Beybutovun 4 milyonu kimdədir? Cavid Hüseynli azadlığa buraxıldı


Digərləri 18 Dek 2025 16:45:00 68 0

Beybutovun 4 milyonu kimdədir?  Cavid Hüseynli azadlığa buraxıldı

İş adamı Quvat Beybutovun 4 milyon manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin məhkəməsi başlayıb.

Milil.Az qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Bu iş üzrə 5 nəfər-Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov, tanışları-Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə edilir. Onlardan yalnız Ceyhun Əşrəfov azadlıqdadır.

Həbsdə olan müttəhimlərin müdafiəçilərinin ilk vəsatəti də qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub. Müdafiəçilər deyiblər ki, müvəkkilləri ev dustaqlığına buraxılsalar, dəymiş ziyanın ödənilməsi daha rahat olar.

Bununla bağlı ilk vəsatəti Seymur Məhərrəmovun vəkili Şaiq Mirzəyev qaldırıb. Vəkil deyib ki, 4 milyon manatlıq ziyanın cəmi 200 min manatı müvəkkilinə aiddir. Həmin məbləği də digər müttəhim Zaur Qurbanova verib. Bununla belə müdafiəçi pulun zərərçəkmişə qaytarılmasında maraqlı olduqlarını bildirib.

Şaiq Mirzəyev çıxışının davamında müvəkkilinin saxlanma şəraitindən də şikayət edərək, "Bakı İstintaq Təcridxanasında 2500 nəfər üçün nəzərdə tutulmuş yerdə 5000-dən artıq dustaq saxlanılır", - deyib.

Zərərçəkmiş şəxs və prokuror isə Seymurun həbsdən azad edilməsinə qarşı çıxıb. Prokuror Elvin Mirzəyev bu vəsatətə daha sərt münasibət bildirib: "Cinayət işi üzrə ondan başqa daha 4 nəfər mühakimə edilir. Həmin adamların burada oturmasının səbəbkarı birbaşa Seymurdur. Hə, əgər ziyan ödənsəydi, mən özüm də deyərdim ki, ev dustaqlığına buraxılmalarına razıyam. İndiki halda isə vəsatətlə qətiyyən razı deyiləm. Həsab edirəm ki, həbsinin davamına qərar verilməlidir".

İttihamçının bu mövqeyindən sonra Seymurun vəkili prokuroru cinayət işini oxumamaqda ittiham edib. Prosesə sədrlik edən hakim Zaur Hacıyev mübahisənin genişlənməsinin qarşısını alaraq tərəfləri bir-birinə atmaca atmaqdan çəkinməyə çağırıb, məhkəmədə hüquq dərsi keçməyin də yersiz olduğunu xatırladıb.

Prosesin davamında digər təqsirləndirilən şəxslərin də ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər verilib. Zərərçəkmiş və ittiham tərəfi yalnız təqsirləndirilən Cavid Hüseynlinin həbsdən azad edilməsinə etiraz etməyib. Prokuror bunun səbəbini Hüseynlinin dəymiş ziyanın əksər hissəsini-927 min manatı ödəməsi ilə əsaslandırıb: "Cavid əvvəllər də eyni tərkibli cinayətlə bağlı məhkum edilib. Elə ona görə bilir ki, ziyanı ödəmək lazımdır. Belə desək, hüquqi cəhətdən maariflənib. Digərlərinə gəlincə, heç biri işləmir. Həbs edilməzdən əvvəl vaxtları olsa da, ödəniş etməyiblər. Bu insanların zərərçəkmişə borcları var, qaytarmalıdırlar". 

Vəkil Şaiq Mirzəyev replika hüququndan istifadə edərək prokurora bunları deyib: "Bəli, cənab prokuror tam razıyam, bu adamların borcu var. Borca görə isə adam tutmurlar".

Bunun ardınca məhkəmə qərarını açıqlayıb. 

Qərara əsasən, Cavid Hüseynli ev dustaqlığına buraxılıb. O, məhkəmə zalından dərhal azad edilib. Ziyanın bir hissəsini ödədiyi üçün əvvəldən həbs edilməyən Ceyhun Əşrəfovla bağlı da qərar dəyişməyib. Digərlərinin ev dustaqlığına buraxılması haqda vəsatətlər isə rədd edilib.

Əsas iclas dekabrın 25-nə təyin edilib. Həmin gün ittiham aktı elan ediləcək.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. İtthama görə, təqsirləndirilən şəxslər Quvat Beybutov üçün Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alacaqlarına vəd veriblər. Bu işin həlli üçün ondan 4 milyon 19 min manat pul alıblar. Prokurorluq ziyanın 1 milyon 442 min manatını Ceyhun Əşrəfov və Cavid Hüseynliyə ödətdirib.

Rus kürüsü Trampa necə çatdı? like
  • 18 Dek 16:41  
Digərləri Rus kürüsü Trampa necə çatdı?

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyanın X

arrow Ətraflı
Aİnin Cənubi Qafqazda "alov" axtarışı  Külə dönən nüfuz... like
  • 18 Dek 16:30  
Siyasət Aİnin Cənubi Qafqazda "alov" axtarışı Külə dönən nüfuz...

Son günlər Avropa Parlamentinin gündəmində yenidən Azərbaycan mövzusu &q

arrow Ətraflı
"Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib"  Peskov like
  • 18 Dek 16:20  
Dünya "Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib" Peskov

Putin və Ərdoğan Aşqabadda S-400 məsələsini müzakirə etməyiblər.

arrow Ətraflı
Hadisədən "2025"ə vida RƏQSİ like
  • 18 Dek 16:10  
Şou-biznes Hadisədən "2025"ə vida RƏQSİ

Hadisə yeni paylaşımı ilə müzakirələrə səbəb olub.

arrow Ətraflı
Qubada sərnişin avtobusu ana və övladını vurdu  ölən var like
  • 18 Dek 16:05  
Digərləri Qubada sərnişin avtobusu ana və övladını vurdu ölən var

Qubada sərnişin avtobusu ana və övladını vurub.

arrow Ətraflı
Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq?  AÇIQLAMA like
  • 18 Dek 16:00  
Digərləri Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq? AÇIQLAMA

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə

arrow Ətraflı
Rüşvət alan bağça müdiri işdən qovuldu like
  • 18 Dek 15:58  
Digərləri Rüşvət alan bağça müdiri işdən qovuldu

Zaqatalada bağça müdiri rüşvət ittihamı ilə vəzifəsindən kənarlaşd�

arrow Ətraflı
Daha bir prospektdə velosiped zolağı və parkinq ərazisi yaradıldı like
  • 18 Dek 15:50  
Digərləri Daha bir prospektdə velosiped zolağı və parkinq ərazisi yaradıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın nəqliyyat infrastr

arrow Ətraflı
“Səni sevirəm, vallah, özü də çox”  efirdə xanımına sevgi ETİRAFI like
  • 18 Dek 15:40  
Şou-biznes “Səni sevirəm, vallah, özü də çox” efirdə xanımına sevgi ETİRAFI

Aparıcı Zaur Nəbioğlu təqdim etdiyi "Rəngarəng" verilişində h

arrow Ətraflı
6 ay ancaq toyuq filesi yedi, pankreatit oldu like
  • 18 Dek 15:30  
Digərləri 6 ay ancaq toyuq filesi yedi, pankreatit oldu

6 ay boyunca təkcə toyuq filesi və gül kələmi yeyən qadın pankreatit ol

arrow Ətraflı
Kamaləddin Qafarov: “Amnistiya mühüm siyasi və humanist addımdır” like
  • 18 Dek 15:25  
Siyasət Kamaləddin Qafarov: “Amnistiya mühüm siyasi və humanist addımdır”

"Ölkə Prezidenti cənab İlham Əliyevin "Konstitusiya və Suverenli

arrow Ətraflı
“Selena"nın Nazlısı ərə gedir  FOTO like
  • 18 Dek 15:20  
Şou-biznes “Selena"nın Nazlısı ərə gedir FOTO

"Selena" serialında Nazlı obrazı ilə tanınan aktrisa Dilara Kurt

arrow Ətraflı
Saxlanılan Aleyna Tilki ilə bağlı vəkilindən açıqlama like
  • 18 Dek 15:10  
Şou-biznes Saxlanılan Aleyna Tilki ilə bağlı vəkilindən açıqlama

Türkiyədə İstanbul Baş Prokurorluğunun məşhurları əhatə edən genişm

arrow Ətraflı
Baş nazirin təyyarəsi Brüsseldə zədələndi like
  • 18 Dek 15:04  
Dünya Baş nazirin təyyarəsi Brüsseldə zədələndi

Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsi Avropa İttifaqı sammitin

arrow Ətraflı