Öldürülən general Məhəmməd Baqeri kimdir? Azərbaycanlı komandan haqda məlumatlar
Dünya 13 İyn 2025 10:23:00 102 0
Məlum olduğu kimi İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Hüseyn Baqeri İsrailin ehtimal edilən uzaqdan idarə olunan raket zərbəsi nəticəsində Tehrandakı şəxsi evində öldürülüb.
Bu xəbəri də oxu: Dubaydakı göydələndə güclü YANĞIN
İlkin mərhələdə İran hakimiyyəti xəbəri təkzib etsə də, SEPAH-ın daxili kanalları və regional diplomatik mənbələrin təsdiqi ilə ölüm xəbəri rəsmi şəkildə qəbul olundu.
Məhəmməd Hüseyn Baqeri kim idi?
Son.az musavat.com-a istinadən məlumatları təqdim edir:
Məhəmməd Hüseyn Baqeri 1960-cı illərdə Təbriz ətrafında azərbaycanlı ailədə dünyaya gəlib. Onun əslən Azərbaycan türkü olduğu İran və regional mənbələrdə dəfələrlə qeyd olunub. Baqeri İran siyasi və hərbi elitasında yüksək rütbəli azərbaycanlılardan biri idi və uzun illər SEPAH daxilində ən etibarlı beyinlərdən biri hesab olunurdu.
O, İran-İraq müharibəsində (1980-1988) aktiv iştirak edib. Gənc yaşlarından SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) cəbhə komandirlərindən biri kimi tanınıb.
Hərbi-strateji idarəetmə üzrə mütəxəssis kimi tanınıb və uzun illər İranın müdafiə planlaşdırmasında aparıcı sima olub.
2016-cı ildə Ali lider Ayətullah Xamenei tərəfindən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib.
O, həm də İranın proksi müharibələr doktrinasının əsas memarlarından biri idi - Livan, Suriya, Yəmən və İraqdakı silahlı qruplarla İran arasında əlaqənin koordinasiyasında birbaşa iştirak edirdi.
Nüvə proqramı və Baqerinin rolu
Məhəmməd Hüseyn Baqeri həm də İranın nüvə proqramının hərbi qanadı ilə birbaşa bağlı idi. O, nüvə obyektlərinin mühafizəsi, eləcə də onların strateji istifadəyə hazırlığı sahəsində planların hazırlanmasında xüsusi rola malik idi. Nüvə alimləri ilə yaxın əlaqədə işlədiyi bildirilirdi.
Qeyd edək ki, nüvə alimləri Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi də onunla eyni hədəf dalğasında öldürülüb.
İsrailin hava zərbələrinin konkret hədəf seçimi bu hücumun təsadüfi olmadığını sübut edir. Baqeri ailəsinin və şəxsi mühafizəçilərinin gözü qarşısında, uzaqdan idarə olunan dəqiq raketlə öldürülüb. Hücumun texniki icrası göstərir ki, İsrail kəşfiyyatı İran daxilində ciddi agentura şəbəkəsinə malikdir və ölkənin ən qorunan şəxslərini belə izolyasiya edə bilir.
Baqerinin azərbaycanlı kimliyi və onun İran siyasətində yeri
Baqerinin azərbaycanlı olması uzun illər açıq şəkildə vurğulanmasa da, o, İranda yüksək vəzifəyə qədər yüksəlmiş ən nüfuzlu türkdilli generallardan biri idi. Güney Azərbaycandan çıxmış ən yüksək rütbəli hərbçi olmaqla yanaşı, onun karyerası İranda etnik azlıqlara etimadın rəmzi kimi təqdim olunurdu. Lakin Baqeri heç vaxt türk kimliyini açıq şəkildə ifadə etməyib, dövlətə sadiq SEPAH generalları sırasına aid idi. Onun ölümü, Silahlı Qüvvələrin planlaşdırma və koordinasiya sisteminə ağır zərbə vurdu.
İsrailin hücumu nəticəsində həlak olan yüksək rütbəli İran rəsmilər

"Veysəloğlu" Şirkətlər Qrupunun Mətbuat Şurası və Ticarət Ş

Türkiyəli tanınmış bloqer Danla Bilic açıqlaması ilə diqqət çəkb.

İranın Natanz nüvə mərkəzinə hücum anının görüntüləri yayılıb.

Əmtəə bazarlarında qızıl bahalaşma trendini davam etdirir. Son geosiyası

İran İsrail istiqamətində irimiqyaslı pilotsuz təyyarə zərbəsi endirib.

2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta

Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində yenidənqurma işlər

Xəbər verdiyimiz kimi, İsrailin İran ərazisinə zərbələri nəticəsində

İsrailin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücum düny

Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına müraciət ed

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanların�

Ötən gecə İsrailin İrana hərbi hava hücumu nəticəsində İranın bir ne
