İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib
Siyasət 30 Apr 2025 11:05:00 61 0
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
İsrail Dövlətinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının, bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir. Qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail dövlətlərarası münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur.
Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir. Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, müdafiə, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərirlər. Cari ilin yanvarında Davosda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri ən xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.
Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm".
"İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib M

Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universitetində iki müəllim rüşvə

Ukraynalı jurnalist Viktoriya Roşçinanın Rusiya tərəfindən qaçırılıb

İkinci əl geyim mağazasından paltar alan şəxsin dərisinə infeksiya düş

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhə

"Geosiyasi silkələnmə: Hindistan-Pakistan münasibətləri qırılma nöqtəs

Gürcüstanın paytaxtı Tbilisidə, "Vağzal meydanı" metro stansiya

Mükəmməl qarın əzələlərinə sahib olmağı arzulayırsınız, amma uzun

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci c

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

İslam dinində ən savab əməl mövzusunda Qurani-Kərim və hədislərdə mü
