Milli Məclisdə XİN nümayəndələrinin iştirakı ilə görüşlər keçiriləcək
Siyasət 21 Yan 2026 13:14:00 78 0
Milli Məclisdə Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə görüşlər keçiriləcək.
Bu xəbəri də oxu: Prezident: Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu
Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil edilib.
Belə ki, yaz sessiyasında komitədə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu çərçivəsində qarşıda duran strateji istiqamətlərin nəzərdən keçirilməsi, o cümlədən yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda hədəflər və çağırışlarla bağlı müzakirə aparılması məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə komitədə görüşlərin keçirilməsi, zəruri olduğu təqdirdə, müvafiq rəy, təklif və tövsiyələrin verilməsi planlaşdırılır.
Komitənin 2026-cı il yaz sessiyası üçün İş Planına həmçinin aşağıdakı məsələlər də daxil edilib:
Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə sıx əməkdaşlıq çərçivəsində xarici ölkələrdə yaşayan soydaşlarımızla və fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə əlaqə saxlayaraq bu əlaqələri inkişaf etdirmək məqsədilə DİDK-nin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə görüşlərin təşkili; Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi ilə əlaqədar işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi təcavüzünün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması zamanı bölgədə yaranmış yeni reallıqlara uyğun beynəlxalq miqyasda iş aparılması; "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyəti davam etdirmək; Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları və beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətləri ilə görüşlər keçirərək parlamentlərarası fəaliyyəti daha da inkişaf etdirmək məqsədilə beynəlxalq fəaliyyətin əsas istiqamətləri ilə bağlı yardım göstərmək; Regionumuzda, həmçinin dünyada Azərbaycanın milli maraqlarının layiqli və peşəkar səviyyədə müdafiəsi məqsədilə müvafiq dinləmələr keçirmək.
Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında əlaqələri genişlənd
Sosial şəbəkələrdə müzakirə olunan, AMEA-nın Prezidenti İsa Həbibbəy
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar.
Azərbaycanda "Dell Technologies" şirkətinin iştirakı ilə superko
Xırdalan şəhərində yerləşən "Araz" marketin parkinq tarifləri
2026-cı il astroloji baxımdan böyük maliyyə dəyişiklikləri və yeni imka
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmr
Naxçıvanın Babək rayonunun Payız kəndində içməli və suvarma suyunun ol
Xırdalan şəhərində yerləşən, "Viləşçay MTK" tərəfindən i
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda
Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu , SSRİ Xalq Artisti Qara Qara
Milli Məclisdə hərbi səfərbərliklə bağlı müzakirələr aparılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda
Paytaxtda mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmil
