Bu üsulla elektrik xərcini 2 qat azaldın
Digərləri 03 Fev 2026 15:26:00 65 0
Məişətdə istifadə etdiyimiz bir çox elektron cihazı söndürdüyümüzü düşünsək də, onlar "gözləmə" (standby) rejimində enerji sərf etməyə davam edirlər. Mütəxəssislər bu cihazları "vampir cihazlar" adlandırırlar. Son.az xəbər verir ki, televizor, oyun konsolu, mikrodalğalı soba və ya qəhvə maşını kimi cihazlar pultla və ya düymə ilə söndürülsə də, əgər naqil elektrik yuvasındadırsa (rozetka), daxili dövrələr və kiçik LED işıqlar enerji çəkməyə davam edir. Bu "gizli" istehlak ay sonunda faturanın əhəmiyyətli hissəsini təşkil edə bilər. Çoxumuz telefonu şarjdan çıxardıqdan sonra "adapteri" rozetkada saxlayırıq. "Adapter" telefona bağlı olmasa belə, daxilindəki transformator işləməyə davam edir və cüzi də olsa enerji sərf edir. Evdəki bütün adapterlərin (telefon, planşet, noutbuk) daimi "rozetkada" qalması elektrik xərcini süni şəkildə artırır. Modemlər il boyu 24 saat fasiləsiz işləyən nadir cihazlardandır. Gecə istifadə olunmadığı saatlarda modemi açıq saxlamaq həm enerji itkisidir, həm də cihazın ömrünü qısaldır. Müasir televizorlar və oyun konsolları sürətli açılma üçün "hazır vəziyyətdə" qalırlar. Bu rejim cihazın sanki tam işləyirmiş kimi enerji sərf etməsinə səbəb olur. Bütün cihazları tək-tək çıxarmaq çətindirsə, düyməli uzadıcı (setevoy) alın və yatmazdan əvvəl tək bir düymə ilə bütün enerjini kəsin. İşiniz bitən kimi şarj cihazlarını çıxarın.
Bu xəbəri də oxu: İcra başçısı işdən çıxarılan Qaradağda yeni təyinatlar
Fidan Son.az
"Ən ağır cəzanı istəyirəm, günahsız balamın qanı yerdə qalması
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Ermənistan Kollekti
Yol kənarında şişirdilmiş toyuqları "hinduşka" və "qaz&qu
2025-ci ildə "916" Çağrı Mərkəzinə daxil olan müraciətlər ar
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda ağır cinayət hadisəsi baş ver
Bakıda "Ağ şəhər" ərazisində ağac kəsilməsi faktı üzrə ci
Müğənni Şəbnəm Tovuzlu "Rəngarəng" verilişində yaşanan qalm
Badımcanın acı dadı onun tərkibində olan təbii birləşmələrdən qaynaq
Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərç
Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ pal
Azərbaycan qanunvericiliyində işçilərin əmək müqaviləsinə şirkət tə
Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric
Müğənni Qumral həyat yoldaşı Natiqin xəyanəti ilə bağlı açıqlamalar
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındak
