çıxış edəcəklər!
2025-06-06 18:37:00
29 iyun saat 11:00-da "Balacalar üçün Sirk" adlı teatr tamaşası bütün ailəni sevindirəcək.
2025-06-06 17:21:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Gənclərə dəstək" layihəsi çərçivəsində keçirilən "Hoş Atölye" sənət mərkəzinin "Yürekten Ürəyə" adlı konserti baş tutdu.
2025-06-06 10:45:00
Yaponiyanın Osaka şəhərində "Ekspo 2025" dünya sərgisi çərçivəsində Azərbaycan Milli Günü keçirilib.
2025-06-05 17:36:00
"Daş Salnamə Muzeyi"ndə Azerbaijan Fashion Week-in 18-ci mövsümü keçirildi. Tədbir təşkilində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən YARADICI - Mədəni və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzi iştirak etdi. AFW-in hər mövsümü təbiətin bir ünsürünə həsr olunur və bu yanaşma təkcə vizual deyil, həm də fəlsəfi bir konsepsiyaya çevrilir. Mövsüm mədəniyyət, moda və kimlik anlayışlarının vəhdətini ifadə edir. 2025-ci il mövsümünün mövzusu Yer ünsürü seçildi - dayanıqlılığın, dərinliyin və mirasın simvolu. Mövsümün sloqanı - "The Spirit of Stone" (Daşın Ruhu) - dizaynda təbii forma, struktur, material və daxili gücə diqqəti ön plana çəkir. Azerbaijan Fashion Week çərçivəsində yalnız podium nümayişləri deyil, həm də təhsil təşəbbüsləri, yaradıcılıq görüşləri və brendlərin kolleksiyalarını təqdim etdiyi showroom proqramı həyata keçirildi. Hyatt Regency Baku otelində keçirilən showroom-da yerli və beynəlxalq brendlərin işləri təqdim olundu. Showroom iştirakçıları arasında Octavio Pizarro (Fransa), Naiyl Baikuchukov (Qazaxıstan), Ianis Chamalidy, Leffers, Lilia Fisher, Yulia Kiseleva və EDGE (Rusiya) yer aldı. 24 may tarixində AFW podiumunda Naiyl Baikuchukov, Reve, Malique, Tsyhkovskyi və Aksona kimi dizaynerlər çıxış etdi. Həmçinin Menzer Zakizade Fashion School proqramının iştirakçılarının işləri nümayiş olundu. Bu kolleksiyalar həm dizaynerlərin fərdi estetik baxışını, həm də mövsümün ümumi əhval-ruhiyyəsini əks etdirdi. AFW-nın ilk gününü isə etnik yanaşması, ənənəvi formalar və sənətkarlıq texnikalarına olan diqqəti ilə tanınan Natavan brendinin kolleksiyası bağladı. Onun işləri milli irsi müasir estetikayla birləşdirərək kimlik və mənsubiyyətin dərinliyini vurğulayır - bu mövsümün mahiyyətini ən yaxşı ifadə edən təqdimatlardan biri oldu. Kolleksiya Cahangir Cahangirov adına xorun bənzərsiz müşayiəti ilə təqdim edildi. 25 may tarixində isə tanınmış beynəlxalq dizaynerlərin solo nümayişləri keçirildi. Podiumda Zemfira Jaffar Couture, Letters brendi, həmçinin mövsümün xüsusi qonaqları olan Octavio Pizarro (Paris) və Yanis Chamalidi (Sankt-Peterburq) öz kolleksiyalarını təqdim edəcəklər. Onların dizayna yanaşması - kütür texnikası, dərin mədəni kontekst və forma üzərində müasir düşüncənin harmoniyasıdır. Bu mövsümdə xüsusi diqqət təhsil proqramlarına yönəldi. YARADICI mərkəzinin dəstəyi ilə UNEC Dizayn Məktəbi, Mədəniyyət və İncəsənət Universiteti və gənc dizaynerlər üçün bir sıra mühazirə və ustad dərsləri təşkil olundu. Tədbirdə yerli və beynəlxalq mütəxəssislər - fotoqraflar, moda prodüserləri, stilistlər və sənaye ekspertləri, o cümlədən Adil Yusifov, Natavan Əliyeva, Nadejda Kojevnikova və Andrey Artonov öz təcrübələrini bölüşüblər. AFW-2025-in baş informasiya tərəfdaşı və nümayişlərin təşkilatçısı HELLO! jurnalına məxsusdur. Xüsusi dəvət olunmuş qonaq - top-model Vialina Lemann. 2015-ci ildən etibarən Azerbaijan Fashion Week Avropa, MDB və Asiyadan olan dizaynerləri, media nümayəndələrini və ekspertləri bir araya gətirən beynəlxalq mədəniyyət platforması statusunu qoruyur. Hər mövsüm yalnız estetik meyilləri əks etdirmir, eyni zamanda moda, mədəniyyət və kimlik arasında dialoq üçün real meydançaya çevrilir.
2025-06-05 17:26:00
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert proqramı baş tutub. Balaca istedadlar olduqca zəngin, rəngarəng musiqi nömrələri, bir-birindən parlaq səhnə geyimləri ilə gələn qonaqlarda xoş təəssürat yaradıb. Bu konsert həm də uşaqların hesabat konserti idi. Belə ki, il ərzində öyrəndiklərini, bilik və bacarıqlarını zalda əyləşən tamaşaçılara böyük həvəslə, həyəcanla, sevgiylə ötürdülər. Konsertdə Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən kollektivlər - Nəfəsli alətlər ansamblı (bədii rəhbər Sərvan Mehdizadə), "Sədəf" xalq çalğı alətləri ansamblı (bədii rəhbər Qönçə Mehdiyeva, müəllim Elbrus Niftəliyev), "Pərilər" vokal ansamblı (müəllim Leyla Aslanova), Gimnastlar qrupu ( müəllim Səbinə Cəlilova), "Şəms" uşaq xoru (bədii rəhbər Leyla Muradzadə), "Səda" uşaq xoru (bədii rəhbər Aysel Mehdizadə), Musiqili Uşaq Teatrı (müəllim Ağasəlim Feyzullayev), Uşaq Folklor Rəqs Ansamblı (bədii rəhbərlər Nigar Zeynalova, Məhəmməd Quliyev, müəllimlər Zeynal Cigərxanov, Günel Təhməzova) iştirak edib. Konsert proqramının rejissoru Günay Səttarovadır. Konsertdən əvvəl "Bacarıqlı əllər" rəsm dərnəyinin (müəllimlər Günay Qarayeva, Səriyyə Teymurova, Fəridə Süleymanlı, Fidan Qurbanova) gənc və istedadlı rəssamlarının əl işlərindən ibarət sərgi nümayiş olunub. Daha sonra təşkil olunmuş "Yaradıcılıq yarmarkası"-ndə uşaqların müxtəlif əl işləri, rəsm əsərləri satışa çıxarılıb. Yarmarka tamaşaçılar tərəfindən marağa səbəb olub. Konsertin sonundan isə illər ərzində Uşaq Filarmoniyasının mədəni və yaradıcılıq həyatında fəal iştirakına görə bütün iştirakçılar sertifikatlarla təltif olunub. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
2025-06-05 16:24:00
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konsertində Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva, İlkin Əhmədov, Elnur Zeynalov və respublika və beynəlxalq müsabiqələr laureatı Güllü Muradova çıxış edib.
2025-06-05 15:43:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" və Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin 70 illik yubileyinə həsr olunmuş konsert baş tutub.
2025-06-04 23:57:00
Xəbər verdiyimiz kimi, Lerikdə itkin düşən Şahin Musa oğlu Şərifovun meyiti tapılıb.