İlham Əliyev Davosda Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
Siyasət 19 Yan 2026 19:07:00 73 0
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan "BTG Pactual" şirkətinin sədri Andre Esteves ilə görüşüb.
Bu xəbəri də oxu: İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına, həmçinin uzunmüddətli inkişaf strategiyasına toxunaraq, bu istiqamətdə həyata keçirilən siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini dedi.
Dövlətimizin başçısı vurğuladı ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb.
Rəhbərlik etdiyi şirkətin qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla iş təcrübəsi barədə danışan Andre Esteves "BTG Pactual"ın müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmaları barədə məlumat verdi.
Qeyd olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir.
Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş "BTG Pactual" təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir. Son.az
Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğunun apardığı narkotik ar
Məsələ ilə bağlı Abşeron Rayonu İcra Hakimiyyətindən verilən açıqla
Digər sakinlər isə qeyd edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müra
Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında görü�
İçkili halda "TikTok"da canlı yayım açaraq dini, namazı lağlağ
Külli miqdarda vergi borcu ilə üzləşən "Buta Elektroniks" MMC-ni
Xatırladaq ki, 2025-ci ilin sonundan etibarən İranda rialın dəyərdən dü�
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib.
"Ana" şeirinin səsləndirildiyi anlar televiziya tamaşaçılarını
Reabilitasiya mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cina
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Musta
Bakı Metropoliteni yanvarın 21-də "Qarabağ" Futbol Klubunun UEFA �
Xalq artisti Röya Ayxan "Rəngarəng" verilişində maraqlı və səm
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə Bakı ş
