Onlara xüsusi güzəşt ediləcək RƏSMİ


Digərləri 25 Okt 2025 11:30:00 85 0

Onlara xüsusi güzəşt ediləcək  RƏSMİ

2025-2026-cı tədris ilində Azərbaycan ali təhsil müəssisələrində 62 xarici tələbə təhsil alacaq. Bəs həmin tələbələrin qəbul prosesi necə həyata keçirilir? Onlara güzəşt edilirmi?

Son.az-ın xəbərinə görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin yerli ali təhsil müəsssələrinə (ATM) qəbulu "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında (AR) təhsil alması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli Qərarı ilə tənzimlənir.

Həmçinin, qeyd edilib ki, Əcnəbilərin yeri ATM-lərə qəbulu Elm və Təhsil Nazirliyinin portal.edu.az elektron platforması üzərindən mərkəzləşmiş e-müraciət xidməti  ("SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service") vasitəsilə həyata keçirilir. Toyuqlu pizza

Bundan başqa, AR qanunveriliciyinə əsasən ATM-lərə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanında iştirak yolu ilə də mümkündür. Əcnəbi vətəndaşlar AR ATM-lərdində qeydiyyat zamanı seçdiyi tədris dilinə uyğun olaraq hazırlıq kurslarında, bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili, rezidentura və doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazana bilərlər. Bununla yanaşı, əcnəbi vətəndaşların yerli ATM-lərində təqaüdlü təhsili ilə bağlı bir sıra layihələr mövcuddur. Belə ki, əcnəbilər AR Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" və ya Hökümətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində də yerli ATM-lərdə təhsil ala bilirlər. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində təhsil haqqı, beynəlxalq nəqliyyat xərcləri, aylıq təqaüd, tibbi yardım (tibbi xidmət və dərman alınması), viza və qeydiyyat xərcləri qarşılanır. Həmçinin, HTP çərçivəsində qarşılıqlı razılaşma əsasında tərəfdaş ölkələrin vətəndaşları yerli ATM-lərdə tam təqaüdlə təhsil almaq hüququ qazana bilirlər.

Təhsil eksperti Kamran Əsədov "Yeni Sabah"a açıqlamasında bu prosesin detalları haqda danışıb:

"Azərbaycan ali təhsil sisteminin beynəlxalqlaşması son illərdə dövlətin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə əsas məqsəd əcnəbi tələbələrin ölkəyə cəlbidir. Son beş ildə bu sahədə əhəmiyyətli artım müşahidə olunur - 2018-ci ildə 5 min olan əcnəbi tələbə sayı 2024-cü ildə 12 mini ötüb".

Ekspert vurğulayıb ki, "Təhsil haqqında" Qanuna görə, xarici vətəndaşların təhsil hüququ yerli vətəndaşlarla bərabər təmin edilir. Onun sözlərinə görə, əcnəbilərin qəbulu Nazirlər Kabinetinin 2015-ci il 125 nömrəli qərarı ilə iki mexanizm üzrə, beynəlxalq müqavilələr çərçivəsində dövlət xətti və  universitetlərlə birbaşa müqavilə əsasında həyata keçirilir:

"Dövlət xətti ilə qəbul olunan tələbələr təhsil haqqından azadolma, yataqxana və sığorta kimi güzəştlərdən yararlanırlar. 2022-ci ildən "Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərin ali təhsil almasına dair dövlət proqramı" çərçivəsində 400-dən çox tələbə dövlət hesabına təhsil alır. Müqavilə əsasında qəbulda inzibati prosedurlar sadələşdirilib: artıq universitetlərə birbaşa müraciət imkanı və "ATİS" adlı elektron qeydiyyat sistemi tətbiq olunur".

K.Əsədov Azərbaycan dilini bilməyənlər üçün birillik hazırlıq proqramlarının mövcud olduğunu da qeyd edib:

"ADA, ADPU və BDU bu sahədə nümunəvi təcrübəyə malikdir. Bəzi texniki ixtisaslarda müəyyən ölkələrdən gələn tələbələr üçün 25-50 faiz təhsil haqqı endirimi də tətbiq edilir. Sosial adaptasiya məqsədilə 2023-cü ildən "Xarici Tələbə Evi" və təcrübə proqramları icra olunur. Bu təşəbbüslər beynəlxalq tələbələrin ölkə həyatına inteqrasiyasını asanlaşdırır".

Qeyd edək ki, bu il ölkəmizdə təhsil alacaq 62 tələbə arasında 23 Çin, 11 Qazaxıstan, 4 Tacikistan, 4 Qırğızıstan və 20 Somali vətəndaşı var. Bu göstərici ötən illə müqayisədə 32 faiz artımı əks etdirir. Xarici vətəndaşlar müxtəlif ixtisaslar üzrə 14 universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.

Nazirlik pensiya ödənişləri ilə bağlı məlumat yaydı like
  • 25 Okt 11:24  
Digərləri Nazirlik pensiya ödənişləri ilə bağlı məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Azərbaycanın kapital bazarı üçün yeni dövr başlanır like
  • 25 Okt 11:16  
Siyasət Azərbaycanın kapital bazarı üçün yeni dövr başlanır

Azərbaycanın kapital bazarı uzun illər ərzində bir sıra xroniki probleml�

arrow Ətraflı
Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin görüntüləri like
  • 25 Okt 11:11  
Digərləri Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin görüntüləri

Tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin

arrow Ətraflı
Bu yanacaqdoldurma məntəqəsi bağlandı  FOTO like
  • 25 Okt 11:05  
Digərləri Bu yanacaqdoldurma məntəqəsi bağlandı FOTO

Naxçıvanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi bağlanıb.

arrow Ətraflı
İlham Əliyev Tokayevi və Qazaxıstan xalqını təbrik edib like
  • 25 Okt 11:02  
Siyasət İlham Əliyev Tokayevi və Qazaxıstan xalqını təbrik edib

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının milli bayramı - Respubli

arrow Ətraflı
Kamaləddin Qafarov: “Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi” like
  • 25 Okt 11:00  
Digərləri Kamaləddin Qafarov: “Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi”

"25 oktyabr Azərbaycan  tarixinin  unudulmaz  səhifələrindən biridi

arrow Ətraflı
Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edir  FOTOlar like
  • 25 Okt 10:50  
Digərləri Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edir FOTOlar

Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edi

arrow Ətraflı
Oktyabrın sonu bəzi bürclər üçün möcüzə vəd edir – Yeni dövr başlayır! like
  • 25 Okt 10:41  
Digərləri Oktyabrın sonu bəzi bürclər üçün möcüzə vəd edir – Yeni dövr başlayır!

Oktyabr ayının son günləri bəzi bürclər üçün dönüş nöqtəsi olacaq

arrow Ətraflı
ABŞ bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi like
  • 25 Okt 10:28  
Dünya ABŞ bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Kolumbiya Prezidenti Qustavo Fransisko Petro Urreqonu (Gustavo Petro) narko

arrow Ətraflı
Bakıda kişi motosikletçini qəsdən yıxmaq istədi  VİDEO like
  • 25 Okt 10:20  
Digərləri Bakıda kişi motosikletçini qəsdən yıxmaq istədi VİDEO

Bakıda orta yaşlı kişi motosikletçini yıxmağa cəhd edib.

arrow Ətraflı
Dalğalar üzərində imperiya: Rusiyanın kölgə donanması necə qlobal sanksiyaları yarır like
  • 25 Okt 10:09  
Siyasət Dalğalar üzərində imperiya: Rusiyanın kölgə donanması necə qlobal sanksiyaları yarır

Rusiyaya qarşı Ukraynadakı müharibəsinə görə tətbiq olunan sanksiyalar

arrow Ətraflı
Rusiya Kiyevdə uşaq bağçasını vurdu  Yaralananlar var like
  • 25 Okt 09:42  
Dünya Rusiya Kiyevdə uşaq bağçasını vurdu Yaralananlar var

Rusiya ordusu Kiyevə ballistik raketlərlə zərbə endirib.

arrow Ətraflı
Bu gündən heyvan bazarları bağlanır like
  • 25 Okt 09:39  
Digərləri Bu gündən heyvan bazarları bağlanır

Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarlar

arrow Ətraflı
Bulvarda Zəfər konserti olacaq like
  • 25 Okt 09:20  
Kriminal Bulvarda Zəfər konserti olacaq

Paytaxtda Zəfər konserti olacaq.

arrow Ətraflı
25 oktyabr üçün Tarot bürclər proqnozu  tale sənə irəliləmək siqnalı verir like
  • 25 Okt 09:15  
Digərləri 25 oktyabr üçün Tarot bürclər proqnozu tale sənə irəliləmək siqnalı verir

25 oktyabr üçün Tarot proqnozu xəbərdarlıq edir: taleyin gücü, keçmişd

arrow Ətraflı