Ombudsmandan "İdrak" liseyində baş verən insidentlə bağlı çağırış


Digərləri 06 Fev 2026 19:06:00 81 0

Ombudsmandan "İdrak" liseyində baş verən insidentlə bağlı çağırış

Media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur.

Bu barədə Son.az-ın sorğusuna cavab olaraq Ombudsman Aparatından məlumat verilib.

Bildirilir ki, son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatçılıq doğurur:

"Uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların davranışlarına, o cümlədən onların rəqəmsal platformalardan istifadə etmələrinə nəzarət edilməsi uşaqların və ümumilikdə cəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə "Roblox" platformasının yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar verilmiş, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunub.

Qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərin də rolu danılmazdır. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Baş verən hadisələr onu göstərir ki, valideynlər tərəfindən uşaqlara daha diqqətlə yanaşılması, onlarla etibarlı ünsiyyətin təmin edilməsi və uşaqların olduğu hər bir yerdə təhlükəsizliyin gücləndirilməsi çox vacibdir. Media subyektlərinin nümayəndələri tərəfindən uşaqlarla bağlı məlumatların yayılmasında qanunvericiliyin tələblərinə əməl edilməsi, uşaqların mənafelərinin üstün tutulması, məsələlərə uşaq hüquqlarının müdafiəsi prizmasından yanaşılaraq ictimaiyyətin düzgün məlumatlandırılması zəruridir.

Ombudsman tərəfindən mediada uşaq hüquqlarının pozulması halları ilə bağlı media subyektlərinə və jurnalistlərə ünvanlanmış açıq müraciətdə bu sahədə onların vəzifələri və məsuliyyəti əks etdirilmiş, onlara peşə fəaliyyətlərini həyata keçirdikləri zaman uşaqların mənafelərini üstün tutmaları və uşaqlarla bağlı məlumatların yayılmasında həssas yanaşma nümayiş etdirmələri tövsiyə olunub".

"06 fevral 2026-cı il tarixində "İdrak" liseyində baş vermiş insidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur. Bir daha media nümayəndələrinə "Media haqqında" Azərbaycan Respublikasının Qanununun, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"nın və digər hüquqi aktların tələblərini xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə dəvət edirik.

Qeyd edək ki, belə hallarla bağlı Ombudsman tərəfindən aidiyyəti qurumlara müraciət edilərək zəruri tədbirlərin görülməsi təmin edilir.

Uşaqların hüquqlarının müdafiəsi, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması məqsədilə bir daha əlaqədar dövlət orqanlarını qeyd olunan sahədə nəzarəti daha da gücləndirməyə, valideynləri daha məsuliyyətli davranmağa, media subyektlərini uşaqlarla bağlı məlumatlar hazırlanarkən qanunvericiliyin tələblərinə əməl edərək uşaqların mənafelərin üstün tutmağa dəvət edirik", - qurumdan əlavə olunub.

Fatimənin ölkədən çıxışına qadağa qoyula bilər like
  • 06 Fev 18:58  
Şou-biznes Fatimənin ölkədən çıxışına qadağa qoyula bilər

"Nazilə Səfərli oğlumun atasına da toxunub. Arada söhbət aparıb-gə

arrow Ətraflı
Bakı kənar dairəvi yolda uzun tıcac yaranıb like
  • 06 Fev 18:47  
Digərləri Bakı kənar dairəvi yolda uzun tıcac yaranıb

Paytaxtın əsas nəqliyyat arteriyalarından biri olan kənar dairəvi yolda 

arrow Ətraflı
10 günün əsgəri hospitalda öldü like
  • 06 Fev 18:31  
Digərləri 10 günün əsgəri hospitalda öldü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri ölüb.

arrow Ətraflı
Hansı daha sərfəlidir: İpoteka, güzəştli ipoteka, kirayə mənzil like
  • 06 Fev 18:27  
Digərləri Hansı daha sərfəlidir: İpoteka, güzəştli ipoteka, kirayə mənzil

Mənzil sahibi olmaq hər kəsin arzusudur. Ölkəmizdə mənzil əldə etmək

arrow Ətraflı
Azərbaycan və Pakistan HDQləri arasında əməkdaşlıq genişləndirilir like
  • 06 Fev 18:23  
Digərləri Azərbaycan və Pakistan HDQləri arasında əməkdaşlıq genişləndirilir

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvv

arrow Ətraflı
Rusiya səfiri XİNə çağırıldı: nota təqdim edildi like
  • 06 Fev 18:19  
Siyasət Rusiya səfiri XİNə çağırıldı: nota təqdim edildi

6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikas

arrow Ətraflı
Türkiyənin reytinqli serialında mahnımız səsləndi like
  • 06 Fev 18:15  
Şou-biznes Türkiyənin reytinqli serialında mahnımız səsləndi

"Veliaht" serialında növbəti dəfə musiqimizə yer verilib.

arrow Ətraflı
AxarBaxar və İlisu milli parkları haqqında Əsasnamələr təsdiq edilib  Fərman like
  • 06 Fev 17:49  
Siyasət AxarBaxar və İlisu milli parkları haqqında Əsasnamələr təsdiq edilib Fərman

Axar-Baxar və İlisu milli parkları haqqında Əsasnamələr təsdiq edilib.

arrow Ətraflı
Azərbaycanda QHT sədri faciəli şəkildə öldü like
  • 06 Fev 17:26  
Digərləri Azərbaycanda QHT sədri faciəli şəkildə öldü

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Benzinlə bağlı yeni QƏRAR  30 gündən sonra like
  • 06 Fev 17:11  
Digərləri Benzinlə bağlı yeni QƏRAR 30 gündən sonra

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş &

arrow Ətraflı
Azərbaycanda bu idarələr ləğv edildi like
  • 06 Fev 17:06  
Digərləri Azərbaycanda bu idarələr ləğv edildi

Azərbaycanda iki idarə ləğv olunduğunu elan edib.

arrow Ətraflı