Tbb bacısı iş yerində qeyrietik videolar çəkdiyinə görə istintaqa çağrıldı
Dünya 28 Apr 2025 17:47:00 56 0
Bu xəbəri də oxu: Qırmızı səviyyəli maqnit qasırğası
İngiltərənin Milli Səhiyyə Xidmətində (NHS) çalışan tibb bacısı Sarah Vittall iş yerində böyüklər üçün nəzərdə tutulmuş bir internet platforması üçün qeyri-etik foto və videolar çəkdiyi iddiası ilə istintaqa cəlb olunub.
Son.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı Vittallın iş vaxtı cinsi xarakterli videolar çəkdiyi və istifadə olunmuş alt paltarlarını internetdə satışa çıxardığı iddia edilir.
Məlumata görə, çəkilən fotoşəkillərdə Vittallın NHS forması geyinərkən alt paltarlarını nümayiş etdirdiyi və xəstəxana şəxsiyyət vəsiqəsinin də açıq şəkildə göründüyü qeyd olunub.
O, paylaşdığı videoların birində sinəsini açaraq, "Aman Allahım, tutulacağam deyə çox gərginəm", sözlərini deyib. Digər bir videoda isə öz-özünə seksual hərəkətlər etdiyi görünür, bir başqa kadrlarda isə xəstələrdən biri öldükdən sonra təcili yardım işçisi ilə intim münasibət yaşadığını fəxrlə danışdığı bildirilir.
Vittallın istifadə olunmuş alt paltarlarını isə NHS-in Patoloji Xidmətinə məxsus nümunə torbalarında müştərilərə göndərdiyi də iddialar arasındadır.
Məsələ ilə bağlı danışan mənbə, "Bu tamamilə qəbuledilməz bir vəziyyətdir. Onun əsas prioriteti həyat xilas etmək olmalıdır, pul qazanmaq üçün bu cür təxribatçı hərəkətlər yox," - deyə bildirib.
Qeyd edək ki, bundan əvvəl də Essex bölgəsində, Vitham şəhərində yaşayan 44 yaşlı NHS patologu Amelie Varnier xəstəxananın morqunda alt paltarı ilə poza verdiyi üçün gündəmə gəlmişdi. Varnier həmin vaxt "The Sun" qəzetinə açıqlamasında, "Həyat bir dəfə yaşanır" demişdi.
İki uşaq anası olan Amelie dostunun təkidi ilə internet saytında profil açmış və pandemiya dövründə morqda çəkdiyi qeyri-etik fotonu paylaşmışdı. Çelmsford şəhərindəki Broomfield Xəstəxanasının rəhbərliyi həmin görüntülərin əməkdaşlar arasında sürətlə yayılması ilə bağlı dərhal hərəkətə keçmişdi.
Mənbələrin sözlərinə görə, həmkarları Varnierin addımına inanmaqda çətinlik çəkib. Lakin Varnier özünü belə müdafiə edib:
"Əgər işdə peşəkarsansa, işdən kənarda nə etdiyin heç kəsi maraqlandırmamalıdır" Leyla Son.az
Çinlə imzalanan strateji sənədlərdən sonra bu iki texnologiya nəhənginin

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti M

Son zamanlarda Perunun sahillərində çox maraqlı bir arxeoloji tapıntı əld

Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlan�

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezin görüntüsü marağa səbəb

Əməkdar artist Sevinc Sarıyeva açıqlaması ilə diqqət çəkib.

Son illər Bakıda çoxmərtəbəli binalardakı mənzillərin, həyət evlərin

Türkiyənin sevilən simalarından olan Kenan İmirzalıoğlu ekranlara qayıd�

İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsilməsi nəticəsində böy

Biz bu regionda mədəni, dini etiqad, fikir, siyasət və proqramlar baxımınd

Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini müzakirə

Moskvada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin adına keçirilən b

Azərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar cəmiyyətin

Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar
