Bu üsulla soyuducunuz bir də buzlamayacaq
Digərləri 20 Noy 2025 00:50:00 78 0
Evdə ən vacib məişət texnikalarından biri olan soyuducunun zaman keçdikcə iç səthlərində buzlanma yarana bilər. Mütəxəssislər bildirir ki, bu hal yalnız istifadədə narahatlıq yaratmır, həm də cihazın enerji sərfiyyatını artıraraq soyutma performansını zəiflədir.
Bu xəbəri də oxu: Azərbaycanda niyə yağış yağmır? RƏSMİ CAVAB
Son.az xəbər verir ki, müasir soyuducularda belə buzlanma adətən aşağıdakı səbəblərdən yaranır:
Qapının tam bağlanmaması,
Soyuducunun tez-tez açılıb bağlanması,
İsti yemək və içkilərin birbaşa soyuducuya qoyulması,
Drenaj kanalının tutulması nəticəsində nəmin xaricə atıla bilməməsi.
Bu amillər soyuducunun içində nəmin yığılmasına və zamanla donaraq buz təbəqəsi yaratmasına səbəb olur.
Buzlanmanın qarşısını almağın yolları
Ustalar bildirir ki, mütəmadi qulluq və sadə tədbirlər sayəsində buzlanmanı tamamilə aradan qaldırmaq mümkündür.
Drenaj kanalını təmizləyin
Soyuducunun arxa hissəsindəki su axıdıcı dəlik tutulduqda nəmin çıxışı dayanır və bu da buzlanmaya yol açır. Bu hissəni plastik çubuq və ya yumşaq tel ilə mütəmadi təmizləmək lazımdır.
Qapını yoxlayın
Kauçuk contalar zamanla sərtləşir və elastikliyini itirir. Bu isə soyuğun bayıra, isti havanın isə içəri keçməsinə səbəb olur. Contaların ömrünü uzatmaq üçün onları vazelin və ya silikon yağ ilə yağlamaq tövsiyə edilir.
Sıxlığı düzgün tənzimləyin
Soyuducuda ideal temperatur +3 - +5°C, dondurucuda isə -18°C olmalıdır. Daha aşağı temperatur kompressoru həddindən artıq işlədərək divarlarda buz yaranmasına səbəb olur.
Qidaları ağzıörtülü saxlayın
Açıq qalmış qidalardan buxarlanan nəmlik tez bir zamanda buza çevrilir. Bu səbəbdən yeməkləri qapaqlı qabda və ya streçlə örtülü formada saxlamaq məsləhətdir.
Mütəxəssislər soyuducu təmizləndikdən sonra daxili səthləri qliserin və ya zeytun yağı ilə yüngül şəkildə silməyi məsləhət görür. Bu, səthdə nazik qoruyucu təbəqə yaradaraq nəmin yapışmasını və donmasını əngəlləyir. Qoxuya təsir etmir və cihazın ömrünü uzadır.
Buzlanma yeni başlayıbsa, cihazı tamamilə söndürmədən divarları ılıq sodalı su və ya limon suyu ilə silmək də effektiv üsuldur. Bu metod həm buzun əriməsinə kömək edir, həm də dolabın içindəki xoşagəlməz qoxuları aradan qaldırır. Lalə Qüdrətova Son.az
Məşhur türkiyəli aktrisa Demet Özdemir ilə Beşiktaşın gənc futbolçusu
Müğənni Rəqsanə İsmayılovanın borclu olduğu Gündüz Məmmədov açıq
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Ağdamın işğaldan az
Son.az 20 noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Ötən ilin yayında Şabranda evə basqın edən şəxslərin ər-arvad Arif H�
Payız fəslində olmağımıza baxmayaraq, Azərbaycanda yağışlı hava müş
Şəhidlər ailələrinə onları xatırladan əşyaları, xalqımıza isə Vət
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəs
Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun aktyor oğlu Sənan Kaz�
Ərəb turistlər Bakının mərkəzində gecə yarısı səs-küy yaradıblar.
Dişləri həddindən artıq tez tez və çox güc tətbiq edərək fırçalamaq
Türkiyədə Mərmərə dənizində Panama bayraqlı yük gəmisində baş verə
