Daha Tbilisi prospektindən geriyədönməyə ehtiyac qalmayacaq
Digərləri 21 Yan 2026 10:59:02 76 0
Paytaxtda mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən növbəti layihə icra edilir.
Bu xəbəri də oxu: Lerikdə qarın hündürlüyü 1 metrdən çoxdur
Son.az xəbər verir ki, Yasamal rayonunda aparılan təhlillər nəticəsində müəyyən olunub ki, Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri hazırda Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindən istifadə edir. Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyədönmə edən nəqliyyat vasitələri hərəkət axınının sürətini əhəmiyyətli dərəcədə azaldır və həmin hissədə ciddi sıxlıqa səbəb olur.
Mövcud problemin aradan qaldırılması məqsədilə ərazidəki arakəsmə ləğv edilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində birbaşa çıxış təmin ediləcək. Bununla da geriyədönmə manevrlərinə ehtiyac aradan qalxacaq və hərəkətin axıcılığı yüksələcək.
Layihə çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq. Eyni zamanda, piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları təmin ediləcək.
Aysel Əkbər Son.az
Dünən, yanvarın 20-i gündüz saatlarından etibarən paytaxt Bakı şəhəri
3 gün ərzində Lerikə yağan intensiv qar bu gün səngiyib.
Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmat
Yanvarın 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən Davos İqtisadi Forumu
Bakının bir hissəsi ağ örpəyə bürünüb, digər tərəfi isə yox. Bakı
Müğənni Şəbnəm Tovuzlu makiyajsız görüntüsü ilə sosial şəbəkələ
Məlum olduğu kimi, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu t
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlma
Braziliyada bir cütlüyün ailə hekayəsi qəfil şokedici bir fakta çevrilib
Son illər Qrenlandiya böyük dövlətlərin diqqət mərkəzinə çevrilib.
ABŞ Prezidenti Donald Tramp NATO-nun mövcudluğunu məhz öz fəaliyyəti ilə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində m�
