Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub


Digərləri 19 Noy 2025 21:31:00 74 0

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub

Noyabrın 19-da Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Əvvəlcə Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanışlıq keçirilib. Bildirilib ki, 3 min 600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərindən biridir.

Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edir.

Müəssisədə ümumilikdə 3 həkim-fizioterapevt, 1 həkim-travmatoloq, 4 həkim-nevroloq, 4 təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, 9 müalicəvi bədən tərbiyəsi (MBT) təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir.

Mərkəzin Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travmaları, eləcə də ölkənin müxtəlif tibb müəssisələrindən reanimasiyadan sonra reabilitasiyaya ehtiyacı olan vətəndaşların stasionar müalicəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Bundan əlavə, mərkəzdə bir sıra sahələr üzrə robotik və klassik reabilitasiya xidmətləri təqdim olunur. Nevrologiya istiqamətində insult, beyin və onurğa beyni zədələnmələri, həmçinin sinir sistemi xəstəliklərindən sonra bərpa prosesi aparılacaq.

Ortopedik reabilitasiya çərçivəsində travmalardan və ortopedik əməliyyatlardan sonra hərəkətin bərpası təmin ediləcək.

Pediatrik və neonatoloji reabilitasiya uşaqlarda hərəkət, inkişaf və koordinasiya pozuntularının erkən korreksiyasına yönəlib. İdmanda reabilitasiya xidməti idman zədələrindən sonra funksional hazırlığın və performansın bərpasını hədəfləyir.

Əl reabilitasiyası sahəsində əl cərrahiyyəsi və yuxarı ətrafların motor funksiyalarının inkişafı, eləcə də incə hərəkətlərin bərpası həyata keçiriləcək. Kardiopulmonar reabilitasiya ürək-damar və tənəffüs sistemi xəstəliklərindən sonra fiziki dözümlülüyün artırılmasına xidmət edir. Geriatrik reabilitasiya isə yaşlı pasiyentlərdə hərəkət imkanlarının genişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.

Onkoloji reabilitasiya onkoloji müalicələrdən sonra fiziki və psixoloji adaptasiyanın təmin edilməsini əhatə edir. Bundan əlavə, ginekoloji və androloji reabilitasiya kiçik çanaq disfunksiyalarında, kiçik çanaq əzələlərinin funksional bərpası, gücünün və elastikliyinin artırılması məqsədilə tətbiq olunan hədəfli fizioterapevtik yanaşma ilə həyata keçiriləcək. Onurğa sağlamlığı xidmətləri onurğa sütunu problemlərinin qarşısının alınmasına və müalicəsinə istiqamətlənib.

Bəzi ərazilərdə qaz kəsiləcək  Sızma aşkarladı like
  • 19 Noy 21:29  
Digərləri Bəzi ərazilərdə qaz kəsiləcək Sızma aşkarladı

19.11.2025-ci il tarixində saat 20:40-da "Qaz İxrac" İdarəsinə m�

arrow Ətraflı
Azərbaycanda bu universitet ləğv edilir? like
  • 19 Noy 21:15  
Digərləri Azərbaycanda bu universitet ləğv edilir?

Naxçıvan Muxtar Respublikasının ali təhsil sistemində genişmiqyaslı stru

arrow Ətraflı
Füzuli sakinləri Qurbanqulu Berdiməhəmmədova təşəkkür edib like
  • 19 Noy 21:02  
Digərləri Füzuli sakinləri Qurbanqulu Berdiməhəmmədova təşəkkür edib

Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri şəhərdə məsci

arrow Ətraflı
Sərnişinin halı pisləşdi  Təyyarə təcili Bakıya endi like
  • 19 Noy 20:48  
Digərləri Sərnişinin halı pisləşdi Təyyarə təcili Bakıya endi

"Finnair" aviaşirkətinin Banqkok-Helsinki marşrutu üzrə uçuşunu

arrow Ətraflı
Rəqsanə ağlayaraq ona zəng etdi   VİDEO like
  • 19 Noy 20:45  
Şou-biznes Rəqsanə ağlayaraq ona zəng etdi VİDEO

Xəbər verdiyimiz kimi,dələduzluq ittihamı ilə həbs edilən müğənni Rə

arrow Ətraflı
Azadlığa çıxan Rəqsanədən ilk açıqlama like
  • 19 Noy 20:34  
Şou-biznes Azadlığa çıxan Rəqsanədən ilk açıqlama

Xəbər verdiyimiz kimi, məşhur müğənni Rəqsanə İsmayılova bu gün Sabu

arrow Ətraflı
"Nə istəyirsiniz məndən, qoyun yaşayım" like
  • 19 Noy 20:20  
Şou-biznes "Nə istəyirsiniz məndən, qoyun yaşayım"

"Əsəbi adamam, özümü cəmləşdirə bilmirəm. Nəsə deyib, sonra pe�

arrow Ətraflı
Kökəlmə başlayıbsa, bu vitamin çatışmır like
  • 19 Noy 20:07  
Digərləri Kökəlmə başlayıbsa, bu vitamin çatışmır

Vitamin D çatışmazlığı artıq çəkiyə səbəb ola bilər.

arrow Ətraflı
Bakıda bu yolda piyadalar maşınlardan "bərk" gedir like
  • 19 Noy 19:54  
Digərləri Bakıda bu yolda piyadalar maşınlardan "bərk" gedir

Bakının ritmi var, amma o ritm hər gün pik saatlarda itir. Azadlıq prospekt

arrow Ətraflı
Azadlığa çıxan Rəqsanənin ilk görüntüləri like
  • 19 Noy 19:46  
Şou-biznes Azadlığa çıxan Rəqsanənin ilk görüntüləri

Xəbər verdiyimiz kimi ,h əbsdə olan müğənni Rəqsanə İsmayılova ev dus

arrow Ətraflı
Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib like
  • 19 Noy 19:29  
Digərləri Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib

Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi

arrow Ətraflı
Sumqayıtda ev yandı  ərarvad tüstüdən zəhərləndi like
  • 19 Noy 19:21  
Digərləri Sumqayıtda ev yandı ərarvad tüstüdən zəhərləndi

Sumqayıtda yaşayış evində yanğın baş verib.

arrow Ətraflı
Soyuq aylardakı kefsizlik günəşə görə imiş  Alimlər isbat etdi like
  • 19 Noy 19:00  
Digərləri Soyuq aylardakı kefsizlik günəşə görə imiş Alimlər isbat etdi

Kant adına Baltik Federal Universitetinin alimləri tələbələr arasında yaz

arrow Ətraflı
Rəqsanə ev dustaqlığına buraxıldı  zərərin müəyyən hissəsi ödənilib like
  • 19 Noy 18:50  
Şou-biznes Rəqsanə ev dustaqlığına buraxıldı zərərin müəyyən hissəsi ödənilib

Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

arrow Ətraflı
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib like
  • 19 Noy 18:49  
Siyasət Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qu

arrow Ətraflı