Azər Badamov niyə Rusiyaya buraxılmadı?
Siyasət 04 May 2025 15:45:00 69 0
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov 2025-ci ilin 4 may tarixində Rusiya Federasiyasının Həştərxan vilayətində keçiriləcək tədbirdə iştirak etmək məqsədilə nümayəndə heyətinin tərkibində Rusiyaya səfər edib. Ancaq Moskvada hava limanında ona Həştərxan reysinə minməyə icazə verilməyib və ölkəyə girişinə qadağa qoyulub. Hazırda Azər Badamov təyyarədədir və geri qayıdır.
Bu xəbəri də oxu: Rusiyanın "tərəfdaşlığı": sözdə dostluq, əməldə təhdid
Məlum olduğu kimi, hər il Rusiyanın Həştərxan şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü ilə bağlı tədbirlər keçirilir. Bu tədbirlərdə Azərbaycandan rəsmi şəxslər, deputatlar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edir. Bu tədbirlər həm Azərbaycan üçün, həm də Rusiya ilə münasibətlər baxımından önəmli hesab olunub. Çünki bu, iki ölkə arasında dostluq və əməkdaşlığın göstəricisi kimi qəbul edilib. Lakin bu il, gözlənilməz hadisə baş verib. Belə ki, 2025-ci ildə də bu tədbir üçün Azərbaycan nümayəndə heyəti Rusiyaya səfər etməli idi. Heyətə Milli Məclisin deputatı Azər Badamov da daxil idi. Amma Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxana uçmağa icazə verilməyib.
Rusiya tərəfi bu addımı heç cür izah edə bilməyib. Sadəcə, onun ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Bu, təəccüblə və hörmətsizlik kimi qarşılanıb.
Azər Badamovun saxlanmasını təsadüf hesab etmək olmaz. Belə ki, 2024-cü ilin sonlarında Rusiya Dövlət Dumasının deputatı, keçmiş peşəkar boksçu Nikolay Valuyev Azərbaycan və azərbaycanlılar barədə təhqiramiz ifadələr işlədib, açıq şəkildə azərbaycanlıları "şobla" adlandıraraq, həm Rusiya azərbaycanlılarını, həm də ümumilikdə Azərbaycan xalqını alçaldan çıxış edib. Bu ifadə Azərbaycan ictimaiyyətində və siyasi dairələrində ciddi narazılıq doğurub. Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov bu açıqlamaya dərhal sərt reaksiya verərək Valuyevin bu sözlərini etnik nifrət və düşmənçilik yaymaq cəhdi kimi qiymətləndirib və onun kimi şəxsin Dövlət Duması deputatı olmasını Rusiya parlamentarizminə təhqir adlandırıb. Badamovun bu mövqeyi həm sosial şəbəkələrdə, həm də parlamentdə dəstəklə qarşılanıb. Ancaq görünür bu mövqe Rusiyada müəyyən dairələrin xoşuna gəlməyib.
Rusiya hər zaman qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq istədiyini deyir. Amma son vaxtlar bunun tam əksini görürük. Mərkəzi Asiya ölkələrindən gələn miqrantlara təzyiqlər artır. Özbəklərə, qırğızlara qarşı Rusiyada diskriminasiya halları baş verir. Qazaxıstana qarşı yersiz açıqlamalar verilir. Amma Ermənistan və ermənilər üçün isə tam əks yanaşma var - onların hər bir səhvi ört-basdır edilir.
Rusiya son vaxtlar Azərbaycana qarşı bir neçə cəbhədə təzyiq göstərir. Hələ də vurulan təyyarə ilə bağlı bir açıqlama verilməyib. Üstəlik, Azərbaycana qarşı kiberhücumlar edilib və bunun Rusiya ilə bağlı olduğu sübut olunub. Bütün bu addımlar göstərir ki, Rusiya təkcə sözlə deyil, əməli şəkildə də münasibətləri gərginləşdirməkdə maraqlıdır. Azər Badamovun saxlanması da planın bir hissəsi kimi görünür.
Azərbaycanda rus pravoslav icmasına göstərilən diqqət, Patriarx Kirillin yüksək səviyyəli qəbulu, dövlət rəhbərləri ilə görüşlər fonunda baş verən bu hadisə qəsdən edilmiş təxribat təsiri bağışlayır. Görünür, bəzi qüvvələr Azərbaycanla Rusiya arasında olan normal münasibətləri pozmağa çalışır. Bu addımlar dostluğa yox, qarşıdurmaya xidmət edir.
Rusiya tərəfinin bu cür hərəkətləri, Rusiyanın niyyətini anlamağı çətinləşdirir. Əgər iki ölkə arasında dostluq və əməkdaşlıq varsa, o zaman bu münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır. Deputatın ölkəyə buraxılmaması, təyyarə məsələsinin hələ də cavabsız qalması, kiberhücumlar və diskriminasiya halları isə qarşılıqlı hörmətin çatışmadığını göstərir. Görünür, Rusiya ya yeni düşmənlər yaratmaq istəyir, ya da qonşu ölkələrlə münasibətləri məqsədli şəkildə pisləşdirir. Hər iki halda, bu siyasətin bölgə üçün ciddi nəticələri ola bilər.
İslam Son.az
Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Populyar türk serialı "Kızılcık Şerbeti" yeni mövsümə sürpri

Rusiya tərəfinin deputat Azər Badamovun Moskva hava limanında saxlanılması

Əyləncə məqsədli astroloji təhlil – ciddi qərarlar üçün deyil

Gəlmə turizmi bütün dünyada turizm sektorunun prioritet sahələrindən bir

Xəbər verdiyimiz kimi, Bakıda Kürdəmir rayonunun Qaraqoçalı kənd sakini,

Epic Games ilə qalmaqallı məhkəmə işindən sonra, Meta şirkətinin rəhb�

Soyuqdəymə adətən qış fəslilə əlaqələndirilsə də, bir çox insan el

Türkiyə televiziyasının yeni layihələrindən biri olan "Ailə saadət

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilat

1859-cu ildə baş vermiş "Carrington hadisəsi" tarixdə qeydə alı

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsi

Bakı marafonunun qalibi olmaq artıq üçüncü dəfədir ki, mənim üçün re

Mayın 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin

May ayı altı bürc üçün dönüş nöqtəsi ola bilər. Astroloqlar xəbərd
