Ceyhun Bayramov ABŞ dövlət katibi ilə müzakirə apardı
Siyasət 19 Yan 2026 20:31:00 58 0
19 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.
Bu xəbəri də oxu: Leyla Əliyeva Efiopiyada “MESOB” dövlət xidməti mərkəzində olub FOTO
XİN-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.
8 avqust Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.
Nazirlər bununla yanaşı digər məsələlər barədə fikir mübadiləsi aparıblar. Son.az
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmiş
Sumqayıtda kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davosd
Son zamanlarda ziyafət geyimlərinin qiymətində artım müşahidə edilir. Ki
Qasımova Gülbəniz Mahir qızının 04.04.2024-cü il tarixdə Bakı şəhəri
Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) 20 Yanvar Ümumdünya Matəm G�
Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan və "narkoti
Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.
Şaxtalı günlər, güclü qar və leysan yağışlar başlayanda eyni probleml
Xalq artisti Flora Kərimova uzun fasilədən sonra daha bir duetlə gündəmə
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ü
Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğunun apardığı narkotik ar
Məsələ ilə bağlı Abşeron Rayonu İcra Hakimiyyətindən verilən açıqla
Digər sakinlər isə qeyd edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müra
