Kamaləddin Qafarov: “Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır”


Siyasət 13 Fev 2026 12:20:00 287 0

Kamaləddin Qafarov: “Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır”

"Müasir dünyada dövlətlərin real gücü artıq təkcə təbii resursların həcmi ilə deyil, bu resursların hansı texnoloji arxitektura üzərində idarə olunması ilə ölçülür". Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, qeyd edib ki, qlobal iqtisadiyyat sürətlə rəqəmsal müstəviyə keçid edir və bu keçiddə süni intellekt, böyük verilənlər bazaları və data mərkəzləri yeni inkişaf xəritəsini formalaşdıran əsas sütunlara çevrilir. " Bu reallıq fonunda Azərbaycanın strateji seçimləri təsadüfi deyil, düşünülmüş və uzunmüddətli dövlət baxışına söykənir. Cənab Prezident İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na həsr olunmuş müşavirədə nümayiş etdirdiyi yanaşma onu göstərir ki, rəqəmsallaşma ölkə üçün texniki yenilənmə deyil, gələcək inkişaf modelinin əsas dayağı kimi qəbul edilir. Süni intellektin tətbiqi və data mərkəzlərinin qurulması artıq yalnız innovasiya məsələsi deyil, milli rəqabət qabiliyyətinin açar faktorudur. Bu yanaşma Azərbaycanın gələcək iqtisadi trayektoriyasını əvvəlcədən müəyyənləşdirən strateji qərar kimi dəyərləndirilməlidir."

Millət vəkili Prezident İlham Əliyevin Azərbaycanın bu sahədə əsas üstünlüklərindən birinin qlobal maliyyə ekosisteminə dərin inteqrasiyasından ibarət olması barədə səsləndirdiyi fikirlərin önəmini xüsusi vurğulayıb: "Dünyanın ən böyük maliyyə resurslarını idarə edən fondlarla qurulmuş uzunmüddətli və etibarlı tərəfdaşlıq münasibətləri ölkəyə yalnız kapital axını deyil, həm də qabaqcıl idarəetmə təcrübəsi qazandırır. Azərbaycan Dövlət Neft Fondunun illərdir bu təsisatlarla əməkdaşlıq etməsi ölkənin maliyyə etibarlılığının beynəlxalq səviyyədə qəbul edildiyini açıq şəkildə göstərir. Bu etimad mühiti isə rəqəmsal iqtisadiyyata yönələn investisiyalar üçün möhkəm zəmin yaradır. Cənab Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri də ondan ibarətdir ki, rəqəmsallaşma sahəsində aparıcı ölkə olan Amerika şirkətləri ilə qurulan əlaqələr artıq institusional çərçivəyə salınıb. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası bu baxımdan yalnız siyasi sənəd deyil, həm də texnoloji əməkdaşlığın yol xəritəsidir. Bu sənəd data mərkəzləri, süni intellekt və rəqəmsal infrastruktur sahəsində Azərbaycanın qlobal texnoloji zəncirə birbaşa qoşulmasını təmin edir. Eyni zamanda, Avropa İttifaqına üzv ölkələrlə mövcud strateji tərəfdaşlıq mexanizmləri Azərbaycanın balanslaşdırılmış və çoxtərəfli yanaşmasını nümayiş etdirir. Texnoloji rəqabətdə fərqli sürətlər mövcud olsa da, Avropa şirkətləri ilə əməkdaşlıq rəqəmsal transformasiyanın institusional və normativ tərəflərinin möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Bu isə Azərbaycanın texnologiya transferində yalnız bir mərkəzdən asılı qalmadığını göstərir. Qlobal maliyyə mərkəzləri ilə qurulmuş etibarlı əlaqələr, aparıcı texnoloji şirkətlərlə əməkdaşlıq və dövlət səviyyəsində müəyyən edilmiş aydın prioritetlər ölkəni regionda deyil, daha geniş miqyasda rəqəmsal cazibə mərkəzinə çevirmək potensialına malikdir".

Rəşid Mahmudova "od püskürdü": "Sən, nə kişisən ki..." like
  • 13 Fev 12:00  
Şou-biznes Rəşid Mahmudova "od püskürdü": "Sən, nə kişisən ki..."

Əməkdar artist Elza Seyidcahanın müğənni bacısı Rasimə Seyidcahan "

arrow Ətraflı
Ersoydan Epşteyn iddialarına cavab like
  • 13 Fev 11:55  
Şou-biznes Ersoydan Epşteyn iddialarına cavab

Müğənni Muazzez Ersoyun keçmiş müsahibəsində "sehrli hovuz" if

arrow Ətraflı
Bələdiyyələrin qanunsuz satdığı torpaqlar geri alınır  Nazirlik məhkəmələrə müraciət edib like
  • 13 Fev 11:30  
Digərləri Bələdiyyələrin qanunsuz satdığı torpaqlar geri alınır Nazirlik məhkəmələrə müraciət edib

Milli Məclisdə qəbul edilən qərara görə, bələdiyyələrin torpaq satı

arrow Ətraflı
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana gediblər like
  • 13 Fev 11:25  
Siyasət Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana gediblər

13-14 fevral 2026cı il tarixlərində Ermənistanda "Sülh Körpüsü"

arrow Ətraflı
Azərbaycanda polkovnik vəfat ETDİ like
  • 13 Fev 10:55  
Digərləri Azərbaycanda polkovnik vəfat ETDİ

Uzun müddət daxili işlər orqanlarında xidmət etmiş polis polkovniki Mirz�

arrow Ətraflı
Luvrda bilet fırıldağı ifşa olundu: muzey əməkdaşları saxlanıldı like
  • 13 Fev 10:25  
Dünya Luvrda bilet fırıldağı ifşa olundu: muzey əməkdaşları saxlanıldı

Fransanın hüquq-mühafizə orqanları Parisdə yerləşən Luvr muzeyinə giri

arrow Ətraflı
“Azeri Light”ın qiyməti 3%dən çox düşdü like
  • 13 Fev 09:58  
Digərləri “Azeri Light”ın qiyməti 3%dən çox düşdü

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı

arrow Ətraflı
Bu şəxslərin pensiyasına 300% miqdarında əlavə EDİLDİ like
  • 13 Fev 09:51  
Digərləri Bu şəxslərin pensiyasına 300% miqdarında əlavə EDİLDİ

Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət illərinə görə

arrow Ətraflı
Bu üsulla 14 dəfə cekpot uddu like
  • 13 Fev 09:50  
Digərləri Bu üsulla 14 dəfə cekpot uddu

14 dəfə cekpot udan riyaziyyatçı yenidən gündəmə gəlib. Söhbət Stefan

arrow Ətraflı
DYP sürücülərə müraciət etdi like
  • 13 Fev 09:25  
Digərləri DYP sürücülərə müraciət etdi

Yol hərəkəti qaydalarına əməl olunması hərəkət iştirakçılarının t

arrow Ətraflı
Azərbaycanda bu ailələrə pulsuz üçotaqlı ev VERİLƏCƏK like
  • 13 Fev 09:16  
Digərləri Azərbaycanda bu ailələrə pulsuz üçotaqlı ev VERİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət

arrow Ətraflı
“Hindistanın Justin Bieber”idir, qızlar onun üçün "ÖLÜR" like
  • 13 Fev 09:15  
Digərləri “Hindistanın Justin Bieber”idir, qızlar onun üçün "ÖLÜR"

Hindistandan olan 28 yaşlı tiktoker Suraj Çavan qısa müddətdə internetdə

arrow Ətraflı
Ürəyi tutan sürücü qəza törətdi  Öldü like
  • 13 Fev 09:12  
Digərləri Ürəyi tutan sürücü qəza törətdi Öldü

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Bu gün saat 14:30dək işıq OLMAYACAQ like
  • 13 Fev 09:07  
Digərləri Bu gün saat 14:30dək işıq OLMAYACAQ

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisind�

arrow Ətraflı
Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi like
  • 13 Fev 08:23  
Şou-biznes Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi

Xalq artisti Natiq Şirinov ailəsi ilə birlikdə ziyarətə yollanıb. 

arrow Ətraflı