"Halal pivə"lərlə bağlı həkimdən xəbərdarlıq
Digərləri 19 Noy 2025 23:00:00 73 0
"Alkoqolsuz" içkilər də zərərlidir.
Bu xəbəri də oxu: Səfərbərlik idarəsinin rüşvət qalmaqalı Sabiq rəis və zabitlərə şərti cəza verildi
Son.az xəbər verir ki, bunu rusiyalı həkim-fizioloq Aleksandr Kalyujin deyib.
"Alkoqolsuz içkilər heç də tam "təhlükəsiz" deyil. Onlarda spirt səviyyəsi 0,5%-ə qədər ola bilər ki, bu da uşaqlar, hamilə qadınlar, qaraciyər xəstələri və alkoqol asılılığından müalicə alan şəxslər üçün zərərlidir.
Bundan əlavə, istehsalçılar bu içkilərə dad və "tamlıq" vermək üçün şəkər əlavə edir və ya təbii şəkərlər qalır. Nəticədə, bir stəkan alkoqolsuz şərab və ya bir butulka alkoqolsuz pivə enerji baxımından şirin qazlı içkilərlə müqayisə edilə bilər. Müntəzəm istehlak isə çəki artımı, qan şəkərinin yüksəlməsi və trigliserid səviyyəsinin artması ilə nəticələnir ki, bu da ürək-damar xəstəlikləri üçün risk faktoru sayılır".
Kalyujin əlavə edib ki, alkoqolsuz içkilərdə fermentasiya məhsulları, yəni üzvi turşular və biogen aminlər qalır. Həssas şəxslərdə bunlar dəri qızarması, baş ağrısı, burun tutulması və həzm sistemi problemlərinə səbəb ola bilər. Həmçinin pivədə olan purin birləşmələri orqanizmdə sidik turşusunun artmasına gətirib çıxarır ki, bu da podaqra və böyrəkdə daş əmələ gəlməsi riskini artırır.
Ekspert həmçinin vurğulayıb ki, alkoqolsuz içkilər, xüsusilə yeniyetmələr və alkoqol asılılığı riski olan şəxslər üçün psixoloji baxımdan da təhlükəlidir.
Beləliklə, adi qəbul edilən "alkoqolsuz" içkilər də sağlamlıq üçün risk daşıyır və diqqətlə istehlak olunmalıdır.
İsmayıl Son.az
Ərəb turistlər Bakının mərkəzində gecə yarısı səs-küy yaradıblar.
Dişləri həddindən artıq tez tez və çox güc tətbiq edərək fırçalamaq
Türkiyədə Mərmərə dənizində Panama bayraqlı yük gəmisində baş verə
Əməkdar artist Almaz Ələsgərova övladlarından danışıb.
Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandır
Noyabrın 19-da Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Tra
19.11.2025-ci il tarixində saat 20:40-da "Qaz İxrac" İdarəsinə m�
Naxçıvan Muxtar Respublikasının ali təhsil sistemində genişmiqyaslı stru
Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri şəhərdə məsci
"Finnair" aviaşirkətinin Banqkok-Helsinki marşrutu üzrə uçuşunu
Xəbər verdiyimiz kimi,dələduzluq ittihamı ilə həbs edilən müğənni Rə
Xəbər verdiyimiz kimi, məşhur müğənni Rəqsanə İsmayılova bu gün Sabu
"Əsəbi adamam, özümü cəmləşdirə bilmirəm. Nəsə deyib, sonra pe�
Vitamin D çatışmazlığı artıq çəkiyə səbəb ola bilər.
Bakının ritmi var, amma o ritm hər gün pik saatlarda itir. Azadlıq prospekt
