Luvrda bilet fırıldağı ifşa olundu: muzey əməkdaşları saxlanıldı
Dünya 13 Fev 2026 10:25:00 277 0
Fransanın hüquq-mühafizə orqanları Parisdə yerləşən Luvr muzeyinə giriş sənədləri ilə bağlı qanunsuz əməliyyatlarda ixtisaslaşmış iri cinayətkar qrupu zərərsizləşdiriblər. Doqquz şübhəli saxlanılıb, onların arasında muzeyin iki ştat əməkdaşı da var.
Son.az xəbər verir ki, bu barədə Le Parisien nəşri məlumat yayıb.
Bildirilib ki, əməliyyat 10 fevral tarixində həyata keçirilib. İstintaqın versiyasına görə, dələduzluq sxemi 2024-cü ilin yay mövsümündən fəaliyyət göstərib. Sxemdə muzey əməkdaşları ilə yanaşı, kənar bələdçilər və turizm şirkətlərinin işçiləri də iştirak ediblər. Sui-istifadə hallarında iştirak edən şəxslər müəyyən edilmiş 20 nəfərlik limitdən artıq turist qruplarının muzeyə daxil olmasını təşkil ediblər. Ziyarətçilərdən rəsmi kassalardan kənar satılan biletlər üçün şişirdilmiş ödənişlər alınıb. Mənbələrin məlumatına görə, əsas hədəf Çindən gələn turistlər olub.
Mədəniyyət müəssisəsinin rəsmi nümayəndəsi bildirib ki, dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvr bilet sahəsində fırıldaqçılığın "artması və şaxələnməsi" problemi ilə üzləşib.
Hadisə muzeydə müşahidə olunan ümumi idarəetmə çətinlikləri fonunda baş verib. Ötən ilin oktyabrında muzeydə oğurluq qeydə alınıb. Bundan əlavə, əməkdaşlar dəfələrlə tətil edərək ştatın genişləndirilməsi, maaşların artırılması və texniki xidmətin yaxşılaşdırılması tələblərini irəli sürüblər.
Hazırda dələduzluq şəbəkəsinin fəaliyyəti ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Ayxan Son.az
İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı
Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət illərinə görə
14 dəfə cekpot udan riyaziyyatçı yenidən gündəmə gəlib. Söhbət Stefan
Yol hərəkəti qaydalarına əməl olunması hərəkət iştirakçılarının t
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət
Hindistandan olan 28 yaşlı tiktoker Suraj Çavan qısa müddətdə internetdə
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisind�
Xalq artisti Natiq Şirinov ailəsi ilə birlikdə ziyarətə yollanıb.
Qış aylarında artan təbii qaz ödənişləri hər kəsi qənaət üsulları
Əməkdar artist Bəsdi Sevdiyeva həyatında etdiyi dəyişiklikdən danışıb
Bu şorba tərkibindəki qatıq və limon sayəsində həm kremli bir teksturaya
Pakistan əsilli britaniyalı müğənni Zeyn Malik keçmiş sevgilisi Cici Hadi
Bəzi ərzaqların saxlanma şəraitinə xüsusi diqqət yetirmək lazımdır.
Arıqlamaq və daha fit görünüşə sahib olmaq istəyənlərin ilk ünvanı
