Naxçıvanda vətəndaşların üzərinə traktor sürülüb? Rəsmi cavab


Digərləri 21 Yan 2026 11:56:00 85 0

Naxçıvanda vətəndaşların üzərinə traktor sürülüb?  Rəsmi cavab

Naxçıvanın Babək rayonunun Payız kəndində içməli və suvarma suyunun olmaması narazılıqlara səbəb olub. 

Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, kəndin bir qrup sakini bu məqsədlə aksiya keçirərək iki ildir kənddə içməli suyun olmadığını, suyu qonşu kəndlərdən əllə daşıdıqlarını bildiriblər. Bunun əkinçilik və maldarlığa ciddi ziyan vurduğunu qeyd ediblər. 

Vətəndaşlar Babək Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin müdiri Rüstəm Rüstəmova qarşı da ittihamlar səsləndiriblər. Sakinlərin iddiasına görə, şöbə müdiri onların qarşısını kəsmək üçün əraziyə traktorlar göndərib. 

Yaranmış problem və ittihamlarla əlaqədar Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, etiraz edənlərin qarşısına traktor çıxarılmayıb, sadəcə sakinlər orada olan traktorun qarşısını kəsiblər: "Məsələ araşdırılıb. Ərazidə texnikalarımız var idi, 2025-ci ilin sentyabr ayından orada iş gedirdi. Vətəndaşlar da texnikaların qarşısını kəsiblər. Həmin vaxt bizim əməkdaşımız da ərazidə olduğuna görə yanlış anlaşılma yaranıb". 

İdarədən bildirilib ki, 2025-ci ildə Naxçıvan MR ərazisində müşahidə olunan quraq iqlim şəraiti nəticəsində su ehtiyatlarında ciddi azalma baş verib, bu da ümumilikdə içməli su təchizatında çətinliklər yaradıb: "Hazırda Babək rayonunun Payız kəndi ərazisində də mövcud su azlığı nəzərə alınaraq əhalinin içməli su ilə təmin olunması növbəli qrafik əsasında həyata keçirilir. Mövcud su ehtiyatlarının həcmi fasiləsiz, 24 saatlıq su təchizatını təmin etməyə imkan vermədiyindən su Payız kəndində hər məhəllə üçün gün ərzində 4 saat, Cəhri qəsəbəsi üçün üç gündən bir 4 saat müddətdə verilir. Məlumat üçün bildirək ki, təxminən 1000 nəfər sakini olan Payız kəndində və 10 500 nəfər əhalisi olan Cəhri qəsəbəsində mərkəzləşdirilmiş su şəbəkəsinin olmaması və mövcud suyun azlığı səbəbindən suyun fasiləsiz və geniş həcmdə paylanması texniki baxımdan mümkün deyil. 

Payız kənd sakinləri tərəfindən daxil olmuş müraciətdə suyun 24 saat ərzində fasiləsiz verilməsi, həmçinin kənd ərazisindən keçən su xətləri və kaptajlardan Cəhri qəsəbəsinə suyun yönləndirilməməsi ilə bağlı tələblər irəli sürülüb. Qeyd edirik ki, hazırkı şəraitdə mövcud su mənbələri üzrə aparılan bölgü yalnız əhalinin minimum tələbatının ödənilməsinə yönəlib və digər yaşayış məntəqələrinin su təchizatının məhdudlaşdırılması hazırda mümkün hesab edilmir".

İdarədən, həmçinin qeyd olunub ki, ötən ilin sentyabr ayından başlayaraq su təminatını yaxşılaşdırmaq məqsədilə hər iki yaşayış məntəqəsinin su mənbəyi eyni olan Cəhriçayın üzərində yeni kaptajın tikintisi işləri aparılıb, mövcud kaptajlar təmir olunaraq su yığıcılıq qabiliyyəti artırılıb. Mövcud kaptajlardan yaşayış məntəqələrinə qədər olan su xəttində təmizləmə, istismar müddətini başa vuran boruların yenisi ilə əvəz edilməsi və ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülüb: "Vətəndaşların suyun verildiyi kaptajlara və xətlərə özbaşına müdaxiləsi nəticəsində su şəbəkəsinə zərər dəyməsi halları müşahidə olunur. Xüsusilə qış fəslində kənd ərazilərində temperaturun aşağı düşməsi səbəbindən bu cür müdaxilələr su xətlərində donmaların baş verməsinə gətirib çıxarır. Qeyd olunan hallar tərəfimizdən daimi nəzarətdə saxlanılır və yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bununla yanaşı, mövcud su qıtlığı şəraitində vətəndaşların su təchizatı ilə bağlı narazılıqlarına tez-tez rast gəlinir. Daxil olan şikayətlər tərəfimizdən araşdırılır, vətəndaşların müraciətlərinə yerində baxılır, məsələlərin imkan daxilində ən qısa müddətdə həll olunması təmin edilir və əhalinin minimum su tələbatının ödənilməsi əsas prioritet kimi diqqətdə saxlanılır".

Rəsmi açıqlamada əlavə edilib ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad və Payız kəndlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinin qurulması ilə bağlı hazırda layihələndirmə işləri davam edir. Layihə-smeta sənədlərinə ekspertiza rəyi verildikdən sonra mövcud satınalma qaydalarına uyğun olaraq adıçəkilən kəndlərdə mərkəzləşdirilmiş şəbəkənin inşası üçün müvafiq işlər görüləcək. 

Keçmiş komendant bloku dağıtdı  Sakinlər şikayətçi oldular like
  • 21 Yan 11:50  
Digərləri Keçmiş komendant bloku dağıtdı Sakinlər şikayətçi oldular

Xırdalan şəhərində yerləşən, "Viləşçay MTK" tərəfindən i

arrow Ətraflı
Bakıda avtomobil yanır like
  • 21 Yan 11:42  
Digərləri Bakıda avtomobil yanır

Bakıda avtomobil yanıb.

arrow Ətraflı
Qara Qarayevə verilən mənzil satışa çıxarıldı  750 min manat like
  • 21 Yan 11:30  
Digərləri Qara Qarayevə verilən mənzil satışa çıxarıldı 750 min manat

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu , SSRİ Xalq Artisti Qara Qara

arrow Ətraflı
Milli Məclisdə hərbi səfərbərlik müzakirə ediləcək like
  • 21 Yan 11:12  
Digərləri Milli Məclisdə hərbi səfərbərlik müzakirə ediləcək

Milli Məclisdə hərbi səfərbərliklə bağlı müzakirələr aparılacaq.

arrow Ətraflı
Prezident Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti ilə görüşüb  FOTO like
  • 21 Yan 11:08  
Siyasət Prezident Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda

arrow Ətraflı
Daha Tbilisi prospektindən geriyədönməyə ehtiyac qalmayacaq like
  • 21 Yan 10:59  
Digərləri Daha Tbilisi prospektindən geriyədönməyə ehtiyac qalmayacaq

Paytaxtda mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmil

arrow Ətraflı
Bakıda yollar və səkilər qardan təmizlənir like
  • 21 Yan 10:55  
Digərləri Bakıda yollar və səkilər qardan təmizlənir

Dünən, yanvarın 20-i gündüz saatlarından etibarən paytaxt Bakı şəhəri

arrow Ətraflı
Lerikdə 60 kənd hələ də işıqsızdır like
  • 21 Yan 10:53  
Digərləri Lerikdə 60 kənd hələ də işıqsızdır

3 gün ərzində Lerikə yağan intensiv qar bu gün səngiyib.

arrow Ətraflı
Dünən 15 nəfər sürüşüb like
  • 21 Yan 10:50  
Digərləri Dünən 15 nəfər sürüşüb

Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmat

arrow Ətraflı
Növbəti dörd gündə hava necə olacaq? like
  • 21 Yan 10:44  
Digərləri Növbəti dörd gündə hava necə olacaq?

Yanvarın 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

arrow Ətraflı
Lerikdə qarın hündürlüyü 1 metrdən çoxdur like
  • 21 Yan 10:44  
Digərləri Lerikdə qarın hündürlüyü 1 metrdən çoxdur

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

arrow Ətraflı
Trampın təyyarəsində nasazlıq  Təcili geri qayıtmalı oldu like
  • 21 Yan 10:41  
Dünya Trampın təyyarəsində nasazlıq Təcili geri qayıtmalı oldu

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən Davos İqtisadi Forumu

arrow Ətraflı
Niyə Bakının bir tərəfinə qar yağdı, o biri tərəfinə yox?  AÇIQLAMA like
  • 21 Yan 10:39  
Digərləri Niyə Bakının bir tərəfinə qar yağdı, o biri tərəfinə yox? AÇIQLAMA

Bakının bir hissəsi ağ örpəyə bürünüb, digər tərəfi isə yox. Bakı

arrow Ətraflı
Şəbnəm Tovuzlunun makiyajsız görüntüsü MÜZAKİRƏ YARATDI like
  • 21 Yan 10:30  
Şou-biznes Şəbnəm Tovuzlunun makiyajsız görüntüsü MÜZAKİRƏ YARATDI

Müğənni Şəbnəm Tovuzlu makiyajsız görüntüsü ilə sosial şəbəkələ

arrow Ətraflı