Peşəkarlar "həvəsləndirildi", dosttanış mükafatlandırıldı Jurnalistlər "Veysəloğlu"na etiraz etdi
Digərləri 13 İyn 2025 10:10:00 86 0
"Veysəloğlu" Şirkətlər Qrupunun Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi ilə birgə jurnalistlər üçün elan olunmuş müsabiqə yekunlaşıb. Müsabiqənin nəticələri və mükafatlandırma mərasimi isə media ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb.
Dünən keçirilən mükafatlandırma mərasimi zahirən təntənəli görünsə də, tədbirin sonunda bir çox imzası tanınan jurnalist tədbiri məyusluq və narazılıqla tərk edib. İddialara görə, müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilməsi zamanı obyektivlik prinsipi kobud şəkildə pozulub.
Uzun illərdir media sahəsində fəaliyyət göstərən, xüsusilə iqtisadi jurnalistika üzrə ixtisaslaşmış bir çox tanınmış qələm sahiblərinin yazılarının müsabiqənin əsas mükafatlarına layiq görülməməsi birmənalı qarşılanmayıb. Jurnalistlərin sözlərinə görə, yazıların məzmunu, peşəkarlıq səviyyəsi və analitik yanaşma əvəzinə, münsiflər heyətinin qərarlarında daha çox şəxsi münasibətlər, iştirakçıların hansı media qurumunda çalışdığı və müsabiqəni təşkil edən qurumlara yaxınlığı əsas rol oynayıb.
Mərasimdə səhnəyə dəvət edilən adlar da jurnalistlərin bu narahatlığını gücləndirib. Belə ki, bir redaksiyanın dörd əməkdaşının, digərinin isə iki əməkdaşının eyni müsabiqədə mükafat alması, bununla yanaşı, illərin peşəkar jurnalistlərinin sadəcə "həvəsləndirici mükafat" və ya simvolik təşəkkürnamə (100 manat məbləğində) ilə kifayətlənməsi haqlı suallar doğurub.
Türkiyəli tanınmış bloqer Danla Bilic açıqlaması ilə diqqət çəkb.

İranın Natanz nüvə mərkəzinə hücum anının görüntüləri yayılıb.

Əmtəə bazarlarında qızıl bahalaşma trendini davam etdirir. Son geosiyası

İran İsrail istiqamətində irimiqyaslı pilotsuz təyyarə zərbəsi endirib.

2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta

Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində yenidənqurma işlər

Xəbər verdiyimiz kimi, İsrailin İran ərazisinə zərbələri nəticəsində

İsrailin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücum düny

Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına müraciət ed

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanların�

Ötən gecə İsrailin İrana hərbi hava hücumu nəticəsində İranın bir ne

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

"Mən Türkiyəyə gedəndən sonra şou-biznesdə xaus yaşandı. Bəstək
