Binalar daha tez qocalmayacaq: "Nəzarət daha da güclənəcək"


Digərləri 19 Okt 2025 11:27:00 82 0

Binalar daha tez qocalmayacaq: "Nəzarət daha da güclənəcək"

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək binalar və komplekslər. Layihələndirmə normaları"nı təsdiqləyib. Qərara əsasən, binaların layihələndirilməsi layihə tapşırığı üzrə yerinə yetirilməlidir. Belə ki, layihələndirilən binalar yüksək məsuliyyət səviyyəsinə aiddir və konstruksiyalarının hesablama-istismar müddəti 100 ildən az olmayaraq qəbul edilməlidir. Bu o deməkdir ki, artıq binaların istismar müddəti 100 il olacaq. Bəs hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir? Yeni qanun necə tətbiq olunacaq?

Əmlak eksperti Ramil Osmanlının "Kaspi" qəzeti"nə açıqlamasına görə, bu qanundan sonra binalara nəzarət daha da güclənəcək:

"Layihələndirmə normalarının təsdiqlənməsi gözlənilən idi. Əslində deyə bilmərik ki, əvvəllər belə qaydalar ümumiyyətlə olmayıb. Hündür mərtəbəli binalarla bağlı normativ qaydalar həmişə olub. Sadəcə indi yüksək binalar və komplekslər üçün layihələndirmə normalarının bilavasitə yüksək məsuliyyət zonası daxilində qəbul edilməsi, müəyyən əmsalların tətbiq olunması, istismar müddətinin minimum 100 ilə qaldırılması onu deməyə əsas verir ki, bundan sonra bu istiqamətdə nəzarət daha da güclənəcək". 

R.Osmanlının fikrincə, əvvəlki dövrdə inşa olunan binaların, xüsusilə də sovet dövründən qalmış köhnə tikililərin bir çoxunun istismar müddəti artıq başa çatıb: "Onlarda müəyyən bərkitmə işlərinin aparılmasına baxmayaraq faktiki olaraq istismar müddətini başa vurublar. Çünki əksəriyyəti beton konstruksiyalardan ibarətdir. Ötən əsrin əvvəllərində inşa olunublar, müəyyən tikinti standartlarının tələblərinə cavab vermirlər". 

Ekspert düşünür ki, binaların tez sıradan çıxmasının səbəbi düzgün qulluq edilməməsidir: "2000-ci ildən bəri inşa olunmuş yeni tikililərlə bağlı da müxtəlif zamanlarda monitorinqlər həyata keçirilir. Onların keyfiyyəti, dayanıqlılığı istiqamətində müzakirələr aparılır. Həmin binaların içində keyfiyyətsiz olanlar da var. Amma əksəriyyəti, xüsusilə monolit beton binalar keyfiyyətlidir. Sadəcə istismar qaydaları, binaların saxlanması ilə bağlı işlərin qaydasında olmadığını, standartlara cavab vermədiyini söyləmək olar. Çünki çoxmənzilli binaların idarə olunması sahə mülkiyyətçilərinin nəzarətindədir. Dövlət nəzarətində deyil. Bir çox hallarda bina bir neçə il istismar olunduqdan sonra mənzil tikinti kooperativləri  müəyyən qurğu və avadanlıqların köhnəldiyini nəzərə alaraq həmin binaları tərk edirlər. Binalar zaman-zaman təmir olunmalıdır. Orada müəyyən fasad işləri, qurğuların vaxtında dəyişdirilməsi həyata keçirilməlidir. Amma bir çox hallarda bu işlər standartdan kənar aparılır və yaxud heç aparılmır. Bu səbəbdən 15 il bundan öncə inşa olunmuş bina elə görünür ki, elə bil 100 ildir mövcuddur".

R.Osmanlı yeni qərar əsasında ediləcək digər dəyişikliklərdən də bəhs etdi: "Tikinti normaları ilə bağlı qaydaların tətbiq olunmasından sonra binalarda keyfiyyət göstəricilərinin daha da artırılması, eyni zamanda tikilən binaların ərazi planlaşması zamanı qeyd olunan tələblərə əməl olunması, yaşıllıq zonalarının salınması, ərazi üzrə müvafiq infrastrukturun yaradılması məsələlərində də ciddi nəzarət olacaq. Hətta 9 hektardan artıq sahəsi olan binalar üçün də ayrıca tələblər var. Bu səbəbdən düşünürəm ki, qanunlar bu sahədə keyfiyyəti bir qədər də artıracaq". 

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov isə bildirdi ki, sovet dövründə inşa olunmuş binalar artıq istismara yararlı deyil. O səbəbdən həmin binalarda yaşamaq təhlükəlidir: "Xruşşovka"lar 60-cı illərdə tikilməyə başladı. Bu binaların istismar müddəti 40 il üçün nəzərdə tutulmuşdu. Lakin artıq 65 ilə yaxındır ki, bu binalar istismar olunur. 70-ci illərdə beton özüllü binalar inşa olundu. Bunlar 9 mərtəbəli fransız layihələridir. Bakıda mikrorayonların çoxu bu binalardır. Onların isə istismar müddəti 100 ilə kimi nəzərdə tutulub. Lakin burada düzgün istismar da çox vacibdir. Binalar vaxtaşırı əsaslı təmir olunarsa, onların istismar müddəti 100 il ola bilər. Bəzi mikrorayonlarda bu binaların düzgün istismar olunmaması nəticəsində onlar 50 il xidmət göstərdi. Həmin binalar yaşayış üçün qismən yararlı, qismən isə təhlükəli hesab olunur". 

E.Azadovun fikrincə, tikinti şirkətləri istismardan sonra da bina ilə bağlı məsuliyyət daşısalar, binaların ömrü daha uzun ola bilər: "Mənim fikrimcə, 2000-ci ildən sonra inşa olunmuş 2500-ə yaxın yeni çoxmənzilli binalarda ciddi bir qüsur yoxdur. 2007-ci ildən sonra istismara qəbul olunmuş binaların da texniki, qurğu konstruksiya hissələrində fəsad mövcud deyil. Həmin binalar kifayət qədər dayanıqlıdır. Zamanla binaların üzərindən suvaq qatları qopur, düşür. Bu kimi qüsurlar olmasa, binaların digər daşıyıcı konstruksiyalarında ciddi problem yoxdur. O səbəbdən binaların aşınma dərəcəsinə uyğun olaraq vaxtaşırı suvaq və digər hissələrin bərpası lazımdır. Bu kimi hallar nəzərə alınaraq, tikinti şirkətləri bina ilə bağlı məsuliyyət daşımalıdır". 

Memar, urbanist Səbinə Abbasova da düşünür ki, yeni qanunun uğurlu olması mümkündür: "Yeni normalar və qaydalar əgər yeni tikililərdə ciddi şəkildə tətbiq olunsa, şəhərin memarlıq keyfiyyətinə və ətraf infrastrukturun yaxşılaşmasına müsbət təsir göstərə bilər. Bu, xüsusilə də son illərdə qəbul edilmiş tikinti sıxlığına dair qanunla birlikdə həyata keçirilsə, daha balanslı şəhər inkişafına şərait yarada bilər. Yəni, yeni qanun və qaydalar ilə binaların konstruksiyaları və kommunikasiyaların keyfiyyətinin artırılması mümkündür".

Niyaməddin Musayevdən mahnılarını ifa edən gənclərə şərt like
  • 19 Okt 11:07  
Şou-biznes Niyaməddin Musayevdən mahnılarını ifa edən gənclərə şərt

Xalq artisti Niyaməddin Musayev mahnılarını ifa edən gənc ifaçılara ça�

arrow Ətraflı
DYP MƏLUMAT YAYDI  Bu sürücülər məsuliyyət daşıyır like
  • 19 Okt 10:58  
Digərləri DYP MƏLUMAT YAYDI Bu sürücülər məsuliyyət daşıyır

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qaba

arrow Ətraflı
Qan analizi ilə 50dən çox xərçəng növü müəyyən edilə bilər  YENİ TƏDQİQAT like
  • 19 Okt 10:51  
Digərləri Qan analizi ilə 50dən çox xərçəng növü müəyyən edilə bilər YENİ TƏDQİQAT

Yeni aparılan tədqiqatın nəticələri göstərir ki, 50-dən artıq xərçə

arrow Ətraflı
KİV: Putin Trampla telefon danışığında Ukrayna hərbçilərinin “DXR”dən çıxarılmasını tələb edib like
  • 19 Okt 10:32  
Dünya KİV: Putin Trampla telefon danışığında Ukrayna hərbçilərinin “DXR”dən çıxarılmasını tələb edib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danış�

arrow Ətraflı
Oktyabrın üçüncü maqnit qasırğası BAŞLADI like
  • 19 Okt 09:50  
Digərləri Oktyabrın üçüncü maqnit qasırğası BAŞLADI

Alimlərin əvvəlcədən proqnozlaşdırdığı növbəti maqnit qasırğası a

arrow Ətraflı
Göygöldə ər və arvadı maşın vurub like
  • 19 Okt 09:28  
Digərləri Göygöldə ər və arvadı maşın vurub

Göygöldə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəs

arrow Ətraflı
"Sənin sözün damarlarıma yayılıb" like
  • 19 Okt 09:16  
Şou-biznes "Sənin sözün damarlarıma yayılıb"

Əməkdar artist Sevda Ələkbərzadə mərhum atası, yazıçı Çingiz Ələkb

arrow Ətraflı
Menepauza beyin üçün siqnal verir – Hormonlar azaldıqda beyində nə baş verir? like
  • 19 Okt 08:41  
Digərləri Menepauza beyin üçün siqnal verir – Hormonlar azaldıqda beyində nə baş verir?

Menopauza yalnız dövrənin bitməsi deyil, beynin kimyasının dəyişdiyi yen

arrow Ətraflı
“Xoşbəxtlik ailə qurmaqda deyil" like
  • 19 Okt 08:08  
Şou-biznes “Xoşbəxtlik ailə qurmaqda deyil"

"Heç vaxt qadın kimi xoşbəxt olmağın əsasını ailə qurub, uşaq sa

arrow Ətraflı
Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır like
  • 19 Okt 07:07  
Digərləri Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Qidalanma üzrə mütəxəssislər bildirir ki, 50 yaş və yuxarı şəxslər b

arrow Ətraflı
Məşhur milyarderin xanımı bahalı brendləri və dekolteni SEVİR like
  • 19 Okt 06:06  
Digərləri Məşhur milyarderin xanımı bahalı brendləri və dekolteni SEVİR

Keçmiş televiziya aparıcısı, hazırda uğurlu biznes-ledi və amerikalı mi

arrow Ətraflı
Qeybət edən cütlüklər daha like
  • 19 Okt 03:03  
Digərləri Qeybət edən cütlüklər daha

Kaliforniya Universitetinin alimlərinin apardığı araşdırmaya görə, cüt

arrow Ətraflı
Bu bitki təbii like
  • 19 Okt 02:02  
Digərləri Bu bitki təbii

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir

arrow Ətraflı
Melaniya Trampın sevimli like
  • 19 Okt 01:01  
Digərləri Melaniya Trampın sevimli

ABŞ-nin birinci xanımı olan və Ağ evdə yaşayan Melaniya Trampın günün

arrow Ətraflı
Bu yazını oxuya bilənə 1 milyon dollar veriləcək like
  • 19 Okt 00:53  
Digərləri Bu yazını oxuya bilənə 1 milyon dollar veriləcək

Hindistanın Tamil Nadu ştatı min illərdir sirr olaraq qalan İndus yazısın

arrow Ətraflı