Kapitan həbsdən məktub göndərdi Generala ağır ittihamlar
Digərləri 18 Noy 2025 09:22:00 68 0
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov da daxil olmaqla, 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilən kapitan Ayaz Bayramov istintaq təcridxanasından müraciət ünvanlayıb.
Bu xəbəri də oxu: Müəllimlər nə vaxtdan tamştat işləyəcək? Emin Əmrullayevdən açıqlama
Son.az xəbər verir ki, kapitanın 28 vərəqlik yazılı müraciəti "Qafqazinfo"ya göndərilib.
FHN-də xidmət etmiş A.Bayramov böyük dələduzluq cinayəti ilə bağlı mühakimə edilsə də, özünü təqsirli bilmir. O, həbsinə görə general Raul Zeynalovu günahlandırır, ilk gündən ona qarşı ittihamları səngimir.
Ayaz Bayramovun sözlərinə görə, Raul Zeynalov ona bütün pulları faizə verib. Hətta qardaşı Nofəl Zeynalovu da bu işə qoşub. O deyir ki, sonradan aralarında ticarət yönümlü pul münasibətləri pozulub, elə bunun ardınca Raulun təşəbbüsü ilə həbsə atılıb: "Mən bu gün Raul Zeynalova görə həbsdəyəm. Sifarişçi odur. Digər zərərçəkmişlər də məhz onun ssenarisi ilə mənə qarşı ifadə veriblər. Gənc yaşlarımdan xurma alveri ilə məşğul olmuşam. Kasıb oğlan idim, bu alverlə dolanırdım. Raul Zeynalov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini keçəndən sonra mənim bu işlə məşğul olduğumu öyrəndi. Yanına çağırıb dedi ki, mən alverin üçün sənə böyük məbləğdə pullar verə bilərəm. Amma faizə verdiyi üçün rəsmi müqavilə bağlamadıq. Müxtəlif vaxtlarda ondan böyük məbləğdə pullar götürdüm, faizi ilə geri qaytardım. Dediyim kimi faizi ilə... Bir neçə dəfə də onun qardaşı Nofəldən pul götürüb faizi ilə geri qaytarmışam. Yeri gəlmişkən, Raul mənim verdiyim faiz pulla qardaşına avtomobil də almışdı. Amma şikayətində yazıb ki, mən onu aldatmışam, dələduzluqla 1 milyon manata yaxın pulunu ələ keçirmişəm. Məni ilk dəfə prokurorluğa çağırandan sonra ona zəng etdim, nə baş verdiyini soruşdum. Raul Zeynalov "Sənin başına hələ çox oyunlar açacağam. Gətir gizlətdiyin pulları ver. Yoxsa nə səndən, nə ailəndən əl çəkənəm. Hamısını həbs etdirəcəyəm", - deyərək mənə hədə-qorxu gəldi. Hətta o və yanında gətirdiyi iki "zərərçəkmiş" üstümə hücum çəkib qolumu burdular. Həbs olunduğum gün də mənim pulumla aldığı maşında oturub gülürdü".
Kapitan bildirib ki, 2 il ərzində Raul Zeynalova külli miqdarda pul qazandırıb. Məhz bu pullar hesabına general özünə və yaxınlarına lüks avtomobillər alıb: "Mənim hesabıma qazandığı pulları əyləncəyə xərcləyirdi. Bəzi hallarda xidməti otağına qadınları çağırırdı. Nazirliyin adına xələl gətirən hərəkətlər etdiyinə görə də axırda nazirin əmri ilə vəzifəsindən azad edildi".
Dövlət Yol Polisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkda�
Azərbaycanda 2025-ci il 1 iyuldan etibarən qüvvəyə minən dəyişikliyə ə
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Mur
Nar alarkən onun çürük olub-olmadığını müəyyən etmək üçün bir ne�
Mətbəxin ən əsas qidalarından biri olan kərə yağının soyuducuda saxlan
Son dövrlər şəhər yollarında avtobus zolaqlarının çəkilməsi ictimai n
Uzun illər boyunca öz-özünə danışmaq cəmiyyətdə qəribə davranış ki
"Mən" sözündən daha çox istifadə edənlər əsasən şizofrenlə
Aparılan tədqiqatlar yuyulmamış yastıq üzlüklərinin cəmi 7 gün ərzind
Keçmişdə bəzi kişilər maşınlarında sabun gəzdirərdi.
İnsanın zamanı necə qavraması və xronotipi onun əhvalına təsir göstə
Alkoqol əvvəlcə damarları genişləndirir, sonra isə daraldır. Bu dəyişi
Kardioloq ürəyin sağlam qalmasına kömək edən qidaları açıqlayıb.
Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin "qara qutu
Yaponiyanın Honşu adası sahillərində 5,2 maqnitudalı zəlzələ olub.
