Ağdamın işğaldan azad edilməsindən 5 il ötür


Siyasət 20 Noy 2025 00:02:00 53 0

Ağdamın işğaldan azad edilməsindən 5 il ötür

Ağdamın işğaldan azad edilməsindən 5 il ötür.

Son.az-ın məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb. Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.

Bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan Ağdamın, eləcə də Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edib. Prezident müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib. Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran dövlət başçısı rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 20 noyabr - Ağdam Şəhəri Günüdür.

Qeyd edək ki, Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında "Ağdamın azad olunmasına görə" medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Ağdam şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib. 2001-ci ildə işğal altında olan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal dağıdılmış məscidin minarəsindən ziyarət edərkən dağıntıların miqyasına görə, Ağdamı 1945-ci ildə ABŞ-ın atom bombası atması nəticəsində dağılmış Yaponiyanın Xirosima şəhərinə bənzədib. Bundan sonra Ağdam "Qafqazın Xirosiması" adlandırılıb.

Günün qoroskopu: Gözlənilməz maliyyə qapısı açıla bilər like
  • 20 Noy 00:01  
Digərləri Günün qoroskopu: Gözlənilməz maliyyə qapısı açıla bilər

Son.az 20 noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Səhv məlumata görə ərarvad evində öldürüldü like
  • 19 Noy 23:46  
Kriminal Səhv məlumata görə ərarvad evində öldürüldü

Ötən ilin yayında Şabranda evə basqın edən şəxslərin ər-arvad Arif H�

arrow Ətraflı
Azərbaycanda niyə yağış yağmır?  RƏSMİ CAVAB like
  • 19 Noy 23:31  
Digərləri Azərbaycanda niyə yağış yağmır? RƏSMİ CAVAB

Payız fəslində olmağımıza baxmayaraq, Azərbaycanda yağışlı hava müş

arrow Ətraflı
Bakıda iki şəhidin məzarı qarət edilib like
  • 19 Noy 23:19  
Digərləri Bakıda iki şəhidin məzarı qarət edilib

Şəhidlər ailələrinə onları xatırladan əşyaları, xalqımıza isə Vət

arrow Ətraflı
ETİHİnin növbəti regional görüşü Mingəçevirdə keçirilib  FOTO like
  • 19 Noy 23:11  
Digərləri ETİHİnin növbəti regional görüşü Mingəçevirdə keçirilib FOTO

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəs

arrow Ətraflı
Əməkdar artistin oğlunun toyudur like
  • 19 Noy 23:06  
Şou-biznes Əməkdar artistin oğlunun toyudur

Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun aktyor oğlu Sənan Kaz�

arrow Ətraflı
Ərəblər gecə 3də "Tarqovi"ni birbirinə qatdı like
  • 19 Noy 22:26  
Digərləri Ərəblər gecə 3də "Tarqovi"ni birbirinə qatdı

Ərəb turistlər Bakının mərkəzində gecə yarısı səs-küy yaradıblar.

arrow Ətraflı
Dişləri gündə 3 dəfə fırçalamaq lazım deyilmiş  Həkimdən xəbərdarlıq like
  • 19 Noy 22:00  
Digərləri Dişləri gündə 3 dəfə fırçalamaq lazım deyilmiş Həkimdən xəbərdarlıq

Dişləri həddindən artıq tez tez və çox güc tətbiq edərək fırçalamaq

arrow Ətraflı
İstanbulda kabus bitmir: Növbəti zəhərlənmə  ölən var like
  • 19 Noy 21:51  
Digərləri İstanbulda kabus bitmir: Növbəti zəhərlənmə ölən var

Türkiyədə Mərmərə dənizində Panama bayraqlı yük gəmisində baş verə

arrow Ətraflı
"Ayda 1 dəfə təyyarəyə minməsəm ürəyim partlayar" like
  • 19 Noy 21:49  
Şou-biznes "Ayda 1 dəfə təyyarəyə minməsəm ürəyim partlayar"

Əməkdar artist Almaz Ələsgərova övladlarından danışıb.

arrow Ətraflı
Bəzi kəndlər işıqsız qalacaq like
  • 19 Noy 21:40  
Digərləri Bəzi kəndlər işıqsız qalacaq

Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandır

arrow Ətraflı
Bəzi ərazilərdə qaz kəsiləcək  Sızma aşkarladı like
  • 19 Noy 21:29  
Digərləri Bəzi ərazilərdə qaz kəsiləcək Sızma aşkarladı

19.11.2025-ci il tarixində saat 20:40-da "Qaz İxrac" İdarəsinə m�

arrow Ətraflı
Azərbaycanda bu universitet ləğv edilir? like
  • 19 Noy 21:15  
Digərləri Azərbaycanda bu universitet ləğv edilir?

Naxçıvan Muxtar Respublikasının ali təhsil sistemində genişmiqyaslı stru

arrow Ətraflı