Qida Agentliyi Yeni il hədiyyələri ilə bağlı hərəkətə keçdi
Digərləri 18 Dek 2025 18:42:58 87 0
Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara müraciət edib. Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. Bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirməsi tövsiyə olunur. Məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı aydın və oxunaqlı şəkildə göstərilməlidir.
Bu xəbəri də oxu: Müəllimin sinif otağında ölməsinin təfərrüatı...
Son.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Sadalananlarla yanaşı, hədiyyə qutularının qablaşdırılmasının deformasiyaya uğramamasına, əzilməməsinə və korlanmamasına diqqət yetirilməlidir. Xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejimi qorunmadıqda tez xarab olan yoqurtlar, kremli qənnadı məhsulları və kəsmik içlikli məmulatların bu cür qutulara yerləşdirilməsi məqsədəuyğun deyil. Xahiş olunur ki, qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Agentliyin "1003-Çağrı Mərkəzi"nə məlumat versinlər. Maarifləndirici məlumat üçün linkə keçid edə bilərsiniz: https://youtube.com/shorts/Zv0Gvvy0HGg?feature=share
Bakıda kafedə törədilmiş cinayətlə bağlı məhkəmə prosesi başa çat�
Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı,
"Bizə oğlumun xəstə olduğu barədə məlumat veriləndən sonra hospit
Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib.
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova bir neçə gün əvv�
Moskva məhkəməsi "Telegram"ı 6 milyon rubl ( təxminən 128 min ma
"Elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və is
Yunan filosofu Platon musiqini yalnız sənət deyil, həm də təhsil və əxla
Almaniyada saxlanılan Azərbaycan vətəndaşı Ukraynaya deportasiya olunub.
Türkiyədə səhər saatlarında məşhurlara qarşı keçirilən əməliyyatı
Tədqiqatlar göstərir ki, elektron siqaretlər və "vaping" cihazlar
MTV kanalında efirə gedən "Xoş Sabah" proqramında canlı yayım z
Hindistanda vəhşi fillərin ardıcıl hücumları yerli sakinlər arasında pa
İş adamı Quvat Beybutovun 4 milyon manatını dələduzluq yolu ilə ələ k
