Qarakənd faciəsindən 34 il ötür


Digərləri 20 Noy 2025 00:04:00 75 0

Qarakənd faciəsindən 34 il ötür

Qarakənd faciəsindən 34 il ötür.

Son.az-ın məlumatına görə, göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 34 il ötür.

"Mİ-8" hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub.

Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri - ümumilikdə 22 nəfər həlak olub.

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub.

Əvvəllər rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması fərziyyəsi səsləndirilib. Ancaq bir neçə gün sonra vertolyotun ermənilər tərəfindən vurulduğu təsdiqini tapıb.

Terror aktı nəticəsində Mİ-8 hərbi vertolyotunda həlak olanların tam siyahısını təqdim edirik:

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi

- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror

- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri, daxili işlər naziri

- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini

- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili

- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili

- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri

- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini

- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru

- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi

- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı

- Saylau Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini

- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru

- Oleq Nikoloyeviç Koçerev - polkovnik-leytenant

- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi

- Alı Mustafa oğlu Mustafayev - telejurnalist

- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı

- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator

- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri

- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü

- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü

İlham Əliyev Ağdamın işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı paylaşım edib like
  • 20 Noy 00:03  
Siyasət İlham Əliyev Ağdamın işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Ağdamın işğaldan az

arrow Ətraflı
Ağdamın işğaldan azad edilməsindən 5 il ötür like
  • 20 Noy 00:02  
Siyasət Ağdamın işğaldan azad edilməsindən 5 il ötür

Ağdamın işğaldan azad edilməsindən 5 il ötür.

arrow Ətraflı
Günün qoroskopu: Gözlənilməz maliyyə qapısı açıla bilər like
  • 20 Noy 00:01  
Digərləri Günün qoroskopu: Gözlənilməz maliyyə qapısı açıla bilər

Son.az 20 noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Səhv məlumata görə ərarvad evində öldürüldü like
  • 19 Noy 23:46  
Kriminal Səhv məlumata görə ərarvad evində öldürüldü

Ötən ilin yayında Şabranda evə basqın edən şəxslərin ər-arvad Arif H�

arrow Ətraflı
Azərbaycanda niyə yağış yağmır?  RƏSMİ CAVAB like
  • 19 Noy 23:31  
Digərləri Azərbaycanda niyə yağış yağmır? RƏSMİ CAVAB

Payız fəslində olmağımıza baxmayaraq, Azərbaycanda yağışlı hava müş

arrow Ətraflı
Bakıda iki şəhidin məzarı qarət edilib like
  • 19 Noy 23:19  
Digərləri Bakıda iki şəhidin məzarı qarət edilib

Şəhidlər ailələrinə onları xatırladan əşyaları, xalqımıza isə Vət

arrow Ətraflı
ETİHİnin növbəti regional görüşü Mingəçevirdə keçirilib  FOTO like
  • 19 Noy 23:11  
Digərləri ETİHİnin növbəti regional görüşü Mingəçevirdə keçirilib FOTO

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəs

arrow Ətraflı
Əməkdar artistin oğlunun toyudur like
  • 19 Noy 23:06  
Şou-biznes Əməkdar artistin oğlunun toyudur

Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun aktyor oğlu Sənan Kaz�

arrow Ətraflı
Ərəblər gecə 3də "Tarqovi"ni birbirinə qatdı like
  • 19 Noy 22:26  
Digərləri Ərəblər gecə 3də "Tarqovi"ni birbirinə qatdı

Ərəb turistlər Bakının mərkəzində gecə yarısı səs-küy yaradıblar.

arrow Ətraflı
Dişləri gündə 3 dəfə fırçalamaq lazım deyilmiş  Həkimdən xəbərdarlıq like
  • 19 Noy 22:00  
Digərləri Dişləri gündə 3 dəfə fırçalamaq lazım deyilmiş Həkimdən xəbərdarlıq

Dişləri həddindən artıq tez tez və çox güc tətbiq edərək fırçalamaq

arrow Ətraflı
İstanbulda kabus bitmir: Növbəti zəhərlənmə  ölən var like
  • 19 Noy 21:51  
Digərləri İstanbulda kabus bitmir: Növbəti zəhərlənmə ölən var

Türkiyədə Mərmərə dənizində Panama bayraqlı yük gəmisində baş verə

arrow Ətraflı
"Ayda 1 dəfə təyyarəyə minməsəm ürəyim partlayar" like
  • 19 Noy 21:49  
Şou-biznes "Ayda 1 dəfə təyyarəyə minməsəm ürəyim partlayar"

Əməkdar artist Almaz Ələsgərova övladlarından danışıb.

arrow Ətraflı
Bəzi kəndlər işıqsız qalacaq like
  • 19 Noy 21:40  
Digərləri Bəzi kəndlər işıqsız qalacaq

Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandır

arrow Ətraflı