ETİHİnin növbəti regional görüşü Mingəçevirdə keçirilib FOTO
Digərləri 19 Noy 2025 23:11:00 70 0
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla birbaşa dialoq və əməkdaşlığı genişləndirmək məqsədilə növbəti regional görüşünü Mərkəzi Aran bölgəsində təşkil edib. Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Yevlax və Mingəçevir şəhərləri, həmçinin Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarının təhsil müəssisələrində fəaliyyət göstərən 520 ilk həmkarlar ittifaqı təşkilatının sədrləri iştirak ediblər.
Bu xəbəri də oxu: Yaponiya nəhənginin 256 min maşını problemli çıxdı Qəza riski var
Son.az xəbər verir ki, tədbirə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev və komitənin digər məsul əməkdaşları qatılıblar.
Araz Paşayev çıxışında AHİK‑in sosial tərəfdaşlıq xəttinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu diqqətə çatdırıb və üzv təşkilatlar arasında həmrəylik prinsipinin Komitənin fəaliyyətində əsas xətt olduğunu vurğulayıb. O, birbaşa ünsiyyəti genişləndirməyin və ilk təşkilatlara sistemli dəstək göstərməyin prioritet olduğunu qeyd edib.
Tədbir çərçivəsində sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının müdafiəsi üzrə həyata keçirilən layihələr barədə təqdimatlar edilib. İlk təşkilat sədrləri ilə sual-cavab formatında müzakirələr aparılıb və səslənən təkliflər qeydiyyata alınıb.
ETİHİ rəhbərliyi bu formatda regional görüşlərin ölkənin digər bölgələrində də davam etdiriləcəyini və üzv təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin əsas məqsəd olduğunu bildirib.
Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ölkə üzrə 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və təxminən 147 üzv təşkilatı birləşdirir. Son.az
Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun aktyor oğlu Sənan Kaz�
Ərəb turistlər Bakının mərkəzində gecə yarısı səs-küy yaradıblar.
Dişləri həddindən artıq tez tez və çox güc tətbiq edərək fırçalamaq
Türkiyədə Mərmərə dənizində Panama bayraqlı yük gəmisində baş verə
Əməkdar artist Almaz Ələsgərova övladlarından danışıb.
Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandır
Noyabrın 19-da Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Tra
19.11.2025-ci il tarixində saat 20:40-da "Qaz İxrac" İdarəsinə m�
Naxçıvan Muxtar Respublikasının ali təhsil sistemində genişmiqyaslı stru
Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri şəhərdə məsci
"Finnair" aviaşirkətinin Banqkok-Helsinki marşrutu üzrə uçuşunu
Xəbər verdiyimiz kimi,dələduzluq ittihamı ilə həbs edilən müğənni Rə
Xəbər verdiyimiz kimi, məşhur müğənni Rəqsanə İsmayılova bu gün Sabu
"Əsəbi adamam, özümü cəmləşdirə bilmirəm. Nəsə deyib, sonra pe�
