10 gündən sonra tapılan dayıqızıbibiqızı ilə söhbət aparıldı
Digərləri 28 Apr 2025 18:16:00 54 0
Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan qızların psixoloji qiymətləndirilməsi aparılıb.
Bu xəbəri də oxu: Türkiyədəki zəlzələlər sünidir, test edilir SENSASİON İDDİA
Bu barədə Son.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
"Sığınacağa yerləşdirilən yetkinlik yaşına çatmayan qızlarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və psixoloqun iştirakı ilə aparılan ilkin söhbətlər zamanı onlarla və ailə üzvləri ilə psixososial işlərin aparılmasının zəruriliyi müəyyən edilib. Arzu etdikləri təqdirdə onların müvafiq peşəyə yönəldilməsi istiqamətində də lazımi tədbirlərin görülməsi ilə bağlı işlər davam etdiriləcək.
İstintaq prosesi davam etdiyi üçün hadisənin detalları barədə əlavə məlumatın verilməsi zəruri hesab edilmir", - deyə T. Mərdanoğlu bildirib.
Qeyd edək ki, dayıqızı-bibiqızı olan 2008-ci il təvəllüdlü A.H. və 2007-ci il təvəllüdlü R. H. 16 aprel tarixində yaşadıqları ünvandan çıxaraq itkin düşüblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qızlar aprelin 26-da tapılıblar. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışları aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Sumqayıtda 14 ədəd su sayğacı oğurlanıb.

Çinlə imzalanan strateji sənədlərdən sonra bu iki texnologiya nəhənginin

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti M

Son zamanlarda Perunun sahillərində çox maraqlı bir arxeoloji tapıntı əld

Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlan�

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezin görüntüsü marağa səbəb

Əməkdar artist Sevinc Sarıyeva açıqlaması ilə diqqət çəkib.

Son illər Bakıda çoxmərtəbəli binalardakı mənzillərin, həyət evlərin

Türkiyənin sevilən simalarından olan Kenan İmirzalıoğlu ekranlara qayıd�

İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsilməsi nəticəsində böy

Biz bu regionda mədəni, dini etiqad, fikir, siyasət və proqramlar baxımınd

Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini müzakirə
