Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar Atası fəryad edir FOTO
Dünya 30 Apr 2025 10:47:00 88 0
Ukraynalı jurnalist Viktoriya Roşçinanın Rusiya tərəfindən qaçırılıb öldürüldükdən sonra ölkəsinə qaytarılan meyitində işgəncə izləri aşkarlanıb.
Bu xəbəri də oxu: Əməliyyatda ölən xəstə 3 saat sonra dirildi FOTO
Son.az xəbər verir ki, bu iddia ilə nypost nəşri çıxış edib.
Araşdırmalara görə Roşçinanın beyni, gözləri və qırtlağı çıxarılıb. 27 yaşlı jurnalistin cəsədi 757 ukraynalının qalıqları ilə aparılan dəyişmə zamanı Ukraynaya qaytarılıb və "naməlum kişi" kimi qeydiyyata alınıb.
Ukrayna Baş Prokurorluğunun müharibə cinayətləri idarəsinin rəhbəri Yuri Belousov bildirib ki, meyitdə qabırğa sınığı, cızıqlar, qan sızmaları və elektrik şoklarının izləri müşahidə olunub. Boynundakı göyərti isə boğulma ehtimalını göstərir.
Roşçinanın meyiti çox pis vəziyyətdə olduğu üçün rəsmi ölüm səbəbi hələ müəyyən edilməyib, əlavə ekspertizalar aparılır.
Jurnalistin atası xarici mütəxəssislərin iştirakı ilə daha geniş araşdırma tələb edir.
Qeyd edək ki, Viktoriya Roşçina 2023-cü ilin avqustunda Rusiyanın nəzarətinə keçən Ukrayna ərazilərində yoxa çıxıb. Rusiya onun tutulmasını doqquz ay sonra, 2024-cü ilin mayında təsdiqləyib.
Bildirilir ki, o, əvvəlcə Berdyanskda ukraynalılar üçün ən ağır rejimli koloniyalardan birinə aparılıb, sonra isə Rusiyanın Taqanroq şəhərindəki istintaq təcridxanasında saxlanılıb və Moskvaya aparılarkən həyatını itirib.
Roşçina müxtəlif Ukrayna media qurumlarında çalışıb, 2022-ci ildə isə Beynəlxalq Qadın Media Fondunun "Jurnalistikada Cəsarət" mükafatına layiq görülüb.
İsmayıl Son.az
İkinci əl geyim mağazasından paltar alan şəxsin dərisinə infeksiya düş

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhə

"Geosiyasi silkələnmə: Hindistan-Pakistan münasibətləri qırılma nöqtəs

Gürcüstanın paytaxtı Tbilisidə, "Vağzal meydanı" metro stansiya

Mükəmməl qarın əzələlərinə sahib olmağı arzulayırsınız, amma uzun

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci c

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

İslam dinində ən savab əməl mövzusunda Qurani-Kərim və hədislərdə mü

"TikTok"da 2,8 milyondan çox baxış toplayan "şüşə dəri&q

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesablarındakı paylaşımları

Ağ saçları boyamağa pul xərcləmədən təbii rənginə qaytarmaq mümkünd

Son vaxtlar bağ evlərinə maraq xeyli artıb. Belə evlər ya kirayə götür�
