Hansı daha sərfəlidir: İpoteka, güzəştli ipoteka, kirayə mənzil
Digərləri 06 Fev 2026 18:27:00 60 0
Mənzil sahibi olmaq hər kəsin arzusudur. Ölkəmizdə mənzil əldə etmək üçün təklif olunan mexanizmlərin isə sayı artır.
Bu xəbəri də oxu: Samsung həmin modellər üçün dəstəyi dayandırdı
Bəs, bu mexanizmlərdən hansı daha sərfəlidir?
Məsələ ilə bağlı Son.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə iki növ kredit təklif olunur:
"Bunlar güzəştli ipoteka və adi ipotekadır. Güzəştli ipoteka illik 4% dərəcəsi ilə yalnız müəyyən kateqoriyadan olan şəxslərə verilir. Adi ipoteka isə hər kəs üçün əlçatandır və olan bu kreditin illik faiz dərəcəsi 8% təşkil edir".
Vurğulayıb ki, mənzil əldə etməyin digər yolu olan "satmaq öhdəliyi ilə kirayə" mexanizmi əsasən ilkin ödəniş üçün tələb olunan 15%-i ödəyə bilməyən şəxslərə sərf edir. Kirayə mexanizmi ilə mənzillər yalnız Fondun əldə etdiyi konkret binalarda və məhdud ərazilərdə mövcuddur:
"Bu üsulda ipoteka üçün tələb olunan 15%-lik ilkin ödəniş tələb olunmur. Vətəndaş birbaşa aylıq kirayə haqqı ödəyərək mənzildə yaşamağa başlayır".
Ekspert nəzərə çatdırıb ki, burada ödənişlərin dayandırılması zamanı ciddi problemlər yaranır:
"Məsələn, 20 illik müqaviləniz varsa və siz 19-cu ildə ödənişi dayandırsanız, indiyə qədər ödədiyiniz heç bir vəsait geri qaytarılmır. Bu, vətəndaşlar üçün ciddi maliyyə itkisi riskidir".
Onun sözlərinə görə, qiymətlər bazar qiymətindən bir qədər yuxarıdır. Əlavə edib ki, bunun səbəbi son illərdə kirayə qiymətlərinin normadan artıq bahalaşmasıdır:
"Gələcəkdə kirayə qiymətləri düşərsə, bu mexanizm daha sərfəli ola bilər. Hazırda isə bazar qiymətləri ilə müqayisədə bir qədər yuxarıdır".
Sonda bildirib ki, dəqiq şərtlərlə bağlı İpoteka və Kredit Zəmanət Fondunun rəsmi saytındakı qaydalarla tanış olmaq məsləhətdir.
Mina Mikayılova Son.az
Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvv
6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikas
"Veliaht" serialında növbəti dəfə musiqimizə yer verilib.
Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının
Axar-Baxar və İlisu milli parkları haqqında Əsasnamələr təsdiq edilib.
Azərbaycanda strateji investisiya layihələri üzrə investisiya təşviqi sə
"Sən şahsansa Zeynəb Alim Səxavət kimdir?
Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş &
Azərbaycan musiqi və hərbi orkestr xidməti, musiqi sənətinin görkəmli n�
Banklar kredit götürmək istəyən şəxslərə 2 əsas kredit üsulu təklif
Beynəlxalq Muğam Mərkəzində 2 fevral - Gənclər Gününə həsr olunan &qu
"Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində b
