Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5də davam etdiriləcək


Kriminal 03 Fev 2026 16:14:00 76 0

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5də davam etdiriləcək

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.

Bu barədə Son.az-a Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb. Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

"Simpsonlar"dakı daha bir səhnə reallaşdı  26 il əvvəl gizli mesaj like
  • 03 Fev 16:04  
Şou-biznes "Simpsonlar"dakı daha bir səhnə reallaşdı 26 il əvvəl gizli mesaj

Proqnozları ilə tez-tez gündəmə gələn "Simpsonlar" serialı bu

arrow Ətraflı
Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır like
  • 03 Fev 15:57  
Digərləri Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır

2009-cu ildən yay mövsümündə keçirilən Qəbələ Musiqi Festivalı artıq

arrow Ətraflı
Azərbaycan və BƏƏ prezidentləri ƏbuDabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər like
  • 03 Fev 15:49  
Siyasət Azərbaycan və BƏƏ prezidentləri ƏbuDabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birl

arrow Ətraflı
Bakıda evdə yanğın başladı like
  • 03 Fev 15:41  
Digərləri Bakıda evdə yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Fransada X şirkətinin ofisində axtarış aparılır like
  • 03 Fev 15:33  
Dünya Fransada X şirkətinin ofisində axtarış aparılır

Paris prokurorluğu 2025-ci ilin yanvarında platformanın alqoritmlərinin fəa

arrow Ətraflı
Bu üsulla elektrik xərcini 2 qat azaldın like
  • 03 Fev 15:26  
Digərləri Bu üsulla elektrik xərcini 2 qat azaldın

Məişətdə istifadə etdiyimiz bir çox elektron cihazı söndürdüyümüzü

arrow Ətraflı
Yerevan KTMTnin fəaliyyətində heç bir formatda iştirak etmir  Simonyan like
  • 03 Fev 14:59  
Dünya Yerevan KTMTnin fəaliyyətində heç bir formatda iştirak etmir Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Ermənistan Kollekti

arrow Ətraflı
Yol kənarında "hinduşka" adı ilə şişirdilmiş toyuq satılır  FOTO like
  • 03 Fev 14:55  
Digərləri Yol kənarında "hinduşka" adı ilə şişirdilmiş toyuq satılır FOTO

Yol kənarında şişirdilmiş toyuqları "hinduşka" və "qaz&qu

arrow Ətraflı
Vətəndaşlar ən çox nədən şikayətçidirlər?   AÇIQLANDI like
  • 03 Fev 14:44  
Digərləri Vətəndaşlar ən çox nədən şikayətçidirlər? AÇIQLANDI

2025-ci ildə "916" Çağrı Mərkəzinə daxil olan müraciətlər ar

arrow Ətraflı
Əmisinin balta ilə öldürdüyü qızın görüntüləri like
  • 03 Fev 14:39  
Digərləri Əmisinin balta ilə öldürdüyü qızın görüntüləri

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda ağır cinayət hadisəsi baş ver

arrow Ətraflı
Bakının mərkəzində ağac kəsildi, cinayət işi açıldı like
  • 03 Fev 14:34  
Digərləri Bakının mərkəzində ağac kəsildi, cinayət işi açıldı

Bakıda "Ağ şəhər" ərazisində ağac kəsilməsi faktı üzrə ci

arrow Ətraflı
Şəbnəm Tovuzlu aparıcı Zaurla "qırğına çıxdı", efirdən GETDİ like
  • 03 Fev 14:30  
Şou-biznes Şəbnəm Tovuzlu aparıcı Zaurla "qırğına çıxdı", efirdən GETDİ

Müğənni Şəbnəm Tovuzlu "Rəngarəng" verilişində yaşanan qalm

arrow Ətraflı