Yeni qayda: Dövlət vətəndaşdan və bələdiyyədən torpaq ala biləcək
Digərləri 13 Fev 2026 12:54:00 246 0
Yeni aeroport və aerodromların tikintisi, dəniz limanının ərazisinin artırılması zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq.
Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına əlavə ediləcək.
Həmçinin, Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət dəniz limanının ərazisinin artırılması, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası məqsədi ilə də alınacaq.
Bildirilib ki, beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqların genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır.
Lakin sadalanan məqsədlər üçün torpaqların alınmasının "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunda öz əksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsində və genişləndirmə, tikinti işlərinin operativ şəkildə icrasında çətinliklər yaradır.
Şəhid Teymur Abbasovun xanımının açıqlaması marağa səbəb olub.
Şəmkir rayonunda yas mərasimlərinin təşkili ilə bağlı yeni qaydalar qə
Cərimənin məcburi tutulması qaydalarında dəyişiklik ediləcək.
Azərbaycanda özəl tibb müəssisələrində onkoloji xəstəliklərin müayin
Elektron ticarəti həyata keçirən qeyri-rezident şəxslərin ƏDV məqsədl�
Fevralın 14-də gözlənilən hava proqnozu açıqlanıb.
Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumun
Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olm
"Müasir dünyada dövlətlərin real gücü artıq təkcə təbii resursla
Əməkdar artist Elza Seyidcahanın müğənni bacısı Rasimə Seyidcahan "
Müğənni Muazzez Ersoyun keçmiş müsahibəsində "sehrli hovuz" if
Milli Məclisdə qəbul edilən qərara görə, bələdiyyələrin torpaq satı
13-14 fevral 2026cı il tarixlərində Ermənistanda "Sülh Körpüsü"
Uzun müddət daxili işlər orqanlarında xidmət etmiş polis polkovniki Mirz�
Fransanın hüquq-mühafizə orqanları Parisdə yerləşən Luvr muzeyinə giri
