Cərimələrin məcburi tutulması qaydalarında DƏYİŞİKLİK


Digərləri 13 Fev 2026 12:41:00 191 0

Cərimələrin məcburi tutulması qaydalarında DƏYİŞİKLİK

Cərimənin məcburi tutulması qaydalarında dəyişiklik ediləcək.

Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək.

Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək.

Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldiləcək.

Bu halda "İcra haqqında" Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.

Qüvvədə olan qanunvericiliyə görə, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilir. Cərimənin tutulması o halda məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilir ki, onun əmlakı olmasın, yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi üçün kifayət etməsin.

Layihədə bildirilib ki, qanunvericilikdə məsələnin bu cür tənzimlənməsi təcrübədə icra prosesini ləngidir, icra tədbirlərinin isə bəzən cərimənin məbləği ilə qeyri-mütənasib nəticələrə səbəb olduğu müşahidə olunur.

Xüsusilə nisbətən kiçik məbləğli cərimələr üzrə yüksək dəyərli əmlaka həbs qoyulması və onun hərrac yolu ilə satışı həm vaxt itkisi, həm də əlavə prosedur xərcləri yaradır.

Cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdən keçirilməsi, o cümlədən cərimənin ilk növbədə məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilməsi, icra prosesinin operativliyinin artırması və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulması və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədi ilə bu qanun layihəsi hazırlanıb.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./Trend

Bu xəstələr artıq özəl klinikalarda xidmət ala biləcək like
  • 13 Fev 12:35  
Digərləri Bu xəstələr artıq özəl klinikalarda xidmət ala biləcək

Azərbaycanda özəl tibb müəssisələrində onkoloji xəstəliklərin müayin

arrow Ətraflı
Elektron ticarətlə məşğul olanlar üçün yeni qanun  Artıq... like
  • 13 Fev 12:35  
Digərləri Elektron ticarətlə məşğul olanlar üçün yeni qanun Artıq...

Elektron ticarəti həyata keçirən qeyri-rezident şəxslərin ƏDV məqsədl�

arrow Ətraflı
"Sevgililər günü" 20 dərəcə isti olacaq  PROQNOZ like
  • 13 Fev 12:29  
Digərləri "Sevgililər günü" 20 dərəcə isti olacaq PROQNOZ

Fevralın 14-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Bu avtomobillər rüsumlardan azad EDİLDİ like
  • 13 Fev 12:23  
Digərləri Bu avtomobillər rüsumlardan azad EDİLDİ

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumun

arrow Ətraflı
Minimum əməkhaqqı ilə bağlı YENİ QƏRAR like
  • 13 Fev 12:21  
Digərləri Minimum əməkhaqqı ilə bağlı YENİ QƏRAR

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olm

arrow Ətraflı
Kamaləddin Qafarov: “Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır” like
  • 13 Fev 12:20  
Siyasət Kamaləddin Qafarov: “Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır”

"Müasir dünyada dövlətlərin real gücü artıq təkcə təbii resursla

arrow Ətraflı
Rəşid Mahmudova "od püskürdü": "Sən, nə kişisən ki..." like
  • 13 Fev 12:00  
Şou-biznes Rəşid Mahmudova "od püskürdü": "Sən, nə kişisən ki..."

Əməkdar artist Elza Seyidcahanın müğənni bacısı Rasimə Seyidcahan "

arrow Ətraflı
Ersoydan Epşteyn iddialarına cavab like
  • 13 Fev 11:55  
Şou-biznes Ersoydan Epşteyn iddialarına cavab

Müğənni Muazzez Ersoyun keçmiş müsahibəsində "sehrli hovuz" if

arrow Ətraflı
Bələdiyyələrin qanunsuz satdığı torpaqlar geri alınır  Nazirlik məhkəmələrə müraciət edib like
  • 13 Fev 11:30  
Digərləri Bələdiyyələrin qanunsuz satdığı torpaqlar geri alınır Nazirlik məhkəmələrə müraciət edib

Milli Məclisdə qəbul edilən qərara görə, bələdiyyələrin torpaq satı

arrow Ətraflı
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana gediblər like
  • 13 Fev 11:25  
Siyasət Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana gediblər

13-14 fevral 2026cı il tarixlərində Ermənistanda "Sülh Körpüsü"

arrow Ətraflı
Azərbaycanda polkovnik vəfat ETDİ like
  • 13 Fev 10:55  
Digərləri Azərbaycanda polkovnik vəfat ETDİ

Uzun müddət daxili işlər orqanlarında xidmət etmiş polis polkovniki Mirz�

arrow Ətraflı
Luvrda bilet fırıldağı ifşa olundu: muzey əməkdaşları saxlanıldı like
  • 13 Fev 10:25  
Dünya Luvrda bilet fırıldağı ifşa olundu: muzey əməkdaşları saxlanıldı

Fransanın hüquq-mühafizə orqanları Parisdə yerləşən Luvr muzeyinə giri

arrow Ətraflı
“Azeri Light”ın qiyməti 3%dən çox düşdü like
  • 13 Fev 09:58  
Digərləri “Azeri Light”ın qiyməti 3%dən çox düşdü

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı

arrow Ətraflı
Bu şəxslərin pensiyasına 300% miqdarında əlavə EDİLDİ like
  • 13 Fev 09:51  
Digərləri Bu şəxslərin pensiyasına 300% miqdarında əlavə EDİLDİ

Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət illərinə görə

arrow Ətraflı
Bu üsulla 14 dəfə cekpot uddu like
  • 13 Fev 09:50  
Digərləri Bu üsulla 14 dəfə cekpot uddu

14 dəfə cekpot udan riyaziyyatçı yenidən gündəmə gəlib. Söhbət Stefan

arrow Ətraflı