Donan sayğaclar, kəsilən qaz, bağlanan yollar: Qışa hazırlıq nə yerdədir?
Digərləri 19 Yan 2026 19:24:00 79 0
Şaxtalı günlər, güclü qar və leysan yağışlar başlayanda eyni problemlər yenidən üzə çıxır, yəni su sayğacları donur, bəzi evlər qazsız qalır, elektrik enerjisində fasilələr yaranır, yollar bağlanır və avtomobillər saatlarla hərəkətsiz vəziyyətdə qalır. Qış mövsümü hər il oxşar çətinliklərlə yadda qalır. Xüsusilə yanvarın ilk günlərində qaz təchizatında yaşanan problemlər çoxsaylı vətəndaşın narazılığına səbəb olub.
Bu xəbəri də oxu: İranda internet bu tarixdə bərpa olunacaq
Bəs aidiyyəti qurumlar qış mövsümünə real şəkildə hazırlaşır, yoxsa görülən tədbirlər yalnız sənədlər üzərində qalır?
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qış aylarında kanalizasiya və yağış sularının ötürülməsi üçün kollektorlar yuyulur, baxış quyuları və yağış barmaqlıqları təmizlənir, nasos stansiyaları təftiş olunur.
Qurum eyni zamanda xəbərdarlıq edir ki, qış aylarında problemlər əsasən donvurma səbəbindən yaranır və bu, xüsusilə izolyasiya olunmayan su xətləri və açıq havada quraşdırılmış sayğaclarla bağlıdır. Vətəndaşlara sayğacların qorunması üçün qabaqlayıcı tədbirlər görmək tövsiyə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə dağlıq və dağətəyi ərazilərdə qarla mübarizə tədbirlərinin davam etdiyini bildirib: "Bütün texnika hazır vəziyyətdə saxlanılır, duz-qum qarışığı səpilərək yolların buzlaşmasının qarşısı alınır".
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin məlumatına görə isə paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahlar yaradılıb, xüsusi texnikalar yoxlanılıb və kifayət qədər duz ehtiyatı formalaşdırılıb. Qar yağan zaman yalnız kommunal qurumların deyil, idarə və təşkilatların, bələdiyyələrin və özəl sektorun texnikalarının da prosesə cəlb olunması nəzərdə tutulur.
Asya Son.az
Xalq artisti Flora Kərimova uzun fasilədən sonra daha bir duetlə gündəmə
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ü
Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğunun apardığı narkotik ar
Məsələ ilə bağlı Abşeron Rayonu İcra Hakimiyyətindən verilən açıqla
Digər sakinlər isə qeyd edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müra
Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında görü�
İçkili halda "TikTok"da canlı yayım açaraq dini, namazı lağlağ
Külli miqdarda vergi borcu ilə üzləşən "Buta Elektroniks" MMC-ni
Xatırladaq ki, 2025-ci ilin sonundan etibarən İranda rialın dəyərdən dü�
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib.
"Ana" şeirinin səsləndirildiyi anlar televiziya tamaşaçılarını
Reabilitasiya mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cina
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Musta
Bakı Metropoliteni yanvarın 21-də "Qarabağ" Futbol Klubunun UEFA �
