Bu şəxslərin pensiyasına 300% miqdarında əlavə EDİLDİ


Digərləri 13 Fev 2026 09:51:00 227 0

Bu şəxslərin pensiyasına 300% miqdarında əlavə EDİLDİ

Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət illərinə görə hansı şərtlərlə pensiya hüququna malik olmaları öz əksini tapıb.

Son.az xəbər verir ki, bir qrup hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər.

Belə ki, aşağıdakılar xidmət illərinə görə pensiya hüququna malikdirlər:

xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Xidmət illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin olunur:

20 il və daha çox xidmət etmiş hərbi qulluqçulara 20 il xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara isə 55 faizi; 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi; xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi; xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 55 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi; hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi.

Yuxarıda göstərilən qaydada hesablanan pensiyaların maksimum məbləği pensiyanın müəyyən olunması üçün əsas götürülən təminat xərcliyindən artıq ola bilməz.

20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə görə pensiyanın minimum məbləği Azərbaycan qanunvericiliyi ilə müəyyən edilən minimum əmək haqqının 150 faizi məbləğində təyin edilir.

Xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o cümlədən minimum məbləğdə hesablanmış pensiyalar) üzərinə aşağıdakı əlavələr hesablanır:

öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən pensiyaçılara ailənin əmək qabiliyyəti olmayan hər bir üzvü üçün "Vətəndaşların pensiya təminatı haqqında" Qanunda müəyyən edilmiş yaşa görə pensiyanın minimum məbləğinin 50 faizi həcmində (bu halda əlavə yalnız ailənin əmək pensiyası və ya sosial pensiya almayan üzvləri üçün hesablanır); ailənin əmək qabiliyyəti olmayan üzvünün eyni zamanda həm sosial pensiya almaq, həm də xidmət illərinə görə pensiyaya əlavə almaq hüququ varsa, pensiyaçının istəyi ilə ailə üzvünə sosial pensiya təyin edilə bilər, yaxud ailənin həmin üzvü üçün pensiyaya əlavə hesablana bilər; 75 yaşına çatmış tənha pensiyaçılara onlara qulluq üçün yaşa görə minimum pensiyanın 50 faizi məbləğində; müharibə əlillərinə və iştirakçılarına: - I qrup əlillərə yaşa görə minimum pensiyanın 300 faizi məbləğində, - II qrup əlillərə yaşa görə minimum pensiyanın 250 faizi məbləğində, - III qrup əlillərə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində; (yuxarıda nəzərdə tutulmuş üç əlavə növü eyni vaxtda hesablana bilər) döyüşən ordunun tərkibində, partizan dəstələrində xidmət etmiş, beynəlmiləlçilik borcunun yerinə yetirilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular sırasından olan müharibə iştirakçılarına yaşa görə minimum pensiyanın 100 faizi məbləğində.

"Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir./Trend

Bu üsulla 14 dəfə cekpot uddu like
  • 13 Fev 09:50  
Digərləri Bu üsulla 14 dəfə cekpot uddu

14 dəfə cekpot udan riyaziyyatçı yenidən gündəmə gəlib. Söhbət Stefan

arrow Ətraflı
DYP sürücülərə müraciət etdi like
  • 13 Fev 09:25  
Digərləri DYP sürücülərə müraciət etdi

Yol hərəkəti qaydalarına əməl olunması hərəkət iştirakçılarının t

arrow Ətraflı
Azərbaycanda bu ailələrə pulsuz üçotaqlı ev VERİLƏCƏK like
  • 13 Fev 09:16  
Digərləri Azərbaycanda bu ailələrə pulsuz üçotaqlı ev VERİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət

arrow Ətraflı
“Hindistanın Justin Bieber”idir, qızlar onun üçün "ÖLÜR" like
  • 13 Fev 09:15  
Digərləri “Hindistanın Justin Bieber”idir, qızlar onun üçün "ÖLÜR"

Hindistandan olan 28 yaşlı tiktoker Suraj Çavan qısa müddətdə internetdə

arrow Ətraflı
Ürəyi tutan sürücü qəza törətdi  Öldü like
  • 13 Fev 09:12  
Digərləri Ürəyi tutan sürücü qəza törətdi Öldü

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Bu gün saat 14:30dək işıq OLMAYACAQ like
  • 13 Fev 09:07  
Digərləri Bu gün saat 14:30dək işıq OLMAYACAQ

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisind�

arrow Ətraflı
Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi like
  • 13 Fev 08:23  
Şou-biznes Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi

Xalq artisti Natiq Şirinov ailəsi ilə birlikdə ziyarətə yollanıb. 

arrow Ətraflı
Cəmi bir rulon ilə kombi xərclərini azaldan dahiyanə üsul like
  • 13 Fev 08:18  
Digərləri Cəmi bir rulon ilə kombi xərclərini azaldan dahiyanə üsul

Qış aylarında artan təbii qaz ödənişləri hər kəsi qənaət üsulları

arrow Ətraflı
"O, mənim atam, anam, qardaşım idi" like
  • 13 Fev 08:08  
Şou-biznes "O, mənim atam, anam, qardaşım idi"

Əməkdar artist Bəsdi Sevdiyeva həyatında etdiyi dəyişiklikdən danışıb

arrow Ətraflı
Arpa şəhriyyə şorbası resepti like
  • 13 Fev 07:07  
Digərləri Arpa şəhriyyə şorbası resepti

Bu şorba tərkibindəki qatıq və limon sayəsində həm kremli bir teksturaya

arrow Ətraflı
"İllər keçdikcə başa düşdüm ki, bu, sevgi yox, ehtiras idi" like
  • 13 Fev 06:06  
Şou-biznes "İllər keçdikcə başa düşdüm ki, bu, sevgi yox, ehtiras idi"

Pakistan əsilli britaniyalı müğənni Zeyn Malik keçmiş sevgilisi Cici Hadi

arrow Ətraflı
Bu qidaları soyuducuya qoymayın like
  • 13 Fev 05:05  
Digərləri Bu qidaları soyuducuya qoymayın

Bəzi ərzaqların saxlanma şəraitinə xüsusi diqqət yetirmək lazımdır.

arrow Ətraflı
İdman zallarına pul xərcləmək dövrü bitir  Belə arıqlaya bilərsiniz like
  • 13 Fev 04:04  
Digərləri İdman zallarına pul xərcləmək dövrü bitir Belə arıqlaya bilərsiniz

Arıqlamaq və daha fit görünüşə sahib olmaq istəyənlərin ilk ünvanı 

arrow Ətraflı
Eynək istifadə edənlərin nəzərinə  Hər ay şüşə dəyişdirməyə ehtiyac yoxdur like
  • 13 Fev 02:02  
Digərləri Eynək istifadə edənlərin nəzərinə Hər ay şüşə dəyişdirməyə ehtiyac yoxdur

Eynək istifadə edən şəxslərin ən çox qarşılaşdığı problemlərdən

arrow Ətraflı
Hasan Canın narkotik testinin nəticəsi açıqlandı like
  • 13 Fev 01:10  
Digərləri Hasan Canın narkotik testinin nəticəsi açıqlandı

Türkiyənin ən məşhur komediyaçılarından biri olan Hasan Can Kaya haqqın

arrow Ətraflı