“KOBların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sırası genişlənir


Digərləri 02 Apr 2026 16:39:00 103 0

“KOBların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sırası genişlənir

KOB-ların iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakının təmin olunması, yaşıl biznes təşəbbüslərini təşviq etmək və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən irəli sürülmüş "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"yə qoşulan ölkələrin və təşkilatların sayı artmaqda davam edir. Bu günə kimi bəyənnaməyə ümumilikdə 10 ölkə, 27 yerli və beynəlxalq təşkilat qoşulub. 

Son.az xəbər verir ki, bəyannaməyə dair ətraflı məlumat www.greensme.org saytda yerləşdirilib.İstənilən ölkədə sahibkarlıq və biznes sahəsində fəaliyyət göstərən dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar, eləcə də biznes subyektləri Bəyannaməyə qoşula bilərlər. 

Həmçinin, 2025-ci ildə bəyannamə barədə xarici ölkələrin, yerli və beynəlxalq təşkilatların maarifləndirilməsi üçün 10-a yaxın tədbir təşkil olunub. Belə ki, iyulda Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri üçün, avqustda Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası (SACCI) və İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) üçün bəyannaməyə dair təqdimatlar keçirilib. Həmçinin, ötən ilin martında Nyu-Yorkda BMT-nin Qadınların Statusuna dair 69-cu Komissiyası çərçivəsində "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Qadınların rolunun artırılması", oktyabrda Bakıda keçirilmiş Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum) çərçivəsində "Qlobal yaşıl keçiddə KOB-ların rolunun artırılması: KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Bəyannaməsi", noyabrda Belem şəhərində COP30 çərçivəsində "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Belem statusu" mövzusunda panel müzakirələr və s. təşkil olunub. Eyni zamanda 2025-ci ilin iyununda Bakıda keçirilmiş 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində ("Caspian Oil and Gas") KOBİA-nın stendi KOB-ların yaşıl iqtisadiyyata keçidinə və bəyannamənin təşviqinə həsr olunub. 

Qeyd edək ki, "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə" 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülmüş beynəlxalq təşəbbüsdür. Bu sənəd KOB-lar üçün ilk dəfə olaraq qlobal iqlim hərəkatının yaradılmasını təklif edir. Bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və mövcud çətinliklərin aradan qaldırılması məqsədilə sahibkarların bilik və bacarıqlarının artırılması üçün təlim və seminarların təşkili, ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Öz saytı işləməyən internet şirkətləri  SİYAHI like
  • 02 Apr 16:37  
Digərləri Öz saytı işləməyən internet şirkətləri SİYAHI

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən apar

arrow Ətraflı
Maaş və pensiyalar artırıla BİLƏR like
  • 02 Apr 16:25  
Digərləri Maaş və pensiyalar artırıla BİLƏR

Azərbaycanda belə ənənə var ki, may-iyun aylarında büdcəyə əlavələr

arrow Ətraflı
Trampın GİZLİ PLANI üzə çıxdı: İranın nüvə ehtiyatlarına dair riskli plan hazırlanıb? like
  • 02 Apr 16:22  
Dünya Trampın GİZLİ PLANI üzə çıxdı: İranın nüvə ehtiyatlarına dair riskli plan hazırlanıb?

ABŞ-ın sabiq prezidenti Donald Trampın İranın uran ehtiyatlarını ələ ke

arrow Ətraflı
Yuxuda uşaq paltarı görmək nə deməkdir? like
  • 31 Mar 06:05  
Digərləri Yuxuda uşaq paltarı görmək nə deməkdir?

Yuxuda uşaq paltarı görmək yaxşı şeylərdən yorulur. Bu yuxunun mənası

arrow Ətraflı
Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib like
  • 30 Mar 13:05  
Digərləri Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib

Bir heçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan so

arrow Ətraflı
Əlirza Təngsirinin öldüyü TƏSDİQLƏNDİ like
  • 30 Mar 12:52  
Dünya Əlirza Təngsirinin öldüyü TƏSDİQLƏNDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələr

arrow Ətraflı
Ayın 31də şimşək çaxacaq, leysan olacaq  PROQNOZ like
  • 30 Mar 12:36  
Digərləri Ayın 31də şimşək çaxacaq, leysan olacaq PROQNOZ

Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkə

arrow Ətraflı
Yaponların "60 saniyə qaydası" hər şeyi dəyişir like
  • 30 Mar 05:05  
Dünya Yaponların "60 saniyə qaydası" hər şeyi dəyişir

Yapon fəlsəfəsi "Kaizen"dən uyğunlaşdırılan "60 saniyə q

arrow Ətraflı
Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi like
  • 30 Mar 04:04  
Digərləri Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

Pişiklərdən insanlara yoluxa bilən Sporothrix brasiliensis göbələyi müə

arrow Ətraflı
Yeni kompüterlər bahalaşır, alıcılar “ikinci əl”ə üz tutur – SƏBƏBLƏR like
  • 30 Mar 02:02  
Digərləri Yeni kompüterlər bahalaşır, alıcılar “ikinci əl”ə üz tutur – SƏBƏBLƏR

Texnologiya dünyasında, xüsusilə RAM qiymətlərinin artması və tədarük

arrow Ətraflı
Çərəz yeyərkən "tək bir şərt" var! like
  • 30 Mar 00:25  
Digərləri Çərəz yeyərkən "tək bir şərt" var!

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər

arrow Ətraflı
Bu torpaqlarda yetişir: Təpədəndırnağa antibiotik anbarı çıxdı! like
  • 30 Mar 00:13  
Digərləri Bu torpaqlarda yetişir: Təpədəndırnağa antibiotik anbarı çıxdı!

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həy

arrow Ətraflı
Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı like
  • 29 Mar 23:44  
Digərləri Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Baharın gəlişi ilə birlikdə bağ qulluğunda təkrar emal üsulları ön pl

arrow Ətraflı