ABŞ bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi
Dünya 25 Okt 2025 10:28:00 72 0
ABŞ Kolumbiya Prezidenti Qustavo Fransisko Petro Urreqonu (Gustavo Petro) narkotiklərlə mübarizə qanunvericiliyinə əsasən sanksiya siyahısına daxil edib.
Bu xəbəri də oxu: Şahzadənin oğlu narkotik istifadə edirmiş Həbsdən yeni çıxmışdı...
Son.az xəbər verir ki, rəsmi məlumata görə, sanksiyalar həmçinin Petronun həyat yoldaşını, oğlunu və yaxın silahdaşını da əhatə edir.
Xəzinədarlıq katibi Skott Bessent bəyanatında bildirib ki, Petro hakimiyyətə gələndən sonra Kolumbiyada kokain istehsalı son onilliklərin ən yüksək səviyyəsinə çatıb:
"Prezident Qustavo Petro narkotik kartellərinin çiçəklənməsinə şərait yaradıb və bu fəaliyyəti dayandırmaqdan imtina edib. Onun siyasəti nəticəsində ABŞ-a axın edən narkotik maddələr amerikalıların həyatını təhlükəyə atıb. Prezident Tramp ölkəmizi qorumaq və narkotik qaçaqmalçılığına dözməyəcəyimizi göstərmək üçün qəti addımlar atır," - deyə Bessent vurğulayıb.
Bu qərarla Petro və ailəsinin ABŞ-dakı bütün aktivləri dondurulub, həmçinin Amerika vətəndaşlarına onlarla hər hansı maliyyə əməliyyatı aparmaq qadağan edilib.
Fidan Son.az
Bakıda orta yaşlı kişi motosikletçini yıxmağa cəhd edib.
Rusiyaya qarşı Ukraynadakı müharibəsinə görə tətbiq olunan sanksiyalar
Rusiya ordusu Kiyevə ballistik raketlərlə zərbə endirib.
Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarlar
25 oktyabr üçün Tarot proqnozu xəbərdarlıq edir: taleyin gücü, keçmişd
Çin tərəfindən Ayın uzaq, qaranlıq tərəfinə göndərilən Chang'e-6
Fəsil keçidləri ilə birlikdə artan soyuqdəymə, qrip və boğaz ağrısı
ABŞ-də yaşayan 40 yaşlı Keya Vinqfild arıqlama prosesində nə "Ozem
Mütəxəssislər bildirirlər ki, sağlam qidalanma pəhriz trendlərindən ço
Alimlər mədə-bağırsaq xərçənginin inkişaf səbəbini müəyyən ediblə
Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi gündəlik qidalar baş ağrıs�
Sağlam qidalanmanın əsas şərtlərindən biri zülalı düzgün mənbədən
Dünya şöhrətli model Sindi Krouford yeni görüntüləri ilə diqqət çəki
Soyuq havalarda həm orqanizmi isidən, həm də immuniteti gücləndirən təbi
