Kafedə dalaşanları ayırmaq istədi, öz canından oldu...
Digərləri 18 Dek 2025 18:14:00 67 0
Bakıda kafedə törədilmiş cinayətlə bağlı məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Səhər yeməyini ötürsək nə baş verər?
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölümlə nəticələnən hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Bildirilib ki, hadisə ötən ilin iyun ayında gecə saat 02 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində qeydə alınıb. Həmin vaxt oradakı kafedə bir qrup şəxs arasında münaqişə baş verib. Bu zaman dalaşanları ayırmaq istəyən 1990-cı il təvəllüdlü Turan Şəkərov qəfil olaraq başından zərbə alıb. O, Respublika Neyrocərrahiyə Xəstəxanasına aparılıb stasionar müalicə olunsa da, bir neçə gün sonra vəfat edib.
T. Şəkərovun baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma, alın sümüyünün sağ yarısının basılmış-deşilmiş açıq qəlpəli sınığı və həmin səviyyədə baş beyinin sərt qişasının cırılması ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısının bir ədəd əzilmiş-cırılmış yarası ilə əlaqədar baş beyinin irinli iltihabı və ödemi səbəbindən öldüyü müəyyənləşib.
Həmçinin aparılan istintaqla Turana Naxçıvan sakini 1970-ci il təvəllüdlü Musa Musayevin qartalbaşlı əsa ilə zərbə yetirdiyi məlum olub.
Turan Şəkərov dünyasını dəyişməzdən əvvəl verdiyi ifadədə hadisə zamanı dalaşanları ayırmağa çalışdığını söyləyib. Bundan sonra Musa onu yanına çağırıb və əsa ilə qəfil başına zərbə endirib.
Məhkəmə M. Musayevi Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - Ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib. Ona 5 il həbs cəzası verilib. Son.az
Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı,
"Bizə oğlumun xəstə olduğu barədə məlumat veriləndən sonra hospit
Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib.
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova bir neçə gün əvv�
Moskva məhkəməsi "Telegram"ı 6 milyon rubl ( təxminən 128 min ma
"Elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və is
Yunan filosofu Platon musiqini yalnız sənət deyil, həm də təhsil və əxla
Almaniyada saxlanılan Azərbaycan vətəndaşı Ukraynaya deportasiya olunub.
Türkiyədə səhər saatlarında məşhurlara qarşı keçirilən əməliyyatı
Tədqiqatlar göstərir ki, elektron siqaretlər və "vaping" cihazlar
MTV kanalında efirə gedən "Xoş Sabah" proqramında canlı yayım z
Hindistanda vəhşi fillərin ardıcıl hücumları yerli sakinlər arasında pa
İş adamı Quvat Beybutovun 4 milyon manatını dələduzluq yolu ilə ələ k
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyanın X
Son günlər Avropa Parlamentinin gündəmində yenidən Azərbaycan mövzusu &q
