Ermənistanın müttəfiqi çətin vəziyyətdə: Paşinyan yeni tərəfdaş axtarışında
Siyasət 13 İyn 2025 11:00:00 72 0
Xəbər verdiyimiz kimi, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkrütbəli hərbçi və nüvə alimləri həlak olublar. Bu o deməkdir ki, hazırda Ermənistanın müttəfiqi çətin vəziyyətdədir.
Bu xəbəri də oxu: Bölgəni alovlandıran ssenari işə düşdü “Azərbaycan qaçqın axınına hazır olmalıdır” ŞƏRH
Bəs İranın bu durumunda Ermənistanın mövqeyi necədir?
"Ermənistan baş naziri Nikol Paşinyanın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi xəbərinin yayılmasının İran ətrafında baş verən hadisələrlə əlaqəli ola bilər".
Son.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, İran Ermənistanın əsas müttəfiqidir:
"Ancaq ABŞ və İsrail İrana qarşı sərt tədbirlərə əl atarlarsa, İrəvan Tehranla münasibətləri əvvəlki səviyyədə saxlaya bilməyəcək. Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının ləngiməsi fonunda heç olmazsa Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. O Ankarada Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla iki ölkə arasında münasibətlərlə yanaşı Ermənistan-Azərbaycan danışıqlarının hazırki vəziyyətini də müzakirə etmək istəyir. Paşinyan ümid edir ki, Ankara sülh sazişinin imzalanması məqsədilə Bakının mövqeyinə təsir edəcək. Halbuki, Ankaranın İrəvana ünvanladığı "əvvəlcə Azərbaycanla məsələləri həll edin" yanaşması dəyişməyib".
Aysel Əkbər Son.az
Azərbaycanın səhiyyə sistemi bu gün müasir müayinə və müalicə üsulla

ABŞ prezidenti Donald Tramp İsrailin gecə saatlarında İrana endirdiyi hava

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin on

Gömrük borcunun ödənilməsi qaydalarına dəyişiklik edilir.

Məlum olduğu kimi İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, gen

İsrailin hücumu nəticəsində həlak olan yüksək rütbəli İran rəsmilər

"Veysəloğlu" Şirkətlər Qrupunun Mətbuat Şurası və Ticarət Ş

Türkiyəli tanınmış bloqer Danla Bilic açıqlaması ilə diqqət çəkb.

İranın Natanz nüvə mərkəzinə hücum anının görüntüləri yayılıb.

Əmtəə bazarlarında qızıl bahalaşma trendini davam etdirir. Son geosiyası

İran İsrail istiqamətində irimiqyaslı pilotsuz təyyarə zərbəsi endirib.

2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta

Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində yenidənqurma işlər

Xəbər verdiyimiz kimi, İsrailin İran ərazisinə zərbələri nəticəsində
