Leyla Əliyeva və Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib


Digərləri 04 May 2025 13:20:00 78 0

Leyla Əliyeva və Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib

Mayın 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikasına səfəri Ordubad rayonu və ətraf bölgələri əhatə etməklə davam edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfərin ikinci günündə onlar qədim tarixə, zəngin mədəniyyətə və unikal coğrafi landşafta malik olan bu regionun irsi ilə daha yaxından tanış olublar.

Səfər çərçivəsində ilk olaraq Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanın mənəvi-simvolik məkanlarından biri sayılan, dini-tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən Əshabi-Kəhf ziyarətgahına baş çəkiblər. Burada onlar "Damcıxana" və ziyarətgah ərazisində yerləşən müxtəlif müqəddəs yerlərlə tanış olub, ziyarətə gəlmiş yerli sakinlərlə səmimi söhbətlər aparıb, xatirə şəkilləri çəkdiriblər.

Daha sonra Ordubad şəhərinə yola düşərək bir sıra tarixi, dini və mədəni obyektlərlə tanış olublar. İlk olaraq şəhərin simvollarından biri olan Ordubad Cümə Məscidi ziyarət edilib. Ardınca "Qeysəriyyə" Tarix-Diyarşünaslıq Muzeyində Ordubadın tarixi, mədəni irsi və sənətkarlıq ənənələrini əks etdirən eksponatlara baxış keçirilib.

Səfər Sərşəhər küçəsində yerləşən bir sıra mədəni abidələrin ziyarəti ilə davam edib. Leyla Əliyeva və Arzu Əliyeva tarixi baxımından əhəmiyyətə malik "Sərşəhər Məscidi" ilə tanış olublar.

Daha sonra Sərşəhər Meydanındakı orqanik bazarda Ordubadın özünəməxsus yerli məhsulları, müxtəlif növ milli şirniyyatlar, mürəbbələr, quru meyvələr, bitki ekstraktları, dərman bitkiləri, bal və arı məhsulları, həmçinin Ordubada məxsus qayğanaq və məşhur Ordubad limonu təqdim olunub. Həmçinin meydanda yerləşən və əsrlərlə yaşı olan qədim çinar ağacı Ordubadın təbiət və tarix vəhdətini əks etdirən rəmzlərdən biri kimi vurğulanıb. Gəzinti zamanı onlar meydan ərazisində yerli sakinlərlə xoş ünsiyyət qurub, xatirə şəkilləri çəkdiriblər.

Ardınca Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunun Vənənd kəndində yaşayan Əkbərovlar ailəsinin qonağı olublar. Onlar ailənin limonçuluq üzrə fəaliyyət göstərən kiçik aqrotəsərrüfatına baş çəkib, burada xüsusi qulluqla yetişdirilən Ordubad limonu və onun becərilmə prosesi ilə yerində tanış olublar.

May ayında 6 bürc üçün gözlənilməz maliyyə qazancı like
  • 04 May 13:05  
Digərləri May ayında 6 bürc üçün gözlənilməz maliyyə qazancı

May ayı altı bürc üçün dönüş nöqtəsi ola bilər. Astroloqlar xəbərd

arrow Ətraflı
Qubada ağır qəza  ölən və yaralanan var like
  • 04 May 12:54  
Digərləri Qubada ağır qəza ölən və yaralanan var

Quba şəhərinin Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi

arrow Ətraflı
Sürücülər silinən zolağa görə 3 bal və 100 manat cərimələnirlər  AÇIQLAMA like
  • 04 May 12:40  
Digərləri Sürücülər silinən zolağa görə 3 bal və 100 manat cərimələnirlər AÇIQLAMA

Paytaxtın Hüseyn Seyidzadə küçəsindəki piyada zolaqları silinib.

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq  PROQNOZ like
  • 04 May 12:26  
Digərləri Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq PROQNOZ

Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
“Nüvə silahı olmasa da, Rusiyanın kifayət qədər gücü var”  Putin like
  • 04 May 12:23  
Digərləri “Nüvə silahı olmasa da, Rusiyanın kifayət qədər gücü var” Putin

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, nüvə silahı olmadan da ölk�

arrow Ətraflı
Bakıda “Volkswagen" yandı like
  • 04 May 12:06  
Digərləri Bakıda “Volkswagen" yandı

Bakı şəhərinin Xəzər rayonunda "Volkswagen" markalı minik avtom

arrow Ətraflı
"General Motors" 721 min avtomobili geri çağırır like
  • 04 May 11:54  
Digərləri "General Motors" 721 min avtomobili geri çağırır

ABŞ-nin avtomobil nəhəngi "General Motors" (GM) V8 tipli mühərri

arrow Ətraflı
Bir az popcorn götürün  bu filmlər sizi təəccübləndirəcək like
  • 04 May 11:43  
Digərləri Bir az popcorn götürün bu filmlər sizi təəccübləndirəcək

Mükəmməl bir ssenari və yaddaqalan xarakterlər axtarırsınız? O zaman bir

arrow Ətraflı
Yaxın günlərdə asılılıqlardan qurtulacaq 3 bürc like
  • 04 May 11:30  
Digərləri Yaxın günlərdə asılılıqlardan qurtulacaq 3 bürc

Astroloqlar may ayının ilk həftəsində bir neçə bürc üçün güclü dəy

arrow Ətraflı
Ermənistanda üçüncü zəlzələ oldu like
  • 04 May 11:10  
Digərləri Ermənistanda üçüncü zəlzələ oldu

Ermənistanda üçüncü zəlzələ baş verib.

arrow Ətraflı
2024cü ilin ən çox ziyan gətirən filmi bəlli oldu like
  • 04 May 10:57  
Digərləri 2024cü ilin ən çox ziyan gətirən filmi bəlli oldu

2024-cü ildə ən çox maliyyə itkisinə səbəb olan filmlərin siyahısı a�

arrow Ətraflı
Cinayətkarlar qaçsın, “RollsRoyce” gəlir! like
  • 04 May 10:45  
Dünya Cinayətkarlar qaçsın, “RollsRoyce” gəlir!

Dubay polisi dünyanın ən bahalı və güclü patrul avtomobilləri ilə günd

arrow Ətraflı
“Bakı Marafonu 2025” start götürdü like
  • 04 May 10:39  
Digərləri “Bakı Marafonu 2025” start götürdü

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2025" sta

arrow Ətraflı
"Nüşabə Ələsgərli övladlarına xarici ölkələrdə ev alıb" like
  • 04 May 10:31  
Şou-biznes "Nüşabə Ələsgərli övladlarına xarici ölkələrdə ev alıb"

"Şou-biznesdə varlılar çoxdur. Deyilənlərə görə, ən varlısı Nü

arrow Ətraflı
Azərbaycanda nikahda rekord artım: Sevgi, qorxu, yoxsa qanun? like
  • 04 May 10:18  
Digərləri Azərbaycanda nikahda rekord artım: Sevgi, qorxu, yoxsa qanun?

Azərbaycanda qohum evlilikləri 2025-ci il iyulun 1-dən etibarən qadağan olu

arrow Ətraflı