HindistanPakistan arasında barıt çəlləyi: "Bölgədə yeni bloklar formalaşır"
Siyasət 30 Apr 2025 10:10:00 89 0
"Geosiyasi silkələnmə: Hindistan-Pakistan münasibətləri qırılma nöqtəsində"
Bu xəbəri də oxu: Özbəkistan parlamenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib
Cənubi Asiyada barıt qoxusu yenidən hiss olunur. Son günlər Hindistan və Pakistan arasında artan gərginlik bölgədə böyük geosiyasi silkələnmələrin siqnalını verir. Sadə bir sərhəd toqquşmasından daha artıq olan bu gərginlik artıq regional ittifaqların, super güclərin mövqeyini aydınlaşdırır və "soyuq müharibə"nin lokal təzahürlərini xatırladır. Söhbət təkcə iki dövlətin münasibətlərindən getmir - artıq bu, qlobal güclərin iştirak etdiyi çoxqütblü bir qarşıdurmaya çevrilmək üzrədir.
Politoloq Turab Rzayevin Son.az-a verdiyi açıqlamaya görə, Hindistan və Pakistan arasında gərginliyin sürətlə artması bölgəni kritik nöqtəyə gətirib.
Onun sözlərinə görə, bu münasibətlər artıq nəzarətdən çıxa biləcək vəziyyətə gəlib:
"Əgər Pakistan tərəfinə qarşı növbəti hücum həyata keçirilərsə, bu dəfə cavab daha sərt və genişmiqyaslı olacaq. Hindistan isə artıq strateji addımlar atmağa başlayıb. Hava sahəsini və limanlarını Pakistanın üzünə bağlamaq planları müzakirə edilir. Bundan öncə də Pakistan vətəndaşlarına vizalar ləğv edilmiş və ölkədən çıxarılmışdılar".
Turab Rzayev həmçinin bildirib ki, Hindistanın Hind çayını bağlamaq ehtimalı vəziyyəti dramatik şəkildə dəyişə bilər:
"Hind çayı Pakistanın əsas su mənbələrindən biridir. Əgər Hindistan bəndlər inşa edərək suyun qarşısını kəsərsə, bu, Pakistan üçün kütləvi aclıq və susuzluq fəlakəti demək olacaq. Bu isə hərbi qarşıdurma riskini daha da artırır".
Politoloq qeyd edib ki, bu gərginlikdə beynəlxalq güclər də birbaşa olmasa da, dolayı yollarla iştirak edir:
"Çin tam şəkildə Pakistanı dəstəkləyir və ehtiyac yaranarsa, onu tək buraxmayacaq. ABŞ isə daha çox Hindistanın tərəfini tutur. Türkiyə, ənənəvi olaraq, Pakistanın yanında dayanacaq. Rusiya isə mürəkkəb mövqe tutur - bir tərəfdən Hindistanla münasibətləri qorumağa çalışır, digər tərəfdən isə Çinlə ittifaq çərçivəsində dolayısıyla Pakistanı dəstəkləyə bilər".
Onun fikrincə, bu vəziyyət bölgədə yeni güc bloklarının formalaşmasına səbəb olur:
"Yeni bloklamalar yaranır və bunlar arasında qarşılıqlı münasibətlərin daha da gərginləşməsi qaçılmaz görünür. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, Hindistan-Pakistan münasibətləri kontroldan çıxma ehtimalı ən yüksək olan geosiyasi risklərdən biridir".
Xəyal Abdullayev Son.az
Gürcüstanın paytaxtı Tbilisidə, "Vağzal meydanı" metro stansiya

Mükəmməl qarın əzələlərinə sahib olmağı arzulayırsınız, amma uzun

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci c

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

İslam dinində ən savab əməl mövzusunda Qurani-Kərim və hədislərdə mü

"TikTok"da 2,8 milyondan çox baxış toplayan "şüşə dəri&q

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesablarındakı paylaşımları

Ağ saçları boyamağa pul xərcləmədən təbii rənginə qaytarmaq mümkünd

Son vaxtlar bağ evlərinə maraq xeyli artıb. Belə evlər ya kirayə götür�

Türkiyə musiqisinin əfsanəvi siması İbrahim Tatlısəs təkcə sənət sah

Çıpaq yatmaq təkcə rahatlıq üçün deyil, həm də sağlamlığın qorunma

Burunda çıxan sızanaq adətən orqanizmdəki bəzi daxili problemlərin və y
