Zahid Oruc ittihamlara belə cavab verdi
Siyasət 19 Okt 2025 12:08:00 65 0
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc barəsində yazılanlara münasibət bildirib.
Bu xəbəri də oxu: İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, yayılan iddiaları böhtan adlandırıb:
"Ünvanıma yazılan böhtanın-36 ildir həyatda olmayan atamın adını da qarışdırıb 25 ildir sədaqətlə və şərəflə gəldiyimiz yola-Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna, ideallarına xidmətə böhtan və şər yaxılması bizi dövlətimizə, xalqımıza, nəhayət, Qələbəmizə dönmədən, usanmadan, son nəfəsimizədək xidmətdən geri çəkindirə bilməz.
1993-cü ildən bu günədək bir əqidədə olmuşuq-fərqindəyik, çoxları ondan narahat olublar. Üstəlik, bəzən, qələm fəhləliyimizi də çoxları hansısa maraqlarına təhlükə sayıblar. Lakin indi Ramiz Mehdiyevin ağır dövləti cinayətləri və ondan bəhs edən məqalədə üstümüzə atılan böhtanı görəndə susa bilmərik.
Kimliyindən asılı olmayaraq, hakimiyyət çevrilişinə cəhd və dövlətə xəyanət ən sərt cəzaya layiqdir. Lakin hər kəs əməlinə özü cavab verməlidir və verəcək. Dövlətə və cənab Prezidentə xəyanət bağışlana bilməz. Ona görə də iki gün əvvəl söylədik: xəyanətin siyasi mənsubiyyəti və yaşı olmur. Xüsusilə xarici kəşfiyyatla əlaqəli baş verən bir qəsdin bəraəti yoxdur.
Lakin 2003-cü ildə dövlətə qarşı daş atanlar indi o silahları sədaqət və ləyaqətlə Dövlətə xidmət edən Zahid Orucun adını ləkələmək üçün atırlar. Ətraflı
Bilin və agah olun-alnım o qədər açıqdır ki, heç bir gizli layihədə, görüşdə, xarici kəşfiyyat mərkəzləri ilə əlaqədə, yaxud dövlətimizin əleyhinə planda iştirakımız olmayıb, kimisə "ata"lıqda görməmişik, heç bir şəxsin kölgəsinə sığınıb klan, tayfa, qrup və ya siyasi birlikdə iştirak etməmişik, nəhayət, kiməsə saxta obraz düzəldib onun xəstə planlarına xidmət etməmişik. Heç vaxt ola bilməz...Qanımız və canımızla hamını əmin edirik.
Dövlətimizin etimad göstərdiyi sahələrdə fəhlə kimi çalışmışıq: gecə-gündüz, yalnız bir amalla yorulmadan işləmişik.
Bir siyasi əqidədə yol gələrkən, hər zaman möhtərəm cənab Prezidentdən yüksək ehtiram görmüşük. Yüksək ideallarla xidmət üçün bundan böyük dayağımız olmayıb.
Qoy hər kəs bilsin - zərrə qədər şübhəsi ola varsa da inansın - mən Zahid Oruc, o böhtanlara əsas verəcək bircə əməlin sahibi deyiləm.
Tam əksinə, bir beyin mərkəzinin təmsilçisi və siyasət adamının görə biləcəyi nə varsa, onu etmişik - Prezidentə və Dövlətə ləyaqətlə xidmət.
Əmin edirik-bizi böhtan və şərlə Rəhbərin gözündən sala bilməyəcəklər..."
Qeyd edək ki, mediada yayılan son məlumatlarda Zahid Orucun Ramiz Mehdiyevin əsas kadrlarından biri olduğu, ondan "dövlət adamı" obrazı düzəltməyə çalışdığı və "atası" adlandırdığı vurğulanır.
Türkiyəli məşhur aktyor Oktay Kaynarca yeni serial layihəsində yer alacaq.

Qlobal iqlim dəyişikliyi dünyanın bir çox bölgəsində yağıntı rejimin�

Bakıda yüksək vəzifəli məmurun ailəsinə ağır faciə üzv verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək

Xalq artisti Niyaməddin Musayev mahnılarını ifa edən gənc ifaçılara ça�

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qaba

Yeni aparılan tədqiqatın nəticələri göstərir ki, 50-dən artıq xərçə

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danış�

Alimlərin əvvəlcədən proqnozlaşdırdığı növbəti maqnit qasırğası a

Göygöldə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəs

Əməkdar artist Sevda Ələkbərzadə mərhum atası, yazıçı Çingiz Ələkb

Menopauza yalnız dövrənin bitməsi deyil, beynin kimyasının dəyişdiyi yen

"Heç vaxt qadın kimi xoşbəxt olmağın əsasını ailə qurub, uşaq sa

Qidalanma üzrə mütəxəssislər bildirir ki, 50 yaş və yuxarı şəxslər b
