Bakıda sinaqoqa terror hücumu hazırlayarkən İŞİD üzvünün məhkəməsi başlayıb
Kriminal 28 Apr 2025 18:52:00 66 0
Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.
Bu xəbəri də oxu: Sevgilisinin evinə gedən 26 yaşlı qızın meyiti tapıldı Oğlanın dostu da otaqda olubmuş
Son.az xəbər verir ki, Abdulla Əliyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.
Cinayət işi hakim Aygün Qurbanovanın icraatına verilib.
Bu gün məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib.
Hazırlıq iclası mayın 12-də davam etdiriləcək.
Qeyd edək ki, Abdulla Əliyev Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.
Məlumata görə, o, Bakıda yəhudi sinaqoquna "Molotov kokteyli" ilə hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən saxlanılıb.
İttihama görə, Sumqayıt şəhərində yaşayan, "İŞİD Xorasan" terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev "Bakı Dağ Yəhudiləri Sinaqoqu"na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.
O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və "Molotov kokteyli" və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb. Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb. /APA
Rəqqasə kimi şou-biznesə giriş edib, müğənni kimi fəaliyyətinə davam

Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran bizn

Hazırda bəzi bazarlarda alça təxminən 11-14 manat, çiyələk isə 6-7 mana

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ağır qəza qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi aprelin 27-də B

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti M

Azerlotereya.com-a yeni gələnləri super fürsət gözləyir!

Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışları aparılan və 10

Sumqayıtda 14 ədəd su sayğacı oğurlanıb.

Çinlə imzalanan strateji sənədlərdən sonra bu iki texnologiya nəhənginin

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti M

Son zamanlarda Perunun sahillərində çox maraqlı bir arxeoloji tapıntı əld

Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlan�
