Rusiya səfiri XİNə çağırıldı: nota təqdim edildi
Siyasət 06 Fev 2026 18:19:00 75 0
6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya səfiri ilə görüş zamanı, 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim "Vahid Rusiya" Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
K.Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan Respublikası vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.
Görüşdə, Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.
"Veliaht" serialında növbəti dəfə musiqimizə yer verilib.
Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının
Axar-Baxar və İlisu milli parkları haqqında Əsasnamələr təsdiq edilib.
Azərbaycanda strateji investisiya layihələri üzrə investisiya təşviqi sə
"Sən şahsansa Zeynəb Alim Səxavət kimdir?
Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş &
Azərbaycan musiqi və hərbi orkestr xidməti, musiqi sənətinin görkəmli n�
Banklar kredit götürmək istəyən şəxslərə 2 əsas kredit üsulu təklif
Beynəlxalq Muğam Mərkəzində 2 fevral - Gənclər Gününə həsr olunan &qu
"Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində b
32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.
06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən tə
