İlham Əliyev: Azərbaycanın səhiyyə sistemi bu gün yüksək hazırlıqlı kadr potensialına malikdir


Siyasət 13 İyn 2025 10:50:00 70 0

İlham Əliyev: Azərbaycanın səhiyyə sistemi bu gün yüksək hazırlıqlı kadr potensialına malikdir

Azərbaycanın səhiyyə sistemi bu gün müasir müayinə və müalicə üsulları üçün kifayət qədər geniş imkanlar yaradan zəngin maddi-texniki bazaya və yüksək hazırlıqlı kadr potensialına malikdir. Respublikamızda səhiyyənin ayrı-ayrı sahələrinin sürətli inkişafını nəzərdə tutan layihələr və dövlət proqramları ardıcıl icra olunur.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Bakıda keçirilən Birinci Konqresinin iştirakçılarına ünvanlandığı məktubda yer alıb.

"İnsanların getdikcə daha sıx qarşılaşdıqları sağlamlıq problemlərinə diqqətin artırılması məqsədilə aktual mövzulu ilk belə tədbirin ölkəmizin paytaxtında təşkilini məmnunluq hissi ilə qarşılayır və bunu, Azərbaycanda onkoloji xidmətin ötən illər ərzində keçdiyi uğurlu yola, imza atdığı nailiyyətlərə verilən dəyərin xüsusi ifadəsi hesab edirəm", - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, Türk Dövlətləri Təşkilatının ümumi hədəflərə yönəlmiş hərtərəfli əməkdaşlığı təşviq etməsi toplanmış qiymətli təcrübədən ölkələrimizin birgə faydalanmalarının və problemlərin həllində ortaq səyləri gücləndirmələrinin zəruriliyini ön plana çıxarır.

"Bu baxımdan, Konqresdə dünyanın müxtəlif guşələrindən gəlmiş qabaqcıl mütəxəssislərin tibb elminin son yenilikləri əsasında birlikdə aparacaqları geniş diskussiya və ətraflı müzakirələrin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə qurumları qarşısında duran məsələlərin bir çox mühüm aspektlərini əhatə etməsi təqdirə layiqdir.

İnanıram ki, Konqresiniz elmi və praktiki əhəmiyyəti ilə mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi işinə öz töhfəsini verəcək, Türk dünyası ölkələri onkoloqlarının gələcək qarşılıqlı fəaliyyətinin başlıca prioritetlərini müəyyən edəcəkdir", - deyə Prezident İlham Əliyev vurğulayıb.

İsrailin İrana hücumuna Trampdan REAKSİYA like
  • 13 İyn 10:42  
Dünya İsrailin İrana hücumuna Trampdan REAKSİYA

ABŞ prezidenti Donald Tramp İsrailin gecə saatlarında İrana endirdiyi hava

arrow Ətraflı
Prezident İlham Əliyev TDT Onkoloqlarının I Konqresi iştirakçılarına məktub ünvanlayıb like
  • 13 İyn 10:36  
Siyasət Prezident İlham Əliyev TDT Onkoloqlarının I Konqresi iştirakçılarına məktub ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin on

arrow Ətraflı
Gömrük borcunun ödənilməsi ilə bağlı yeni QAYDA like
  • 13 İyn 10:27  
Digərləri Gömrük borcunun ödənilməsi ilə bağlı yeni QAYDA

Gömrük borcunun ödənilməsi qaydalarına dəyişiklik edilir.

arrow Ətraflı
Öldürülən general Məhəmməd Baqeri kimdir?  Azərbaycanlı komandan haqda məlumatlar like
  • 13 İyn 10:23  
Dünya Öldürülən general Məhəmməd Baqeri kimdir? Azərbaycanlı komandan haqda məlumatlar

Məlum olduğu kimi İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, gen

arrow Ətraflı
İsrailin İrana hücumunda ölən yüksək səviyyəli rəsmilərin adları  SİYAHI like
  • 13 İyn 10:15  
Dünya İsrailin İrana hücumunda ölən yüksək səviyyəli rəsmilərin adları SİYAHI

İsrailin hücumu nəticəsində həlak olan yüksək rütbəli İran rəsmilər

arrow Ətraflı
Estetik əməliyyatlarına 300 min dollar xərc çəkib like
  • 13 İyn 10:07  
Şou-biznes Estetik əməliyyatlarına 300 min dollar xərc çəkib

Türkiyəli tanınmış bloqer Danla Bilic açıqlaması ilə diqqət çəkb.

arrow Ətraflı
İranın Natanz nüvə mərkəzinə hücum anının görüntüləri yayılıb like
  • 13 İyn 10:03  
Dünya İranın Natanz nüvə mərkəzinə hücum anının görüntüləri yayılıb

İranın Natanz nüvə mərkəzinə hücum anının görüntüləri yayılıb.

arrow Ətraflı
Tehranda son vəziyyət like
  • 13 İyn 10:02  
Dünya Tehranda son vəziyyət

İranın paytaxtı Tehranda İsrail hücumu nəticəsində silsilə partlayışl

arrow Ətraflı
Qızılın qiymətində rekord artım  3450 dollara yaxınlaşdı like
  • 13 İyn 10:00  
Digərləri Qızılın qiymətində rekord artım 3450 dollara yaxınlaşdı

Əmtəə bazarlarında qızıl bahalaşma trendini davam etdirir. Son geosiyası

arrow Ətraflı
İran İsrailə 100 dron buraxdı like
  • 13 İyn 09:55  
Dünya İran İsrailə 100 dron buraxdı

İran İsrail istiqamətində irimiqyaslı pilotsuz təyyarə zərbəsi endirib.

arrow Ətraflı
Abituriyentlərin nəzərinə: Bu gün saat 23:59a dək... like
  • 13 İyn 09:52  
Digərləri Abituriyentlərin nəzərinə: Bu gün saat 23:59a dək...

2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta

arrow Ətraflı
Paytaxtın bu ərazisində işıq kəsiləcək like
  • 13 İyn 09:40  
Digərləri Paytaxtın bu ərazisində işıq kəsiləcək

Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində yenidənqurma işlər

arrow Ətraflı
Öldürülən Baqerinin yerinə o təyin olundu like
  • 13 İyn 09:35  
Dünya Öldürülən Baqerinin yerinə o təyin olundu

Xəbər verdiyimiz kimi, İsrailin İran ərazisinə zərbələri nəticəsində

arrow Ətraflı
İsrailin İranın nüvə obyektlərinə hücumundan sonra neft qiymətləri kəskin artdı like
  • 13 İyn 09:32  
Dünya İsrailin İranın nüvə obyektlərinə hücumundan sonra neft qiymətləri kəskin artdı

İsrailin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücum düny

arrow Ətraflı