Psixoloqlar deyir: “Danışın!” – Özözünə danışmaq dəli olmaq deyil


Kriminal 18 Noy 2025 07:35:00 79 0

Psixoloqlar deyir: “Danışın!” – Özözünə danışmaq dəli olmaq deyil

Uzun illər boyunca öz-özünə danışmaq cəmiyyətdə qəribə davranış kimi qiymətləndirilib, hətta bunu "dəlilik" əlaməti sayanlar da olub. Amma müasir psixologiya tamam fərqli nəticələr ortaya qoyur. Mütəxəssislər bildirirlər ki, öz-özünə danışmaq əslində beynin fikirləri nizamlamaq, emosiyaları idarə etmək və stresslə mübarizə aparmaq üçün istifadə etdiyi təbii bir üsuldur.

Son.az xəbər verir ki, psixoloqlar bu vərdişin "zehni qarışıqlıq" deyil, əksinə, fərqindəlik və özünü tənzimləmənin göstəricisi olduğunu vurğulayırlar.

Uzun müddət cəmiyyətdə mənfi qəbul edilsə də, aparılan araşdırmalar göstərir ki, öz-özünə danışmaq beyni rahatlaşdırır, düşüncələri qaydaya salır və insanın daha aydın qərar verməsinə kömək edir.

Mütəxəssislərə görə, bu davranış stressin azalmasına, diqqətin toplanmasına və daxili gərginliyin boşalmasına xidmət edir.

Psixoloqlar bildirirlər ki, insan beyni gün ərzində minlərlə düşüncə ilə dolur. Bunları yalnız daxildə saxlamaq əvəzinə, səsli şəkildə ifadə etmək beynin məlumatları daha yaxşı sıralamasına şərait yaradır.

Psixoloq Ebru Kalkan deyir: "İç səsi çölə vurmaq beynin düşüncələri kateqoriyalara ayırmasını asanlaşdırır və insan özünü daha yaxşı eşidir."

Xüsusilə stresli dövrlərdə öz-özünə danışmaq, sanki beynin "yenidən tənzimləmə düyməsini basmaq" kimi təsir göstərir.

Öz-özünə danışmaq emosional tarazlığın qurulmasında da mühüm rol oynayır. İnsanlar çox vaxt qayğı və narahatlıqlarını içinə atır. Amma onları səsli şəkildə ifadə etmək duyğuların anlaşılmasına və idarə olunmasına kömək edir.

İdmançılar və sənətçilər performansdan əvvəl özlərinə "Bacara bilərəm", "Hazıram" kimi cümlələr deyirlər. Bu, özünə güvəni artırır və motivasiya yaradır.

Uşaqlar oyun oynayarkən tez-tez özləri ilə danışır, hekayələr qurur, dialoqlar yaradır. Bu, onların öyrənmə prosesinin tamamilə normal və vacib hissəsidir. Yetkinlikdə isə sosial qaydalar səbəbilə insanlar bu davranışı gizlədir.

Harvard Universitetinin 2023-cü il araşdırmasına görə, öz-özünə danışmağa davam edən şəxslərdə problemləri həll etmə bacarığı daha güclü olur və qayğı səviyyəsi azalır.

Öz-özünə danışmaq yalnız daxili dialoq deyil, həm də bir növ "ayna effekti" yaradır. İnsan hisslərini səsli dedikdə, onlara kənardan baxmaq imkanı əldə edir. Bu isə özünüdərki artırır və insanın özünə daha şəfqətli yanaşmasına səbəb olur.

Nə dediyinizdən çox, necə dediyiniz önəmlidir. Mənfi cümlələr ("Mən bacarmıram", "Mən pisəm") zərər verə bilər, amma müsbət və dəstəkləyici ifadələr ("Bu çətindir, amma öhdəsindən gələ bilərəm") zehni dayanıqlığı artırır. Lalə Qüdrətova Son.az

Şizofrenlərin ən çox istifadə etdiyi söz açıqlandı like
  • 18 Noy 07:08  
Digərləri Şizofrenlərin ən çox istifadə etdiyi söz açıqlandı

"Mən" sözündən daha çox istifadə edənlər əsasən şizofrenlə

arrow Ətraflı
"Yastıq üzlükləri unitazdan daha çox bakteriya yığa bilər" like
  • 18 Noy 06:06  
Digərləri "Yastıq üzlükləri unitazdan daha çox bakteriya yığa bilər"

Aparılan tədqiqatlar yuyulmamış yastıq üzlüklərinin cəmi 7 gün ərzind

arrow Ətraflı
Keçmişdə niyə kişilər maşında sabun gəzdirib? like
  • 18 Noy 04:04  
Digərləri Keçmişdə niyə kişilər maşında sabun gəzdirib?

Keçmişdə bəzi kişilər maşınlarında sabun gəzdirərdi.

arrow Ətraflı
Əhvalımızı formalaşdıran gözəgörünməz ikili: Zaman və Yuxu like
  • 18 Noy 03:03  
Digərləri Əhvalımızı formalaşdıran gözəgörünməz ikili: Zaman və Yuxu

İnsanın zamanı necə qavraması və xronotipi onun əhvalına təsir göstə

arrow Ətraflı
Duz, alkoloq, qəhvəni eyni vaxtda qəbul etmək olmaz  Damarlar dözməyəcək like
  • 18 Noy 02:02  
Digərləri Duz, alkoloq, qəhvəni eyni vaxtda qəbul etmək olmaz Damarlar dözməyəcək

Alkoqol əvvəlcə damarları genişləndirir, sonra isə daraldır. Bu dəyişi

arrow Ətraflı
"Mayalı məhsullar ürəyin "evini yıxır" like
  • 18 Noy 01:01  
Digərləri "Mayalı məhsullar ürəyin "evini yıxır"

Kardioloq ürəyin sağlam qalmasına kömək edən qidaları açıqlayıb.

arrow Ətraflı
Təyyarənin "qara qutu"su nə vaxt oxunacaq? like
  • 18 Noy 00:52  
Digərləri Təyyarənin "qara qutu"su nə vaxt oxunacaq?

Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin "qara qutu

arrow Ətraflı
Yaponiyada güclü zəlzələ oldu like
  • 18 Noy 00:50  
Dünya Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Honşu adası sahillərində 5,2 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? like
  • 18 Noy 00:47  
Digərləri Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır?

Təcili yardım stansiyasının müdirinin işçilərdən rüşvət aldığı id

arrow Ətraflı
Bu ərazilərdə 6 saat işıq olmayacaq like
  • 18 Noy 00:41  
Digərləri Bu ərazilərdə 6 saat işıq olmayacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y

arrow Ətraflı
Şoyqunu öldürmək istədilər like
  • 18 Noy 00:39  
Digərləri Şoyqunu öldürmək istədilər

Moskvadakı Troekurovskoye qəbiristanlığında Rusiya Təhlükəsizlik Şuras�

arrow Ətraflı
Yaponlar yastığın yanına mandarin qoymadan yatmır: like
  • 18 Noy 00:36  
Digərləri Yaponlar yastığın yanına mandarin qoymadan yatmır:

Yaponiyada əsrlərdir davam edən maraqlı bir ənənəyə görə yatmazdan əv

arrow Ətraflı
Kobaxidze: ABŞdən Gürcüstana münasibətdə passivlik görürük like
  • 18 Noy 00:27  
Digərləri Kobaxidze: ABŞdən Gürcüstana münasibətdə passivlik görürük

Gürcüstan ABŞ ilə münasibətlərdə strateji dözüm rejimindədir.

arrow Ətraflı
Səidə Niyamı döyməklə hədələdi like
  • 18 Noy 00:23  
Şou-biznes Səidə Niyamı döyməklə hədələdi

Müğənni Səidə Sultan həmkarı Niyam Salami ilə küsmələrindən danış�

arrow Ətraflı
Evddə “qızıl yetişdirmək” artıq mümkündür: Bəzi bitkilər qızıl istehsal edirmiş like
  • 18 Noy 00:11  
Digərləri Evddə “qızıl yetişdirmək” artıq mümkündür: Bəzi bitkilər qızıl istehsal edirmiş

Elmi dairələrdə uzun müddət xəyal kimi görünən bir fikir gerçəyə çe

arrow Ətraflı