Prezident İlham Əliyev diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarını təsdiqləyib
Siyasət 11 Mar 2026 15:54:00 229 0
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydaları təsdiqlənib.
Son.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, "Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları" və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası" təsdiq edilib.
Qaydalara əsasən, diplomatik xidmətə qəbul üzrə müsabiqə ədalətlilik və şəffaflıq prinsipləri əsasında keçiriləcək. Müsabiqə yazılı imtahandan və müsahibədən ibarətdir. Müsabiqənin yazılı imtahan mərhələsini Xarici İşlər Nazirliyinin sifarişi əsasında Dövlət İmtahan Mərkəzi, müsahibə mərhələsini Xarici İşlər Nazirliyi keçirəcək.
Müsabiqə Nazirlər Kabinetinin müəyyən etdiyi ali təhsil ixtisasları təsnifatına uyğun olaraq, humanitar və sosial, iqtisadiyyat və idarəetmə ixtisas qrupları, habelə ictimai səhiyyə, dövlət təhlükəsizliyi və idarəetmə, ictimai təhlükəsizlik və idarəetmə, sərhəd təhlükəsizliyi və idarəetmə ixtisasları əsasında təşkil ediləcək.
"Vərəm xəstəliyi zamanı düzgün qidalanma müalicənin vacib hissəsi
Ramazan ayında restoranlarda iftar süfrələrinin təşkili yenidən cəmiyyə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Məqalənin müəllifləri "Sülh Körpüsü" təşəbbüsünün koord
İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei sağdır
Türkiyəli aktrisa Pınar Deniz 8 bölüm çəkilməsi planlaşdırılan "
Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Abadlaş
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tə
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən Dərnəgül daya
"Qarabağ" qəzetinin baş redaktoru Çingiz Tofiq oğlu İsmayılov v
Manset.az xəbər portalı bəzi müğənnilərə efir qadağası qoyulması il
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
